Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7810/2022 05.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı MMCnin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC-si Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddiaçı 72.98 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödəməli olduğu halda, dövlət rüsumunun ödənilməsi barədə qəbzdə dövlət rüsumunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ödənilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia qiyməti ilə bağlı ödəməli olduğu dövlət rüsumunu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödəmədiyindən, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya göstərilən qüsuru aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsuru aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7810/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7810/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver