Məhkəmə qərarları › İş №2(011)-8031/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8031/2021

03.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8031/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib olunmuş 31.10.2018-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq, hesablanmış cərimə borcundan geridə qalan 498.40 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 09/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 473.60 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı abonent hesabına geri qaytarılması və işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına ödənilmiş 161.50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla, təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir, həmin fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********50000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır, 10\2018-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli 1102AQ**********0 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib etmişlər, daha sonra çıxarılmış Smart G4 markalı İtron tipli 1102AQ**********0 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması barədə rəy verilmişdir, sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən 31.10.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonrasında isə həmin akt əsasında 31.10.2018-ci il tarixində Hesabat qəbul edilmişdir, qəbul edilmiş Hesabatda 9720 metr kub qaz itkisinin yaranması səbəbindən abonent hesabına 972 manat məbləğində cərimə borcu qeyd edilmişdir, qaz sayğacının dövlət yoxlamasında İddiaçı iştirakı təmin edilməmiş, eləcə də, qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır, bundan əlavə tərtib edilmiş 31.10.2018-ci il tarixli ******* nömrəli aktın dtərtib olunmasından onun xəbəri olmamış və ona aktı imzalamaq təklif edilməmişdir, o tərtib olunmuş aktları qanunsuz hesab edir və hesabatda göstərilən 972 manat məbləğində cərimə olunmağı əsassızdır, bu səbəbdən borcu silinməli, borca görə çıxılmış pul ona geri qaytarılmalıdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 09.10.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda “Smart G-4” markalı 1102AQ**********0 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “Smart G-4” markalı qaz sayğacı ilə əvəz edillmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, 1102AQ**********0 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 31.10.2018-ci il tarixli Hesabatın surətindən görünür ki, 31.10.2018-ci il tarixli ******* nömrəli akta əsasən abonentinin qaz qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması barədə nöqsan qeyd edilmiş, 9720 m itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.09.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********50000 nömrəli abonent koduna 2021-ci il may ayı üçün cari borc 924.82 manat təşkil edir. İş materiallarında olan 28.09.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********50000 saylı abonent hesabına 09/2021-ci il tarixinə 498.40 manat borc hesablanmışdır. Həmin sənəddən görünür ki, borca görə tutulma 473,60 manat təşkil edir. İş materiallarında olan 30.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 7 saylı Vəkil bürosuna xidmət haqqı kimi 150 manat pul köçürmüşdür. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 972 manat borc iddiaçının abonent hesabına yazılmış, həmin məbləğdən 473,60 manat cavabdeh tərəfindən tutulmuş, qalıq borc 498,60 manat təşkil edir və iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********50000) itirilmiş qazın bərpası məqsədilə yazılmış borcdan tutulmuş 473,60 manat geri qaytarılmalı və qalan 498,40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin olunduğundan və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunmasi halları məhkəmə tərəfindən müəyyən olunmadığından cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə, hüquqi yardım məqsədilə iddiaçı tərəfindən vəkil bürosuna ödənilmiş 161.50 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********50000 nömrəli abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 972 manat məbləğdən ödənilməmiş qalan 498.40 manat borc silinsin, tutulmuş 473.60 manat məbləğində pul ona geri qaytarılsın. Hüquqi xidmət göstərilməsi üçün Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına ödənilmiş 161.50 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar