Məhkəmə qərarları › İş №2(011)-7980/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7980/2023

28.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7980/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində dair **********00001 saylı abunə kodu üzrə təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış 418 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərini dəqiqləşdirərək, məhkəmədən 2022-ci il üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində dair **********00001 saylı abunə kodu üzrə sayğacda olan nasazlığa görə iddiaçıya artıq hesablanmış 418 manat sərfiyyat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Evin kommunal xərclərini, o cümlədən təbii qazdan istifadəyə görə hesablanmış borcları vaxtı-vaxtında ödəyir. Cavabdeh tərəfindən evində **********2 nömrəli sayğac quraşdırılmış və iddiaçıya **********00001 saylı abunə kodu verilmişdir. Həmin sayğac üzrə hər ay təqribən 15-20 manat arasında borc hesablanırdı. İddiaçı qeyd edir ki, misal üçün 2022-ci ilin yanvar ayına iddiaçıya 16,32 manat borc hesablanmışdır. 2022-ci ilin yanvar ayından sonra təbii qazdan istifadəyə görə iddiaçıya borc birdən birə yüksək hesablanmağa başlanmışdır. Sonuncu 2022-ci ilin dekabr ayına mənə 418 manat borc hesablanmışdır. İddiaçı bu barədə Cavabdehnə müraciət etmiş və əməkdaşlar gəlib sayğaca baxış keçirdilər. Baxış keçirdikdən sonra sayğac Cavabdeh əməkdaşları tərəfindən 19.01,2023-cü il tarixdə başqa sayğacla dəyişdirilmişdir. Bundan sonra təbii qazın sərfiyyatı əvvəlki vəziyyətə qayıtmışdır. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçıya bildiriş-xəbərdarlıq təqdim edilmişdir ki, həmin sənəddə iddiaçının təbii qazdan istifadəyə görə 424 manat borcu olması göstərilmişdir. Bu borcdan 6 manat hissəsi borc qalığı, qalan 418 manat hissəsi isə 2022-ci ilin dekabr ayı üzrə guya iddiaçının istifadə etdiyi qaz sərfiyyatıdır. İddiaçı hesab edir ki, həmin borc məbləği qanunsuzdur və tələb oluna bilməz. Belə ki, **********2 nömrəli sayğac qaz sayğacının işlək vəziyyəti normal olmamış və sayğac istifadə edilmiş təbii qazdan artıq hesablama aparmışdır. Bu hal Cavabdeh əməkdaşları tərəfindən də təsdiq edilmiş və buna görə qaz sayğacı dəyişdirilmişdir. Buna görə də iddiaçı hesab edir ki, həmin borc məbləği qanunsuz olduğundan silinməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, onun ünvanına quraşdırılan sayğac səhv işləmişdir. Bunu elə cavabdeh təşkilatın nümayəndələri də ona bildirmiş və məhkəməməyə müraciət etməyini təklif etmişdir. Onun barəsində akt tərtib edilməmiş, köhnə sayğacı yeni sayğac ilə əvəz edilmiş, əvvəlki sayğacının dövlət yoxlamasından keçirilməsi barədə aktdan da, sayğacın işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. Ümumiyyətlə onun ünvanına quraşdırılmış köhnə sayğacdan istifadə edən zaman qazdan istifadə ilə bağlı limiti aşmamış, sadəcə sayğac qazın sərfiyyatını olduğundan daha çox qeydə almışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, iddiaçıya borc yazılmamış, qeyd edilən məbləğ onun debitaor borcudur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, qurşadırılması və istismara qəbulu haqqında” ******* haqqında aktdan görünür ki, xx.xx.2020-ci ildə İTRON G4 markalı, 1402AZ**********00 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********2 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi dövlət yoxlaması qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, qurşadırılması və istismara qəbulu haqqında” ******* haqqında aktdan görünür ki, xx.xx.2023-ci ildə ZENNER G4 markalı, **********2 markalı sayğac çıxarılmış, ZENNER G4 markalı **********8 nömrəli sayğac quraşdırılmış, sayğacın çıxarılma səbəbi abonentin ərizəsi qeyd edilmişdir. “Qaz sayğacının dövlət yoxlanmasından keçirilməsi barədə” MSK-14-2-2/3-5- 4368/1 saylı aktdan görünür ki, ZENNER G4 markalı, **********2 markalı sayğacın yoxlaması nəticəsində “Sayğaca baxış keçirildiş Xətalar normadan artıqdır. Sayğac istismara yararsız” olduğu müəyyən edilmiş, qüsura görə nəticə “yararsız” qeyd edilmişdir. **********00001 saylı İddiaçı adına ünvan 2 ünvanına aid abonent saldosundan görünür ki, 2022-ci il tarixinə qazın sərfi (m3) 5910, sərfin məbləği 1131.03, qalıq və aktlar 6.10, yeni tarifə keçid 110.22, ödəniş isə 861.85 olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında xx.xx.2020-ci ildə ZENNER G4 markalı, **********2 markalı qaz sayğacı quraşdırılmış və xx.xx.2023-ci ildə ZENNER G4 markalı, **********2 markalı sayğac çıxarılmış, həmin sayğacın dövlət yoxlaması zamanı isə sayğacın yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş abonent saldosunu tədqiq edərək, belə nəticəyə gəlir ki, 2022-ci il üzrə iddiaçıya onun sərf elədiyi qazın dəyərindən artıq sərfiyyat hesablanmış və nəticə olaraq iddiaçının istifadə etmədiyi təqdirdə ona 418 manat sərfiyyat borcu hesablanmışdır. Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Abonent saldosundan görünür ki, 2022-ci il üzrə yanvar ayında qazın sərfi 136 m3, sərfin məbləği 16.32 (136x0.12=16.32), fevral ayında qazın sərfi 1030 m3, sərfin məbləği 123.60 (1030x0.12=123.6), mart ayında isə qazın sərfi isə 1258 m3, sərfin məbləği 150.96, yeni tarifə keçid 97.92, ödəniş 100 manat, ayın sonuna borc 293.40 olmuşdur.(1258x0.12=150.96 ) Həmin ay üzrə yeni tarifə keçid olduğu nəzərə alanda isə həqiqətən də mart ayının sonuna olan sərfiyyat borcunun 293.40 olduğu öz təsdiqini tapır. (150.96 (sərfiyyat borcu) +97.92 (yeni tarifə keçid) +144.52(ayın əvvəlinə olan borc)-100 (ödəniş)=293.40). Abonent saldosuna diqqət yetirdikdə isə mart ayından sonrakı sərfiyyat borcunun düzgün hesablanmadığı öz təsdiqini tapır. Belə ki, aprel ayına qazın sərfi 383 m3, sərfin məbləği isə 64.40 göstərilmişdir. Halbuki, aprel ayın qazın sərfi 45.96 (383x0.12=45.96) olmalı, ümumiyyət ilə həmin ay üzrə ay sonuna borc 307.76 (293.40 (ayın əvvəlinə olan borc)+45.96 (qazın sərfi) +6.10(qalıq və aktlar)+12.30 (yeni tarifə keçid)-50 (ödəniş)= 307.76) olmasına baxmayaraq, yanlışlıqla sərfin məbləği 64.40 götürülmüş və ayın sonuna borc 326.20 (293.40+64.40+6.10+12.30-50=326.20) hesablanmışdır. Eyni qaydada sərfin məbləği hesablanarkən iddiaçının sərfiyyat borcunun 2022-ci ilin may ayına 21 (175x0.12=21), iyun ayına 16.2 (135x0.12=16.2), iyul ayına 12.12 (101x0.12=12.12), avqust ayına 10.8 (90x0.12=10.8), sentyabr ayına 11.64 (97x0.12=11.64), oktyabr ayına 29.4 (245x0.12=29.4), noyabr ayına 70.56 (588x0.12=70.56), dekabr ayına 200.64 (1672x0.12=200.64) olduğu müəyyən edilmiş, lakin saldoda sərfin məbləği düzgün qiymətləndirilməmiş və iddiaçıya istifadə etdiyi miqdardan artıq debitor borc hesablanmışdır. Göründüyü kimi iddiaçıya yanlış olaraq aprel ayı üçün 18.44, may ayı üçün 22.75, iyun ayı üçün 17.55, iyul ayı üçün 13.13, avqust ayı üçün 11.7, sentyabr ayı üçün 12.61, oktyabr ayı üçün 31.85, noyabr ayı üçün 76.44, dekabr ayı üçün isə 217.36 manat, ümumiyyətlə isə 421.83 manat artıq debitor borcu hesablanmışdır. Hazırda iddiaçı 418 manat sərfiyyat borcunun silinməsini tələb etdiyindən, məhkəmədə həmin iddia həcmində mülki işin araşdırdığından, qeyd edir ki, iddia həmin hissədə təmin edilməli və iddiaçıya yazılmış 418 manat məbləğində debitor borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 418 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən – ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacda olan nasazlığa görə İddiaçı (abonent kodu:**********00001) hesablanmış 418 (dörd yüz on səkkiz) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz manat) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar