Məhkəmə qərarları › İş №2(011)-813/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-813/2023

25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-813/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfində ona hesablanmış 1555,2 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.V.Əliyev mülki işin iddiaçının gəlməməsi səbəbindən baxılmamış saxlanması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, mülki iş sadələşdirilmiş icraat (kiçik iddia) qaydasında məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş, obyektiv və hərtərəfli baxılması ilə əlaqədar məhkəmə prosesinin çəkişmə prinsipinə əməl etməklə keçirilməsi zərurətini nəzərə alaraq əlavə araşdırma zərurəti olduğundan iddia icraatına keçirilmişdir, bununla belə iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(011)-355/2022 saylı qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, “Dəzgahqayırma” ərazisi ünvanında yerləşən evə (abonent kodu: **********00000) təbii qazın verilməsinin dayandırılması və borca tutulmaların aparılması Cavabdehnə qadağan edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, müvəqqəti təminat tədbiri barədə qərardad ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, “Dəzgahqayırma” ərazisi ünvanında yerləşən evə (abonent kodu: **********00000) təbii qazın verilməsinin dayandırılması və borca tutulmaların aparılması Cavabdehnə qadağan edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 16(011)-355/2022 saylı qərardadı ləğv edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar