Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8286/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı LED televizor üçün 165.80 manat ödənilməmiş hissə, 16.20 manat cərimə borcu; 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********55182 olan X1 8 markalı telefon üçün 292 manat ödənilməmiş hissə, 29 manat cərimə borcu; 02 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75521 olan X1 8 markalı telefon üçün 99 manat ödənilməmiş hissə, 9 manat cərimə borcu; 28 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********42665 olan X1 8 markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu; 05 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********30677 olan X1 8T markalı telefon üçün 388 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu; 20 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********38437 və **********61337 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 248 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu olmaqla, ümumilikdə 1.647 manat borc və 36.47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15 sentyabr 2019-cu il, 30 dekabr 2019-cu il, 02 yanvar 2020-ci il, 28 yanvar 2020-ci il, 05 fevral 2020-ci il, 20 fevral 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung LED markalı televizor, 3 ədəd X1 8 markalı telefon, X1 8T markalı telefon, 2 ədəd Samsung Galaxy A10 markalı telefon almış və nəticədə cavabdehin 1.647 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.500,80 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung LED markalı televizor, 3 ədəd X1 8 markalı telefon, X1 8T markalı telefon, 2 ədəd Samsung Galaxy A10 markalı telefon almışdır. Müqaviləyə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 12 oktyabr 2021-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borclara aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 16.20 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 30 dekabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 29 manat cərimə məbləği azaldılaraq 4 manat məbləğində; 02 yanvar 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 9 manat cərimə məbləği azaldılaraq 1 manat məbləğində; 28 yanvar 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 30 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində: 05 fevral 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 38 manat cərimə məbləği azaldılaraq 8 manat məbləğində; 20 fevral 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 24 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 165.80 manat əsas borc, 2 manat cərimə borcu; 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 292 manat əsas borc, 4 manat cərimə borcu; 02 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 99 manat əsas borc, 1 manat cərimə borcu; 28 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 308 manat əsas borc, 5 manat cərimə borcu; 05 fevral 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 388 manat əsas borc, 8 manat cərimə borcu; 20 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 248 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu olmaqla, cəmi 1.523,80 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 36.47 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 36.47 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 165.80 (yüz altmış beş manat səksən qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 292 (iki yüz doxsan iki) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; 02 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 99 (doxsan doqquz) manat əsas borc, 1 (bir) manat cərimə borcu; 28 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 308 (üç yüz səkkiz) manat əsas borc, 5 (beş) manat cərimə borcu; 05 fevral 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 388 (üç yüz səksən səkkiz) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; 20 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 1.523,80 (min beş yüz iyirmi üç manat səksən qəpik) manat pul vəsaiti və ödənilmiş 36.47 (otuz altı manat qırx yeddi qəpik) dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8286/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8286/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver