Məhkəmə qərarları › İş №2(011)-806/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-806/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-806/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyul 2022-ci il tarixə 611.02 manat gecikdirilmiş əsas, 156.72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 300.20 manat dəbbə pulu, ümumilikdə 1.067,94 manat borcun və ödənilmiş 31.08 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10.800 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 19% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 14.252 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14.252 manatın 10.800 manatı əsas məbləğ təşkil edir. 19 yanvar 2021-ci il tarixdə X2, X5 və İddiaçı MMC arasında MAS-2829 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri A.Cəlilov öz üzərinə götürmüşdür. 23 yanvar 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-2829 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 may 2022-ci il tarixdə 1.600 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 iyul 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyul 2022-ci il tarixə ümumilikdə 1.067,94 manat gecikmə borcu yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10.800 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 19% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 14.252 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 23 yanvar 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS- 2829 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 may 2022-ci il tarixdə 1600 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 iyul 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyul 2022-ci il tarixə ümumilikdə 1067,94 manat gecikmə borcu yaranmışdır. İddiaçı Cavabdeh yaranmış borcunu ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcu və mükafatı nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin borcunu əks etdirən 25 noyabr 2022-ci il tarixli, 4467 nömrəli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borcun və mükafatın tutulması hissəsində tam təmin edilməli, Cavabdeh 611.02 manat məbləğində əsas borc və 156.72 manat mükafat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 300.20 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı daxili lizinq müqaviləsinə əsasən 611.02 manat əsas, 156.72 manat mükafat, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 777.74 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 31.08 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən 23 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan 8.08 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı daxili lizinq müqaviləsinə əsasən 611.02 (altı yüz on bir manat iki qəpik) manat əsas, 156.72 (bir yüz əlli altı manat yetmiş iki qəpik) manat mükafat, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 777.74 (yeddi yüz yetmiş yeddi manat yetmiş dörd qəpik) manat pul vəsaiti və 23 (iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 8.08 (səkkiz manat səkkiz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar