Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8117/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı2 Abbas oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh1 və Cavabdeh2 payına düşən 2/12 payın, onların həmin miras əmlak üzərində müəyyən edilmiş paylarına əlavə edilməsi və aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, iddiaçılar xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı2 Abbas oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh1 və Cavabdeh2 payına düşən 2/12 payın, onların həmin miras əmlak üzərində müəyyən edilmiş paylarına əlavə edilməsi və aralarında paylarına mütənasib surətdə bölüşdürülməsini məhkəmədən xahiş etsələr də, notariat orqanına müraciət etmələri barədə sübutları məhkəməyə təqdim etməmişlər və ya həmin orqan tərəfindən həmin mübahisə ilə bağlı imtina cavabı almamışlar. Bununla bağlı olaraq ərizənin qəbul edilməsindən imtina olunmalı, iddiaçılara həmin tələblə bağlı notariat orqanına müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçılara müvafiq notariat ofisinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8117/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8117/2022
20.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver