Məhkəmə qərarları › İş №2(011)-821/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-821/2022

07.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-821/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə X6 arasında 12.07.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin dekabr ayının 26-27 tarixlərində Cavabdeh yanında işə başlamışdır. Onun maaşı 300 manat məbləğində müəyyən edilmişdir, bununla yanaşı, ona satışdan faizlər də ödəniləcəkdir. Bir müddət işlədikdən sonra Cavabdeh iddiaçıya ailə qurmaq təklifi ilə müraciət etdi. Bununla yanaşı o, iddiaçıya birgə biznes qurmağı da təklif edərək, bildirmişdir ki, o, Yasamal rayonundan yerləşən “Bizim market”də ikinci yeri açmaq istəyir və oranı iddiaçıya verəcək. “Əhmədli”də marketdə işlədiyi zaman cavabdeh iddiaçıya bildirdi ki, şəriki Fərid adlı şəxs pulunu geri istədiyinə görə “İnşaatçılar” metro stansiyasının ərazisində yerləşən “Bizim market” də olan yerini satışa çıxarıb. Həmçinin, iddiaçıya təklif etdi ki, həmin yeri iddiaçı götürsün, işləyib dörd ay ərzində pulunu cavabdehə versin. İddiaçı da bununla razılaşdı. Bu məsələni iddiaçı anası ilə müzakirə etdi. İddiaçının anası əvvəlcə razılaşmasa da, daha sonra Cavabdeh ilə danışdıqdan sonra razılaşdı. Bununla yanaşı, Ömər iddiaçıya bildirmişdir ki, həmin yeri 15000 manat satışa qoyub, həmçinin şəriki olan Fərid pulunu istədiyi üçün aralarında mübahisə baş vermişdir. İddiaçı bir iki gün “İnşaatçılar” metrosu yanında olan “Bizim market”ə çıxmışdır ki, Cavabdeh iddiaçıya dedi ki, gedib yerin iddiaçıya satılması barədə müqavilə bağlasınlar. Yolda tərəflər cavabdehin atasının yanına, Hövsana gedərək ondan pul götürdülər və notariusa getdilər. Notariusda Cavabdeh tanışı ilə danışdı və iddiaçıya dedi ki, müqavilə bağlamalıdırlar. Bir müddət sonra, müqavilə hazırlandı, və iddiaçı müqaviləni imzalamaq istədikdə öyrəndi ki, müqavilə borc müqaviləsidir. O, bunun səbəbini Ömərdən soruşduqda, Ömər ona dedi ki, qeyd edilən müqaviləni Fəridi sakitləşdirmək üçün ona göstərməlidir, həmçinin, iddiaçı pulu ona 4 aya verəcəkdir. Notariusda olan zaman pulu kassada saydılar və sayıb qurtardıqdan sonra pulu Cavabdeh götürüb özündə olan torbaya qoydu. Notarius işçilərinin yanında qol çəkdikdən sonra, Cavabdeh özü tək notariusun yanına getdi, müqaviləni imzaladıb möhür vurdurdu. Müqavilə bağlanıldıqdan sonra iddiaçıya hər hansı bir məbləğdə pul verilmədi və cavabdeh iddiaçıya dedi ki, atasından götürdüyü pulu qaytarıb özünə verməlidirlər. Tərəflər cavabdehin atasının Hövsanda yerləşən evinə getdilər və o, iddiaçının və cavabdehin bacısının yanında pulu atasına verdi. İddiaçı obyekti götürdükdə, Cavabdeh bildirdi ki, satılmış maldan 1200 manat kassada pul və əlavə olaraq satışı genişləndirmək üçün mal vurulmalıdır. İddiaçı anasına zəng vuraraq dedi ki, ona pul göndərsin ki, mağazaya mal alınsın. 19 iyunda iddiaçının anası Cavabdeh bank kartına 1500 manat pul köçürtdü ki, mal alınsın. Daha sonra Cavabdeh bildirdi ki, anası pul köçürdüb, gedib mal alsınlar. Baxmayaraq ki, mallar satılmırdı, Cavabdeh əlavə malların alınmasına təkid edirdi. Belə ki, o, iddiaçıya bildirmişdir ki, alverin artması üçün mal alınmalıdır, pul qoyulmalıdır ki, pul götürsünlər. Belə onlar iddiaçının anasının kartından əlavə olaraq 2000 manat pul çıxardıb, mal almağa getdilər. Oktyabr ayının 5-də Cavabdeh yenə də, mal almaq lazım olduğunu bildirdi, iddiaçı bacısı ilə anasının kartında 1300 manat pul çıxardaraq mal almağa getdilər. Cavabdeh mağazada qalan və iddiaçının anasının pulu ilə alınan, yəni 6000 manatlıq malları mənimsəmişdir. Oktyabr ayının 25-də Cavabdeh iddiaçının anasına və iddiaçıya dedi ki, pulu vermək lazımdır. İddiaçının anası sualına cavab olaraq cavabdeh bildirdi ki, iddiaçı onunla borc müqaviləsi bağlayıb və həmin pulu geri qaytarmaq lazımdır. Belə ki, Cavabdeh iddiaçıya təklif etmişdir ki, onun ikinci arvadı olsun, iddiaçı da onunla razılaşmayanda o, iddiaçıdan 15000 manatı istəyəcəyi ilə hədələdi. BU hallar iddiaçı ilə Cavabdeh arasında “whatsup” mobil tətbiq vasitəsi ilə aparılan yazışmada öz təsdiqini tapır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan borc verən Cavabdeh ilə borc alan X6 arasında bağlanılmış 12.07.2021-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 15000 manat məbləğində pul borc verir, borc alan isə krediti 25.10.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürür. Müqavilə Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 4 saylı filialı tərəfindən verilmiş 12.07.2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, X1 depozit hesabına 15000 manat məbləğində pul Cavabdeh tərəfindən mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 12.07.2021-ci il tarixli çekin surətindən görünür ki, 15000 manat məbləğində pul X3 ödənilmiş və Məmmədova Zəhra həmin pulu aldığını çekə imza etməklə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlimiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçı X2 anasıdır, cavabdehi isə o, 2020-ci ilin dekabr ayından qızı onun yanında işə girəndən sonra tanımışdır. Cavabdeh şərikindən 70000 manat dəyərində olan obyekt almışdır, şəriki isə bundan pul istəyəndə qərara gəlmişdir ki, obyekti satsın. Həmin dükanın bir hissəsini qızına satmışdır. 2020-ci ilin iyul ayında qızı olan zəng vuraraq bildirmişdir ki, satışda yaxşı dükan var, həmin dükanı işlədərək gəlir əldə etmək olar. O, 1600 manat məbləğində pul göndərdi qızına ki dükan üçün mallar alınsın. O, qızı ilə cavabdeh arasında borc müqaviləsinin bağlandığını 3 aydan sonra öyrənmişdir. Qızı ilə Məmmədov Orxan arasında hər hansı bir borc münasibətləri olmamış, Məmmədov Orxan qızına borc pul verməmişdir. Onlar dükanın qızına satılması barədə razılaşmışdırlar. Daha sonra o, dükanı görəndə məyus oldu. Belə ki, həmin dükanı işlədərək hər hansı bir gəlir əldə etmək mümkün deyildi. Dükanı yeri çox pis idi. Eyni zamanda, qızı ilə cavabdeh arasında şəxsi münasibətlər də var idi. Belə ki, cavabdeh qızına elçi qəlmişdir. Lakin sonradan məlum oldu ki, o, qızını ikinci arvad kimi almaq istədiyini bildirəndə, o, bu münasibətlərə razı olmadığını bildirdi. Mübahisəli kredit müqaviləsindən göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin uydurma əqd olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə X6 arasında 12.07.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar