Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8048/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Qalib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil üzərində Cavabdeh2 ½ payına dair 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2024-cü il tarixində Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Alışov X3 Rayon Məhkəməsinə cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində o, Cavabdeh2 cəlb olunmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-897/2024 №-li qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. Sonradan iddiaçı həmin qətnamədən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5008/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Hal-hazırda, o, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5008/2024 saylı qətnaməsindən Ali Məhkəməyə Kassasiya şikayəti ilə müraciət etmişdir. Məhkəmədən Ali Məhkəmədə işə baxılıb qurtarana kimi işin icraatının müvəqqəti dayandırılmasını xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
3. İddiaçıya və iddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə hazırlıq iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Cavabdeh2 öz izahatında bildirmişdir ki, atasından miras qalmış, daha sonra o “ASAN Xidmət” Mərkəzindən miras əmlakla bağlı şəhadətnamə almış, əmlakın ½ hissəsi ona verilmişdir. Qardaşı İddiaçı bundan narazı qalmış və məhkəməyə müraciət etmişdir. Onların bacısı vərəsəlikdən imtina etmişdir. Nizami Rayon Məhkəməsində onların işinə baxılmış, onlar arasında razılıq olmamış, qardaşının iddiası rədd edilmişdir.
5. Cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixində xüsusi notarius Nərmin Gülməmmədova məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa;
7. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarı. 7.1. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir.
İşə baxan məhkəmənin mövqeyi:
8. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
9. Belə ki, cavabdehin hazırlıq iclasında verdiyi izaha, xx.xx.2024-cü il tarixli ərizəyə və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən, İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 cəlb olunmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-897/2024 №-li qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. Sonradan İddiaçı həmin qətnamədən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5008/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Hal-hazırda Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5008/2024 saylı qətnaməsindən Ali Məhkəməyə Kassasiya şikayəti ilə müraciət etmişdir. Hazırda mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır və hazırkı mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
10. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. (§7)
11. Mülki iş materiallarından, cavabdehin izahından və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8048/2024 nömrəli mülki iş və Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olduğundan, eyni zamanda 2(011)-8048/2024 nömrəli mülki iş xx.xx.2024-cü ildə, digər mülki işdən sonrakı tarixdə icraata daxil olduğundan sonuncu mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
12. Qeyd edilənlərə və mülki prosessual qanunvericiliyin tələbinə əsasən (§6) məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
13. İddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. AR MPM-nin 259.0.4-cü maddəsinə əsasən, İddiaçı cavabdehlər 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və sair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova