Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8225/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisini və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisini üçüncü şəxs qismində cəlb etdiyi) yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisini və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisini üçüncü şəxs qismində cəlb etdiyi) yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5665/2025 saylı qərardadına əsasən mülki iş məhkəmənin icraatına qəbul edilmişdir.
2. xx.xx.2025-ci il tarixidə məhkəmə iclasında Cavabdeh3 məhkəməyə müraciət edərək mülki işin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 5665/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir.
3.Tətbiq edilən hüquq: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
Məhkəmənin mövqeyi:
4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Fəridə Rzayevanın icraatında olan iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı1, İddiaçı2 qarşı “yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma” tələbi barədə 2(010)-5665/2025 saylı mülki işə birləşdirilməlidir.
5. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisini və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisini üçüncü şəxs qismində cəlb etdiyi) yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. olan iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı1, İddiaçı2 qarşı “yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi isə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hakim Fəridə Rzayevanın icraatına götürülmüşdür.
6. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.
7. Məhkəmə hesab edir ki, hakim Fəridə Rzayevanın icraatında olan 2(010)- 5665/2025 saylı mülki iş üzrə iddia tələbi 2(011)-8225/2025 saylı iş üzrə iddia tələbi ilə tam əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(011)-8225/2025 saylı mülki iş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Fəridə Rzayevanın icraatında 2(010)-5665/2025 saylı işə birləşdirilməlidir.
8. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisini və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisini üçüncü şəxs qismində cəlb etdiyi) yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma tələbinə dair 2(011)-8225/2025 nömrəli mülki iş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan Cavabdeh3 cavabdeh İddiaçı1, İddiaçı2 qarşı “yaşayış hüququnun itirilməsi və məcburi şəkildə mənzildən çıxarılma” tələbinə dair 2(010)-5665/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin.
2. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən Samirə Eyvazova