Məhkəmə qərarları › İş №2(011)-8281/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8281/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8281/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.02.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Xiaomi Mi band 4 markalı saat üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə; 15.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə; 20.02.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 4 markalı saat üçün 45 manat ödənilməmiş hissə, 4 manat cərimə; 08.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********79744 X3 8 markalı telefon üçün 514.8 manat ödənilməmiş hissə, 51.2 manat cərimə olmaqla, ümumilikdə 769 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 ilə "xxxx" MMC arasında bağlanmış 10.02.2020-ci il, 15.10.2019-cu il, 20.02.2020-ci il və 08.04.2020-ci il tarixli müqavilələrinə əsasən, cavabdeh 2 ədəd Xiaomi Mi band 4 markalı saat, İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon, Xiaomi Mi band 4 markalı saat və İMEİ Kodu **********79744 X3 8 markalı telefon almış və nəticədə 769 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 manat (6 ay x 30 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Xiaomi Mi band 4 markalı saat üçün ümumilikdə 66 manat olmaqla, ondan 60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə; 15.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 192 manat (12 ay x 16 manat + 0 manat ilkin ödəniş) olan , İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon üçün ümumilikdə 88 manat olmaqla, ondan 80 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə; 20.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 90 manat (6 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi band 4 markalı saat üçün ümumilikdə 49 manat olmaqla, ondan 45 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə və 08.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 594.8 manat (12 ay x 45.9 manat + 44 manat ilkin ödəniş) olan İMEİ Kodu **********79744 X3 8 markalı telefon üçün ümumilikdə 566 manat olmaqla, ondan 514.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.2 manat cərimə miqdarında borcu yaranmışdır, cavabdeh 10.02.2020ci il tarixli müqaviləsinə əsasən, 20.02.2020-ci il tarixində Xiaomi Mi band 4 markalı saatdan imtina etmiş və məhsul 90 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 10.02.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 30 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 90 manat, ümumilikdə, 120 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 237 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.04.2020-ci il tarixdə 20215244 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ Kodu **********79744 X3 8 128 GB markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, ABC Telecom» MMC ilə Cavabdeh arasında 20.02.2020-ci il tarixdə 20116748 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" Xiaomi Mi band 4 markalı saatı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, ABC Telecom» MMC ilə Cavabdeh arasında 15.10.2019-cu il tarixdə 00983069 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, ABC Telecom» MMC ilə Cavabdeh arasında 10.02.2020-ci il tarixdə 20090804 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" 2 ədəd Xiaomi Mi band 4 markalı saatı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 08.04.2020-ci il, 20.02.2020-ci il, 15.10.2019-cu il və 10.02.2020-ci il tarixli müqavilələrin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 08.04.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********79744 X3 8 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 20.02.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Xiaomi Mi band 4 markalı saat Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 15.10.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 10.02.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd Xiaomi Mi band 4 markalı saat Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.04.2020-ci il, 20.02.2020-ci il, 15.10.2019-cu il və 10.02.2020-ci il tarixli müqavilələr üzrə Xiaomi Mi band 4 markalı saat, İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon, 2 ədəd Xiaomi Mi band 4 markalı saat və İMEİ Kodu **********79744 X3 8 markalı telefon üçün 699.8 manat ödənilməmiş hissə, 69.2 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 769 manat təşkil edir. İş materiallarında olan 12.10.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 01.05.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 07.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 2 ədəd Xiaomi Mi band 4 markalı saata dair 10.02.2020-ci il tarixdə; İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefona dair 15.10.2019-cu il tarixdə, Xiaomi Mi band 4 markalı saata dair 20.02.2020-ci il tarixdə və İMEİ Kodu **********79744 X3 8 markalı telefona dair 08.04.2020-ci il tarixdə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları qüsursuz halda alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan ümumilikdə ödənilməmiş borcunun məbləği 769 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 10.02.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Xiaomi Mi band 4 markalı saat üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə; 15.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə; 20.02.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 4 markalı saat üçün 45 manat ödənilməmiş hissə, 4 manat cərimə; 08.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********79744 X3 8 markalı telefon üçün 514.8 manat ödənilməmiş hissə, 51.2 manat cərimə, ümumilikdə 769 manat borc pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 10.02.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Xiaomi Mi band 4 markalı saat üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə; 15.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********91825 Nokia 8110 markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə; 20.02.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 4 markalı saat üçün 45 manat ödənilməmiş hissə, 4 manat cərimə; 08.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********79744 X3 8 markalı telefon üçün 514.8 manat ödənilməmiş hissə, 51.2 manat cərimə olmaqla, ümumilikdə 769 manat (yeddi yüz altmış doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar