Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7929/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********799989 olan Xiaomi Redmi 8 markalı telefon üçün 400 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu; 24.07.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21878 X4 9 markalı telefon üçün 398,80 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; 08.08.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux Paltaryuyan üçün 730 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu; 11.09.2020-ci il tarixli müqaviləyə əsasən Shosman 11 parça qazan dəsti üçün 336,6 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, ümumilikdə 2278,40 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.R.Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh, "xxxx" MMC ilə bağlanmış 08.06.2020-ci il, 24.07.2020-ci il, 08.08.2020-ci il və 11.09.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********799989 olan Xiaomi Redmi 8 markalı telefon, İMEİ kodu **********21878 X4 9 markalı telefon, Electrolux Paltaryuyan və Shosman 11 parça qazan dəsti almış və nəticədə 2278,40 manat borc yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 412 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir, ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Sonda Z.R.Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 03.12.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.06.2020-ci il tarixdə 20334640 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ Kodu **********799989 olan Xiaomi Redmi 8 markalı telefon cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.07.2020-ci il tarixdə 21037118 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ kodu **********21878 X4 9 markalı telefon cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.08.2020-ci il tarixdə 21060026 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Electrolux Paltaryuyan cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.09.2020-ci il tarixdə 21159048 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Shosman 11 parça qazan dəsti cavabdehə satılmışdır. İş materiallarında olan 08.06.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********799989 olan Xiaomi Redmi 8 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 24.07.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********21878 X4 9 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 08.08.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, X1 Azadə Tofiq qızına tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 11.09.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Shosman 11 parça qazan dəsti Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********799989 olan Xiaomi Redmi 8 markalı telefon üçün 400 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu; 24.07.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21878 X4 9 markalı telefon üçün 398,80 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; 08.08.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux Paltaryuyan üçün 730 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu; 11.09.2020-ci il tarixli müqaviləyə əsasən Shosman 11 parça qazan dəsti üçün 336,6 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, ümumilikdə borc 2278,40 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müqavilələr üzrə borcunu ödəməsinə dair 18.08.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" ilə Cavabdeh arasında 08.06.2020-ci il, 24.07.2020-ci il, 08.08.2020-ci il və 11.09.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək əşyaları alıcıya təhvil vermiş, lakin alıcı Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur, cavabdehin hazırda iddiaçıya ümumilikdə 2278,40 manat borcu qalmışdır, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ümumilikdə 2278,40 manat borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İMEİ Kodu **********779989 olan Xiaomi Redmi 8 markalı telefon üçün 400 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu; 24.07.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21878 X4 9 markalı telefon üçün 398,80 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; 08.08.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux Paltaryuyan üçün 730 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu; 11.09.2020-ci il tarixli müqaviləyə əsasən Shosman 11 parça qazan dəsti üçün 336,6 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu olmaqla, ümumilikdə 2278 (iki min iki yüz yetmiş səkkiz) manat 40 (qırx) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7929/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7929/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver