Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-820/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. X6 ərizəçinin anasıdır. O, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. X2 2 övladı var. Ərizəçinin bacısı Ruminiyada yaşayır.
2. 2012-ci ildən ərizəçinin anası yaddaş itkisindən əziyyət çəkir. Hazırda lazım olunan stasionar və ambulator müalicə alsa da vəziyyəti ağırlaşır. 2019-cu ildən RƏXD-də “Başbeyin atrofik xəstəliyi nəticəsində (altsheymer xəstəliyi) dərin ağıl zəifliyi, davamlı davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır.
3. Ərizəçinin anası hazırda tək yaşayır, özünü idarə edə bilmir və heç kimlə ünsiyyət qurmur. Ərizəçi onun adından heç bir hərəkət edə bilmir və inzibati orqanlara müraciət edərkən etibarnamə tələb olunur. Ərizəçi anasına təyin olunmuş müavinatı qəyyum olmadığı üçün ala bilmir.
Ərizəçinin tələbi:
4. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ona qəyyum təyin olunmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında məhkəmədən anasının vəziyyətinin nəzərə alınmaqla, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun anasının qəyyumu kimi tanınmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. İ-ЖГ 412073 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1972-ci il təvəllüdlü Teymurova (Məmmədova) Rəna Fikrət qızının atası X12, anası isə X4r.
9. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 96№-li, xx.xx.2023-cü il tarixli arayışa əsasən, X6 həqiqətən də General Şıxlinski küçəsi, ev 2, 16 nömrəli mənzildə yaşayır.
10. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 114578 №-li qeydiyyat vəsiqəsinə əsasən, X6 Xətai Rayonu, General Şıxlinski küçəsindəki 2 №-li yaşayış evinin 16 №-li mənzilini xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişdir.
11. xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən, X1 Rəna Fikrət qızının X2 rəsmi himayədarı olmasına etiraz etməmişdir. Etibarnamə on il müddətinə 21 fevral 2034-cü ilədək qüvvədədir.
12. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 258 saylı rəyinə əsasən, 1-ci sual: xx.xx.1950-ci il təvəllüdlü X6 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Teymurova X5 xəstəliyi nəticəsində dərin demensiya müəyyən edilir. 2-ci sual: xx.xx.1950-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X3 hal-hazırda onda müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X3 müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində dərin demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir
13. Digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1950-ci il təvəllüdlü X2 qızıdır və anasının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
18. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X2 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı (§6), tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§12), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.1950-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1950-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova