Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-791/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 cəlb edilməklə) “hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında (abonent kodu: **********00102) yerləşən fərdi yaşayış evinə yazılmış 2.425,08 manat borcun silinməsi və ödənilmiş puldan tutulmuş 645 manat pulun ona geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı (abonent kodu: **********00102) fərdi yaşayış evində yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edərək sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə də ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Ona yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zananı İddiaçı bildirmişdir ki, o, sayğacı olmayan dövrdə (sayğac yoxlanılmaya göndərilən dövrdə) təxminən 2-3 il əvvəl 3 gün ərzində kənar xətdən istifadə edib. Kənar xəttin qoşulmasını cavabdehin nümayəndələri ona təklif etmişdilər. O bildirmişdir ki, yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi və kombi sistemi vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Agentliyinin Bakı Filialının nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən mexaniki qaz sayğacları hər ay, smart sayğacları isə hər 3 ay yoxlanılmalıdır. Çöldə quraşdırılan sayğacın nasazlığına görə məsuliyyəti Cavabdeh İB daşıyır. Bu səbəbdən də müdaxilə ilə bağlı hesablanmış borc məbləği silinməlidir. 1 ədəd dörd gözlü qaz peçi (“PQ4”) üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd kombi üçün 2,6 m3 saatlıq qaz sərfiyyatı hesablanmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 120 gün hesabat müddəti nəzərə alınarsa, cərimənin sübuta yetirildiyi halda tutulacaq məbləğ 998,4 manat hesablanmalıdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, informasiya oxunmur, plastmas qapağın ətrafında kənar izlər mövcüddür, əsas çap vərəqəsi quraşdırılıb. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 11.448 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X6nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.816 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.640 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00102 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin fevral ayı üzrə 1.373,76 manat, 2022-ci ilin mart ayı üzrə 457,92 manat, 2022-ci ilin iyun ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.036,80 manat borcu mövcud olmuşdur. Cədvəlin “qeyri ödənişlər” bölməsindən müəyyən edilir ki, ondan borca görə 2022-ci ilin iyun ayında 68,10 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, 29/1710-01884-1 saylı “Qaz sayğacının yoxlanılması” barədə aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Sayğacın “LCD” ekranında informasiya oxunmur. Daxildə plastmas qapağın ətrafında kənar izlər mövcüddür, əsas çap vərəqəsi quraşdırılıb. Sayğac istismara yararsızdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabatlar aparılmışdır və iddiaçıya müxtəlif dövrlərdə sayğaca müdaxilə (xx.xx.2022-ci il tarixli akt əsasında 1.036,80 manat) və kənar xətt vasitəsilə qaz xəttinə müdaxilə (xx.xx.2022-ci il tarixli akt əsasında 1.373,76 manat; xx.xx.2022-ci il tarixli akt əsasında 457,92 manat) əsası ilə 02.20xx-xx.2022-ci il dövrü üçün ümumilikdə 2.868,48 manat məbləğində borc hesablanmışdır. İddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.1.10-cu maddəsinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birincisi, abonentin qaz xəttinə kənar xətt vasitəsilə qoşulma halları ilə bağlı iddia tələblərinə münasibətdə (xx.xx.2022-ci il tarixli akt əsasında 1.373,76 manat; xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 457,92 manat) məhkəmə qeyd edir ki, iddiaçının kənar xətdə qoşulması işin mübahisəsiz halıdır. Yuxarıda sadalanmış qaydalara əsasən cavabdeh təşkilat tərəfindən 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması nəzərdə tutulduğundan, iddiaçının barəsində isə kənar xətti ilə bağlı aktlar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib olunduğundan, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla, 2021-ci ilin dekabr ayı, 2022-ci ilin yanvar ayı, 2022-ci ilin fevral ayı və 2022-ci ilin mart ayı üzrə - cəmi 4 ay müddətinə hesablama aparılmalıdır. İddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və kombi sistemi aiddır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və kombi sistemi üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 120 gün (4 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 5.472 m3 təşkil edir. (12x120x1,2=1.728 m3, 12x120x2,6=3.744 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 998,40 manat təşkil edir (1.200 m3 istifadə limiti nəzərə alınmaqla, həmin sərfiyyat üçün ödəniş 144 manat (1 m3 x 0.12 manat); qalan 4.272 m3 sərfiyyat üçün 1 m3 sərfiyyat 0,20 manat hesabı ilə 854,4 manat təşkil edir, 144 + 854,4 = 998,4 manat). Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 2022-ci ilin fevral ayı üçün 1.373,76 manat, 2022-ci ilin mart ayı üçün 457,92 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri nəzərə alınmaqla, iddiaçıya 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək olan dövr üçün cəmi 998,4 manat borc hesablanmalıdır. Buna görə də iddiaçıya 2022-ci ilin fevral ayı üçün 1.373,76 manat, 2022-ci ilin mart ayı üçün 457,92 manat olmaqla, cəmi hesablanmış 1.831,68 manat borcdan 833,28 manat hissəsi silinməli, həmin dövrə aid iddia tələbləri qalan hissədə təmin edilməməlidir. İkincisi, abonentin sayğaca müdaxilə halı ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında 1.036,80 manat hesablansa da, abonentin sayğaca müdaxiləsini təsdiq edən hallar sübuta yetirilməmişdir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1.036,80 manat məbləğində borc silinməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «borca görə tutulmuş məbləğin geri qaytarılması” barədə iddia tələbləri də qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən hesablanmış borca görə cəmi 68,10 manat pulun 2022-ci ilin iyun ayında abonentdən tutulması iş materialları ilə təsdiq olunur. Həmin məbləğin iddiaçıya qaytarılması barədə iddia tələbi təmin edilərək, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 39,41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00102) İddiaçı 2022-ci ilin fevral ayı üçün hesablanmış 1.373,76 manat və 2022-ci ilin mart ayı üçün hesablanmış 457,92 manat olmaqla, cəmi həmin dövr üçün hesablanmış 1.831,68 manat borc məbləğinin 833,28 (səkkiz yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat hissəsi silinsin. Həmin dövrə aid borcun silinməsi barədə iddia tələbləri qalan hissədə təmin edilməsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00102) İddiaçı 2022-ci ilin iyun ayı üçün hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Həmin borca görə Cavabdeh tərəfindən İddiaçı tutulmuş 68,10 (altmış səkkiz manat on qəpik) manat məbləği İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. 39,41 (otuz doqquz manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva