Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-827/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, əmlaka dair çıxarışın ləğv edilməsi və əmlakda payın müəyyən edilməsi ” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı mərhum X2na məxus ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır.
2. X2 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı ev dövlət reyestr xidmətindən qeydiyyatdan keçmədiyindən həmin əmlakla bağlı hər hansı bir vərəsəlik işinin açılması ilə bağlı müraciət edilməmişdir. Lakin İddiaçı qeyd olunan əmlakı qardaşı ilə birgə miras qismində qəbul etmişdirlər.
3. 2023-cü ilin sentyabr ayında İddiaçı qardaşı Cavabdeh1 ona müraciət edərək yaşadığı mənzili boşaltmasını tələb etmiş və öz adına qeydə alınmış çıxarışın surətini təqdim etmişdir. İddiaçı daha sonradan məlum olmuşdur ki, qardaşı Cavabdeh1 onun xəbəri olmadan mübahisəli mənzilə dair çıxarış almış və Bakı şəhəri 6 sayalı Notariat ofisinə ərizə ilə müraciət edərək adına və digər bacılarının adına xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnamə ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı evə 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə Cavabdeh3 payları müəyyən olunmuşdur.
4. Həmin şəhadətnamədə İddiaçı payı müəyyən edilməmişdir. Həmçinin AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 677 nümrəli arayışa əsasən mübahisəli evdə yaşayanlar arasında qanunsuz olaraq İddiaçı adı qeyd edilməmişdir. Halbuki, o, həmin ünvanda pasport qeydiyyatındadır və anadan olduğu gündən orada yaşayır.
İddiaçının tələbi:
5. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə dair ünvan 2dən verilmiş, 2V-204 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına həmin evə dair xx.xx.2023cü il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi və X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
6. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1 2023-cü ilin avqustsentyabr aylarında mübahisəli mənzilə dair vərəsəlik hüququ haqqına şəhadətnamə və əmlaka dair çıxarış almışdır. Bundan başqa Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 677 nümrəli arayışa əsasən, hüquqlarını müdafiə etdiyi İddiaçı adı həmin arayışda qeydyyatda olanların içində qeyd edilməmişdir. Buna görə də o, vərəsə kimi tanınmamışdır. Lakin İddiaçı 2006-cı ildən həmin mənzildə qeydiyyatdadır və yaşayır. Buna görə də şəhadətnamə etibarsız hesab edilməli, çıxarış ləğv edilməlidir. Bunların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, bacısı İlahə ilə qonşudur, danışmırlar, dəfələrlə ona demişdir ki, gəl gedək, evə sənəd düzəldək, lakin o razılaşmamış, heç bir tədbir görməmiş, sənədləri verməmişdir. İlahə həqiqətən onun doğma bacısıdır. Vərəsəlikdən notariat qaydada imtina etməmişdir, lakin, istəmədiyini bildirmişdir. Notariat bununla bağlı imtina yazmışdır ki, qarşı tərəf istəmir. Atasının vərəsələri ilə bağlı arayış gələndə İlahənin adı orada yox idi, o da demədi, çünki bacısı istəmirdi. Amma məsələ bu qədər uzandısa onun da payı müəyyən olunsun, iş qurtarsın. Notariat tərəfindən vərəsəliyin verilməsini və əmlakın yenidən bölünməsini istəyir. Məhkəmədən işin tez yekunlaşmasını xahiş edir.
9. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3, ev 15 xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə Cavabdeh3 məxsusdur.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3, ev 15 xüsusi mülkiyyət hüququ əsasında X4 xüsusi mülkiyyətindədir.
12. ünvan 2dən verilmiş xx.xx.2023-cü il tarixli, 2-V-204 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1985-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Cavabdeh2 çatan 1/3 hissə və Cavabdeh3 çatan 1/3 hissə açıq saxlanılır.
13. AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 677 nömrəli arayışa əsasən, Cavabdeh1 həqiqətən də, ünvan 1 ünvanında aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır: X7, Cavabdeh2, Cavabdeh3, X9.
14. AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1020 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən də, xx.xx.2003-cü ildən ünvan 1 ünvanında aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatdadır: X1, bacısı Cavabdeh2, bacısı Cavabdeh3 , qardaşı Cavabdeh1 və qeyriləri.
16. İİİ-ВГ 816949 №-li ölüm haqqında şəhadərnaməyə əsasən, X8 6 iyul 1985-ci il tarixində Perm vilayətinin Dobryanka şəhərində vəfat etmişdir.
17. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası:
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
19. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı):
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır...
530. Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar;
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
538. Vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
563. Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
25. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin X2 xx.xx.1985-ci ildə vəfat etmş, onun dörd övladı qalmışıdır. Onlardan Cavabdeh1 və İddiaçı atalarının mülkiyyətində olan və onun ölümündən sonra miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı evdə yaşamışlar. Ev dövlət reyestr xidmətindən qeydiyyatdan keçmədiyindən həmin əmlakla bağlı hər hansı bir vərəsəlik işinin açılması ilə bağlı müraciət edilməmişdir. Daha sonra cavabdehlər Bakı şəhəri 6 sayalı Notariat ofisinə ərizə ilə müraciət edərək özlərinin adına xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər və həmin şəhadətnamə ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı evə 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə Cavabdeh3 payları müəyyən olunmuşdur. Lakin həmin şəhadətnamədə İddiaçı payı müəyyən edilməmişdir.
26. Məhkəmə mirasın açıldığı an qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən (§20) hesab edir ki, iddiaçının vəfat edən şəxsin övladı olması həm mülki iş materiallarına əlavə edilmiş sənədlərlə, həm də Cavabdeh1 məhkəmə iclasında verdiyi izahla öz təsdiqini tapır. Cavabdeh İsamyılov Zahid öz izahında qeyd etmişdir ki, baxmayaraq ki, bacısı ilə qonşudur, atalarından qalan evdə yaşayırlar, bacısı ilə olan soyuq münasibətlərə görə vərəsəliklə bağlı sənədləşmədən onu xəbərədar etməmişdir.
27. Məhkəmə mirasın qəbulu ilə bağlı hazırki işin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqedən çıxış edərək qiymətləndirilməsini düzgün hesab edir. Həmin qərarda qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mirasdan imtina etməmiş, o atasının ölümündən sonra faktiki həmin əmlakı qəbul etmiş, fasiləsiz həmin ünvanda yaşamışdır (§13). Məhkəmə Cavabdeh1 notariat orqanına müraciət edərkən atasının üç vərəsəsinin olduğunu qeyd etməklə, iddiaçının adını qeyd etməməklə etibarsız şəhadətnamənin verilməsinə nail olması qənaətinə gəlir.
29. Məhkəmə hesab edir ki, iddiaçının miras qalmış əmlakdan imtina etməsi halları aşkarlanmadığından, əksinə atasının vəfat etməsindən sonra həmin ünvanda fasiləsiz yaşamaqla miras əmlakını faktiki olaraq qəbul etmiş sayılmalı və cavabdehlərin adına verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir.
30. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 2dən verilmiş xx.xx.2023-cü il tarixli, 2-V- 204 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etirbarsız hesab edilməlidir.
31. Məhkəmə qeyd edir ki, MM-nin 149-cu maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli çıxarışın qeydiyyat əsası kimi çıxış edən vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdehlərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qeyd və bu qeyd əsasında verilmiş ********** nömrəli çıxarış ləğv edilməlidir.
32. Məhkəmə iddia tələbinin X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı payının müəyyən edilməsi hissəsini əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qanun üzrə vərəsədir, mirası faktiki qəbul etmiş, miras paydan imtina etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən iddiaçının miras əmlakında payı müəyyən edilməlidir.
33. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə dair ünvan 2dən verilmiş, 2V-204 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına həmin evə dair xx.xx.2023-cü il tarixdə qeydə alınmış çıxarış ləğv edilməli və X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü əhmədli küçəsi ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı payı müəyyən edilməlidir.
Məhkəmə xərcləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə dair ünvan 2dən verilmiş, 2V-204 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin.
3. ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə qeydə alınmış çıxarış ləğv edilsin.
4. ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı payı müəyyən edilsin.
6. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova