Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8242/2025 02.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evi ünvanındakı sayğacla bağlı təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış 14.454 manat məbləğində borcun abonentin hesab kodundan silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evinə dair 18 yanvar 2023-cü ildə “Zenner G4t” Smart tipli **********384 saylı sayğac quraşdırılmışdır. Lakin sayğac aktiv edilməmişdir. Sayğacın aktiv edilməməsinin səbəbi cavabdeh tərəfindən hesablanmış əsassız borcdur. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evi ünvanındakı sayğacla bağlı 14.454 (on dörd min dörd yüz əlli dörd) manat əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evi ünvanındakı (abonent kodu **********00000) sayğacla bağlı əsassız hesablanmış 14.454 (on dörd min dörd yüz əlli dörd) manat borc məbləğinin hesab kodundan (kod: **********00000) silinməsi barədə qətnamənin qəbul edilməsi xahiş olunur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evi ünvanı faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Qazdan heç vaxt qeyri-qanuni istifadə etməmişdir. Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evi ünvanında yerləşən ünvanda qərəzli şəkildə yüksək məbləğdə aktlar tərtib olunmuşdur. Ona görə də təbii X2nın pozulması haqqında cavabdeh tərəfindən müxtəlif tarixlərdə aktlar tərtib olunmuşdur. 23 aprel 2018-ci il tarixli ******* nömrəli akt; 25 may 2018-ci il tarixli ******* nömrəli akt; 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt; 31 mart 2023-cü il tarixli ******* nömrəli akt; 30 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt; 31 oktyabr 2023- cü il tarixli ******* nömrəli akt; 30 noyabr 2023-cü il tarixli ******* nömrəli akt; 30 dekabr 2023- cü il tarixli ******* nömrəli akt; 31 yanvar 2024-cü il tarixli ******* nömrəli akt; 29 fevral 2024 -cü il tarixli ******* nömrəli akt; 29 mart 2024-cü il tarixli ******* nömrəli akt; 30 aprel 2024-cü il tarixli ******* nömrəli akt. Cərimələr iddiaçıya tam qərəzli şəkildə yazılmışdır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən qərəzli şəkildə borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini iddiaçıya izah etməyiblər. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddia tələbini müdafiə etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, iddiaçı elektrik enerjisinin istehlakına dair çıxarışı təqdim edə bilmir. O bildirmişdir ki, cavabdeh tərəfindən cərimə yazılan dövrdə iddiaçı həmin evdə yaşamamışdır. Ev iddiaçınındır, iddiaçı evdə yaşamamışdır, lakin kiminsə yaşayıb-yaşamadığını deyə bilmir. Hazırda evdə kimi yaşadığını da deyə bilmir. İddiaçının telefonunun işlək olmadığından, fasilə zamanı da bu məlumatı öyrənə bilmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması müddətində izahatı alınmış Cavabdeh nümayəndəsi P.Əliyev bildirmişdir ki, 2018, 2023, 2024-cü illərdə iddiaçı qazdan istifadəyə görə pul ödəməyib. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 73.440 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00376 saylı xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın elementi bitib. Müvəqqəti element quraşdırılıb və məlum olub ki, element 09.01.18-ci il tarixdə bitib. Elektron göstərici 00011 m2 olub. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Tərəflərindən hesablama mexanizminin qoruyucu plastmas örtüyü açılıb, daxilində kənar təsir izi aşkar olunmayıb. Sayğacın klapanı sınıqdır. Sayğacın çıxış plastmas borusu deşilib. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İ002A**********09 nömrəli sayğacın çıxış plastmas borusu deşilib. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.120 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 9.072 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.052 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.592 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.060 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.060 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.060 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 7.992 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.512 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edib. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, “İtron G-4” markalı, 1002AQ**********9 nömrəli sayğac, “İtron G-4” markalı, 1802A**********906 nömrəli sayğacla dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində 2018-ci ilin may ayı üçün 1.598,40 manat, 2023-cü ilin fevral ayı üçün 8.812,80 manat, mart ayı üçün 734,40 manat, sentyabr ayı üçün 1.088,64 manat, oktyabr ayı üçün 246,24 manat, noyabr ayı üçün 311,04 manat, dekabr ayı üçün 302,40 manat, 2024-cü ilin yanvar, fevral və mart ayları üçün hər ayda 367,20 manat, aprel ayı üçün 181,44 manat borc mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni massiv ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********00000) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı “Azəriqaz" İB tərəfindən yazılmış aktların düzgün hesablandığını müəyyən etmək mümkün deyil. Analogiya üzrə həmin Qaydaların yuxarıda qeyd olunan bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd qənatli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m3, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, saatlıq işləmə rejimi 12 saat olduğu nəzərə alınaraq tərtib edilmiş aktlar üzrə qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: xx.xx.2018ci il tarixli, ******* nömrəli akt üzrə: 8.856 m3 və ya 885,6 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 14.688 m3 və ya 1762,56 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 5832 m3 və ya 699,84 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat; xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat; xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat xx.xx.2024cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat; xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 1476 m3 və ya 177,12 manat. Ümumilikdə qeyd olunan aktlar üzrə vurulmuş zərərin həcmi 41184 rn3 və ya 4.764,96 manat təşkil edə bilər. "Azəriqaz" İB tərəfindən abonentin etdiyi ödənişlərdən tutulma həyata keçirilməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12.6.6-cı maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək pərakəndə satıcının vəzifələrinə aiddir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X2 ilə tənzimlənir. Həmin Qanunun 2022-ci ilin 01 ma y tarixindən qüvvədə olan (hazırda qüvvədən düşmüş) 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, işdən görünür ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən 2018-2024-cü illərdə borclar hesablanmışdır. İddiaçıya 2018-ci ilin may ayı üçün 1.598,40 manat, 2023-cü ilin fevral ayı üçün 8.812,80 manat, mart ayı üçün 734,40 manat, sentyabr ayı üçün 1.088,64 manat, oktyabr ayı üçün 246,24 manat, noyabr ayı üçün 311,04 manat, dekabr ayı üçün 302,40 manat, 2024-cü ilin yanvar, fevral və mart ayları üçün hər ayda 367,20 manat, aprel ayı üçün 181,44 manat borc hesablanmışdır. Belə ki, 1 dəfə - 2018-ci ilin may ayında iddiaçıya 1.598,40 manat borc hesablanarkən xx.xx.2026-cı il tarixdə qüvvədən düşmüş “Qaz təchizatı haqqında” Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsi qüvvədə deyildi. 2022-ci ilin 01 may tarixindən qüvvədə olan həmin qanuna görə qazın talanması halları aşkar edildikdə, akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta və ya cinayət işinin başlanması üçün aidiyyəti orqana təqdim edilməlidir. Buna görə də 2018-ci ilin may ayında hesablanmış borca münasibətdə yoxlama aparılarkən, həmin dövrə xx.xx.2026-cı il tarixdə qüvvədən düşmüş “Qaz təchizatı haqqında” Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1ci hissəsi tətbiq edilməməli; qalan borclara münasibətdə isə bu qanun tətbiq edilmələrək, həmin hallarda kənar xəttin aşkar edilməsindən sonra müvafiq aktın inzibati və ya cinayət işi üzrə icraatın başlanılması üçün aidiyyəti quruma göndərilməsi və talama ilə əlaqəli qərarın qəbul olunub-olunmaması halları yoxlanılmalıdır. İddiaçıya 2018-ci ilin may ayı üçün hesablanmış 1.598,40 manat borca gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi borcların hesablandığı dövrdə iddiaçının sözügedən yaşayış evində yaşamadığını, ev iddiaçıya məxsus olsa da, kimlərin yaşaması barədə məlumatının olmadığına dair izahatlar verməsinə baxmayaraq, elektrik enerjisinin təchizatı ilə bağlı çıxarışdan müəyyən edilir ki, 2018-ci ildə mübahisəli evdə yaşayış olmuşdur və elektrik enerjisi təchiz olunmuşdur. İddiaçının nümayəndəsi iddiaçının yaşamadığını, yəni qaz təchizatından istifadə olunmadığını qeyd etdə də, bunu təsdiq edən əlaqəli sübutları məhkəməyə təqdim etməmişdir. (misal üçün yaşayışın olmadığını təsdiq edən su təchizatına dair çıxarışlar və sair əlaqəli sübutlar). Evdə qaz təchizatına dair nümayəndəyə əlaqəli sualların ünvanlanmasına baxmayaraq, iddiaçının nümayəndəsi tərəfindən bununla bağlı məlumat verilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 2018-ci ilin may ayında iddiaçıya hesablanmalı borc məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd qənatli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m3, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, saatlıq işləmə rejimi 12 saat olduğu nəzərə alınaraq tərtib edilmiş aktlar üzrə qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: xx.xx.2018ci il tarixli, ******* nömrəli akt üzrə: 8.856 m3 və ya 885,6 manat. Digər borcların hesablandığı dövrdə xx.xx.2026-cı il tarixdə qüvvədən düşmüş “Qaz təchizatı haqqında” Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsi qüvvədə olduğundan, bununla da, borcun hesablanması üçün qazın talanması ilə bağlı inzibati və ya cinayət icraatına dair aidiyyəti qurumun qərarının qüvvəyə minməsi zəruri olduğundan və hazırki işlə bağlı sözügedən qərarlar qəbul edilmədiyindən, 2018-ci ilin may ayında yazılmış borc istisna edilməklə, digər borclar silinməlidir. 2018-ci ilin may ayında hesablanmış borc isə mütəxəssis rəyində qeyd edilmiş qaydada hesablanmalıdır və yazılmış borcla rəydəki fərq borcdan silinməlidir. Buna görə də 2018-ci ilin may ayında hesablanmış borcdan 712,8 manat silinməli, qalan hissədə borc olduğu kimi saxlanılmalıdır. (1.598,40-885,6) Yuxarıda qeyd olunduğu kimi qazın talanması barədə inzibati və ya cinayət orqanının qərarı (qərarları) olmadığından, 2023-cü ilin fevral ayı üçün 8.812,80 manat, mart ayı üçün 734,40 manat, sentyabr ayı üçün 1.088,64 manat, oktyabr ayı üçün 246,24 manat, noyabr ayı üçün 311,04 manat, dekabr ayı üçün 302,40 manat, 2024-cü ilin yanvar, fevral və mart ayları üçün hər ayda 367,20 manat, aprel ayı üçün yazılmış 181,44 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 129,38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) Cavabdeh İB tərəfindən 2018-ci ilin may ayı üçün hesablanmış 1.598,40 (bir min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat borcdan 712,8 (yeddi yüz on iki manat səksən qəpik) manat; 2023-cü ilin fevral ayı üçün hesablanmış 8.812,80 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat, 2023cü ilin mart ayı üçün hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, 2023-cü ilin sentyabr ayı üçün hesablanmış 1.088,64 (bir min səksən səkkiz manat altmış dörd qəpik) manat, 2023-cü ilin oktyabr ayı üçün hesablanmış 246,24 (iki yüz qırx altı manat iyirmi dörd qəpik) manat, 2023-cü ilin noyabr ayı üçün hesablanmış 311,04 (üç yüz on bir manat dörd qəpik) manat, 2023-cü ilin dekabr ayı üçün hesablanmış 302,40 (üç yüz iki manat qırx qəpik) manat, 2024-cü ilin yanvar ayı üçün hesablanmış 367,20 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat, 2024-cü ilin fevral ayı üçün hesablanmış 367,20 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat, 2024-cü ilin mart ayı üçün hesablanmış 367,20 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat və 2024-cü ilin aprel ayı üçün hesablanmış 181,44 (bir yüz səksən bir manat qırx dörd qəpik) manat borc, cəmi qeyd edilmiş dövrə aid 13.124,16 (on üç min bir yüz iyirmi dörd manat on altı qəpik) manat borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. 129,38 (bir yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh İB-dən dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva