Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-791/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiası, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair hesablanmış 1.036.80 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda ailə üzvləriylə birlikdə yaşayırdı. Cavabdehlə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən evi qazla təchiz edilmiş və həmin ünvana smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğaclarını xəbərləri olmadan sındırılmışdır. İddiaçı bu barədə polisə məlumat vermişdi. Yaşadıqları ünvana qaz sayğacı quraşdırılmışdır. Yaşadıqları ev 2019-cu ildə yanmış yarasız hala düşmüş yaşamaq mümkünsüz hala düşmüşdür. Həyat yoldaşı vaxtsız xx.xx.2019-cu ildə rəhmətə getmiş, ailəsi başsız qalmışdır. Yaşamağa başqa yeri olmdəğı üçün valideyinlərinin evinə yeni, ünvan 3 ünvanına yığışıb uşaqlarıyla yaşayır. İddiaçının ərizəsinə;əsasən Qaz sayğacı həmin evə quraşdırılmışdır. Bu yaxınlarda Cavabdeh tərəfindən iddiaçının evinə qazın kartından tutma aparılmış, o bu barədə Cavabdehnə bildirdikdə isə barəsində qazdan; qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən 1036.80 manat borcun hesablanması bildirilmişdir. Lakin iddiaçıya bu barədə heç bir sənəd təqdim edilməmiş, o yalnız onlara müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, onlar iddiaçıya sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər. Cavabdeh tərəfindən aktlar tərtib edilən zaman iddiaçının iştirakı təmin edilməmiş, onun bu barədə məlumatı olmamışdır. Halbuki, Cavabdeh əməkdaşları heç bir zaman onların həyətində olmamış, həmin həyətdə heç bir qanunsuz qoşulma halı aşkar etməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı Cavabdehnə vurulmuş zərərin ümumilikdə 1036 manat 80 qəpik manat məbləğində pulun və ödənilmiş 30 manat 37 qəpik dövlət rüsumunun, ümumilikdə 1067 manat 17 qəpik vəsaitin cavabdeh İddiaçı məcburi qaydada alınaraq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: 50İBAZ********************) bank hesabına ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ‘Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona hesablanmış 1036.80 (min otuz altı manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ilə abonent İddiaçı (iddiaçının atası) (bundan sonra - cavabdeh) arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1 tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayqcıma müdaxilə edərək qanunsuz olaraq qaz xəttinə qosulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, sayğaca müdaxilə edərək təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin (iddiaçının) təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən rəsmiləşdirilmişdir və nzarətə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında hesabat aparılmış və 1036 manat 80 qəpik Birliyə ziyan vurulduğu müəyyən edilmişdir. Bununla da, cavabdehin (iddiaçının) 1036.80 (min otuz altı manat səksən qəpik) manat məbləğində Cavabdeh İByə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt və hesabat qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent Saldosu üzrə hazırda akta görə ümumi olaraq 1036.80 manat təşkil etməkdədir. İddiaçı Cavabdehnə qarsı borcun silinməsi kimi tələbləri əsassızdır. Belə ki. 16,11.2022-ci il tarixində İddiaçı Birliyin Bakı Regional qazın satısı departamentinin inzibati binasına gələrək ərizə təqdim etmişdir. Ərizədə o. borcun 928 manat 20 qəpik hissəsini qəbul etdiyini bildirmişdir. Bu əsasla da. ilkin iddia rədd edilməli və qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir,. Hal-hazırda qeyd olunan iddia ərizəsi üzrə 2(011)-7793/2022 saylı mülki iş məhkəmə baxışındadır. İddiaçı abonent saldosuna diqqət yetirdikdə, məlum olur ki. istehlakçı 2020-ci il ərzində (bir il ərzində) cəmi 33 manat. 2021-ci il ərzində (bir il ərzində) cəmi 15 manat ödəniş etmişdir. Bu isə istehlakçının sayğaca müdaxilə etməsi faktını bir daha sübut edir, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğunun rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, hesablama mexanizmi nomimanl və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və həmin sərfiyyata görə 1036.8 (bir min otuz alt manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi ilkin iddia üzrə iddiaçının ərizə ilə borcu qəbul etdiyini bildirsə də, İddiaçı həmin ərizəni, yazadığı ünvana təbii qazın verilişinin bərpa edilməsi məqsədilə imzaladığını bildirmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı, aktın tərtib edildiyi ünvanda – ünvan 5yış evində hər hansı yaşayışının olmadığını, təmir işlərinin aparıldığını, evin isidilməsi üçün odun sobanın və qaz balonunun olduğu müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin Cavabdeh İB-yi tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, ilkin iddia üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, ilkin iddia üzrə cavabdeh tərəfindən yol verilmiş səhvə görə ilkin iddia üzrə iddiaçı məsuliyyət daşımadığından, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşısında məsuliyyət daşımır. Odur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ilkin iddia üzrə iddiaçıdan, qarşılıqlı iddia üzrə cavabdehdən təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də ilkin iddia təmin edilərək, qaz sərfinə görə istehlakçıya hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinməlidir, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı Cavabdehnə vurulmuş zərərin ümumilikdə 1036 manat 80 qəpik manat məbləğində pulun və ödənilmiş 30 manat 37 qəpik dövlət rüsumunun, ümumilikdə 1067 manat 17 qəpik vəsaitin cavabdeh İddiaçı məcburi qaydada alınaraq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: 50İBAZ********************) bank hesabına ödənilməsi tələbi barədə qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh borcun ödənilməsi öhdəliyinin üzərinə götürülməsi ilə bağlı ərizə imzalasa da, həmin borcun qanunsuz olaraq hesablandığı, istehlakçı tərəfindən isə qanunsuz hesablanmış borcun silinməsi tələb edildiyinə görə həmin ərizə məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilərək nəzərə alınmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslıdır. Buna görə də ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia iddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı na (abonent kodu: **********00000) hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. 30.36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-791/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-791/2023
03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver