Məhkəmə qərarları › İş №2(011)-7941/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7941/2025

11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7941/2025 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00520) cərimə kimi yazılmış olan 873 manat borcun Cavabdeh tərəfindən silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kolxoz küçəsində yerləşən məxsus fərdi yaşayış evində iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları ünvanda quraşdırılmış qaz sayğacı xx.xx.2017-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılmışdır. Birliyin əməkdaşları guya sayğacın giriş klapanının olmamasını və çıxış plastmas borusunun deşik olmasını əsas gətirərək sayğacı laborator müayinəyə göndərmədən 13 noyabr 2017-ci il tarixdə iddiaçının iştirakı olmadan akt tərtib etmişlər. Birlik sayğacda yuxarıda qeyd olunmuş nasazlıqların baş verməsində iddiaçını təqsirli hesab etmiş, buna görə də iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 873 manat məbləğində əsassız borc hesablamışdır. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, yuxarıda qeyd olunan borcun heç bir hüquqi əsasının olmaması işin mübahisəsiz halıdır. Belə ki, sayğacın zədələnməsi ilə bağlı məlumata Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan başqa heç yerdə rast gəlinmir. Daha dəqiq desək cavabdeh qurum sayğacın zədələnməsi ilə bağlı tərtib etdiyi aktı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Sayğacın zədələnməsi öz təsdiqini tapsa belə bununla bağlı iddiaçı heç bir məsuliyyət daşımır. Ona görə ki, qaz sayğacı iddiaçının evindən kənarda, yol qırağında, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteralogiya və s. təsirlərdən qorumaq mümkün deyildir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Buna görə iddiaçıdan hər hansı vəsaitin tələb olunması heç bir halda qanuni və ədalətli ola bilməz. Ona görə də qanunvericilikdə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması ilə bağlı cavabdehlik qaz paylayıcının üzərinə qoyulmuşdur. Onu da qeyd etmək istəyir ki, qaz sayğacına iddiaçının və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Əgər istəyirsənsə, sənə tam məhkəmə üslubunda daha səliqəli redaktə edilmiş variantını da hazırlaya bilərəm ki, sənəd kimi daha düzgün görünsün. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, qaz sayğacına hər hansı müdaxilə etməmişdir. O, qeyd etmişdir ki, mövcud borca görə iki il müddətində ondan mütəmadi olaraq pul tutulmuşdur. İddiaçı həmçinin göstərmişdir ki, qaz sayğacının kartı dəyişdirilərkən ondan mövcud borcu qəbul etməsi tələb olunmuş, lakin o, həmin borcu qəbul etməmişdir. Bununla yanaşı, iddiaçının bildirdiyinə görə, qeyd olunan hallardan sonra cavabdeh tərəfindən onun qaz təchizatı dayandırılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddiaçıdan mövcud borca görə artıq 8 ildir tutulmalar aparılır və bu müddət ərzində iddiaçı həmin tutulmalar barədə məlumatlı olmuşdur. Nümayəndə qeyd etmişdir ki, göstərilən müddət ərzində iddiaçı tərəfindən məsələ ilə bağlı məhkəməyə hər hansı müraciət edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi bildirmişdir ki, 2024-cü ilin may ayında qaz sayğacının kartı smart tipli qaz sayğacı ilə əvəz edilmişdir. Borca görə tutulmalar sayğacın kartı vasitəsilə həyata keçirilmişdir. Bununla yanaşı, iddiaçının da bildirdiyinin əksinə, qeyd olunan kart cavabdeh tərəfindən ona təqdim edilmişdir. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2017-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktda sayğacın giriş klapanı yoxdur və çıxış borusu deşik olduğu qeyd edilmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 873 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdeh tərəfindən iddiaçıdan təbii qazın dəyərinin ödənilməsinin tələb edilməsi qanunsuz və əsassız hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə 873 manat məbləğində borc hesablanmışdır. Lakin həmin borca görə abonent hesabında tutulmalar aparılmış və 2024-cü ilin mart ayı üçün akt üzrə 551,75 manat məbləğində qalıq borc qalmışdır. Belə olan halda məhkənə hesab edir ki, iddia tələbi qismən əsaslı hesab edilərək xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə qalıq 551,75 manat borc məbləği silinməlidir.

Məhkəmə xərcləri: Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00520) xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 551,75 (beş yüz əlli bir manat yetmiş beş qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar