Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8035/2021 01.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçi X6 iştirakı ilə Ərizəçi X6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X11 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək JN-929F Kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 anasıdır. Quba rayon Aqrar İslahat Komissiyasının 20.06.1997-ci il tarixli 14 saylı qərarı ilə X7 Quba rayonu İİ Nügədi kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsi verilmiş və adına JN-929F Kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə anasının soyadı düzgün olaraq İslamova qeyd olunsa da, adı Tamina əvəzinə səhvən Təhminə, atasının adı Cəbi əvəzinə Cəlil kimi qeyd olunmuşdur. X2 23.06.2006-cı il tarixdə ölmüşdür. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında anasına verilmiş həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə dair tərtib olunmuş texniki pasportda soyadı, adı və atasının adı düzgün qeyd edilmişdir. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli 525 saylı məktubdan görünür ki, o, X5 vərəsəsidir. Hazırda həmin torpaq sahəsinə dair vərəsəlik üzrə çıxarış almaq istəyir. Lakin şəhadətnamədə anasının adı və ata adı səhv yazıldığından vərəsə olaraq sərəncam vermək hüququ məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, 21.06.2021-ci il tarixli məktubla qeyd olunan sənəddə ad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi X11 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anasının Quba rayonu İİ Nügədi kəndində bağ sahəsi vardır və özü də həmin bağda olmuşdur. Ərizəçinin anasının adı Tamina, babasının adı isə Cəbi olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ DK seriyalı, 083994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X6 atası qrafasında “X12”, anası qrafasında “İslamova (Bəybalayeva) Tamina Cəbi qızı” qeydə alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 195861 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23.06.2006-cı il tarixdə ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş Quba rayonu İİ Nügədi kəndi ərazisində həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə dair tərtib olunmuş texniki pasportdan görünür ki, ərizəçinin anası “X10” kimi qeyd olunmuşdur. Təqdim olunmuş Quba rayon AİK-nın 20.06.1997-ci il tarixli 14 saylı Qərarı əsasında, Quba rayonu İİ Nügədi kəndi ərazisində 0,10 ha. torpaq sahəsinə dair JN-929F Kod 30319018 "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətamə"nin surətindən görünür ki, sənəddə ərizəçinin anasının soyadı “İslamova” göstərilsə də, adı Tamina əvəzinə “Təhminə”, ata adı Cəbi əvəzinə “Cəlil” kimi qeyd olunmuşdur. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 16.06.2021-ci il tarixli 525 saylı məktubdan görünür ki, 10.01.1933-cü ildə anadan olmuş, 23.06.2006-cı i! tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı oğlu X11 tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair X9 mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onun vərəsələrinin adına vərəslik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21.06.2021-ci il tarixli, **********90 saylı məktubundan görünür ki, ərizəçinin ərizəsinə baxılmış, DT və XK-si tərəfindən verilmiş JN-929F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi İdarənin səlahiyyətlərinə aid olmadığı göstərilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının MPM-nin 307.2 və 307.2.5-ci maddələrinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, JN-929F Kod 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətamə”nin ərizəçinin X2na məxsus olması faktı müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. JN-929F Kod 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətamə”nin X7 məxsus olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-8035/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8035/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver