Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8282/2024 12.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan mənzilin və ünvan 2 nömrəli mənzilin Cavabdeh1 Ağamehdi oğlu ilə övladlarından Cavabdeh2 arasında bağışlama müqavilələrinin və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 65, 133 saylı mənzilin və ünvan 2 nömrəli mənzilin bağışlama müqavilələrinin və nəticələrinin etibarsız hesab edilməsi barədədir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3197/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “İddiaçı cavabdehlər Cavabdeh1 Ağamehdi oğlu, Cavabdeh2 və X1 qarşı Cavabdeh1 Ağamehdi oğlu ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında yerləşən evin 74 mənzilinin bağışlanmasına dair müqavilənin və Cavabdeh2 ilə X2 arasında ünvan 4 ünvanında yerləşən evin 74 mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7606/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli, 2(011)-2369/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-Ə- 1455 reyestr nömrəli bağışlama müqaviləsinin etinarsız hesab edilməsi və onun əsasında verilmiş 299970 saylı Çıxarışın (qeydiyyat nömrəsi:1********) ləğv edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)- 2496/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4694/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2496/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan, hazırkı iddia tələbi üzrə yeni əsaslara dair hallar iddia ərizəsində göstərilmədiyindən və buna dair subutlar ərizəyə əlavə olunmadığından iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərlərinə qarşı “ünvan 1 ünvanda olan mənzilin və ünvan 2 nömrəli mənzilin Cavabdeh1 Ağamehdi oğlu ilə övladlarından Cavabdeh2 arasında bağışlama müqavilələrinin və nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8282/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8282/2024
12.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver