Məhkəmə qərarları › İş №2(011)-8303/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8303/2025

16.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8303/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdehn nümayəndəsi X4, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qȧrşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qȧrşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona qanunsuz olaraq hesablanmış 6.307,43 manat borc məbləğinin silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, X.Həsən küçəsindəki fərdi yaşayış evi iddiaçıya məxsusdur. Binəqədi rayonu, X.Həsən küçəsindəki evə dair Cavabdeh İB ilə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində həmin fərdi yaşayış sahəsinə “smart kart” tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı mənzildə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olub. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildiriblər ki, sayğaca müdaxilə olunub. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 6.307,43 manat borc yazılıb və iddiaçı bu pulu ödəməlidir. İddiaçı borcun səbəbini soruşduqda bildirdilər ki, mənzildə quraşdırılan sayğac əvəz edilərkən çıxarılan sayğac labaratoriyaya göndərilmiş və rəyə əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. Mənzildə quraşdırılan qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O bildirmişdir ki, qaz təchizatı ilə əlaqəli məsələləri həyat yoldaşı – üçüncü şəxs X2 həll edib. Buna görə də üçüncü şəxsin dediklərini təsdiq edir. O, evə 2020-ci ilin yay aylarında köçüb. O vaxtadək evdə yaşayış olmayıb. Elektrik sərfiyyatı ilə bağlı çıxarışları əldə edə bilmir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, abonentə yazılmış borc onun tərəfindən sayğac qoyulanadək kənar xəttə qoşulma halları ilə bağlı olmuşdur. Üçüncü şəxs X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermişdir. O bildirmişdir ki, sayğac qoyulanadək ünvanda təbii qazdan istifadə olunmayıb. O, torpağı 2019-cu ildə alıb. 2020-ci ilin qış aylarında evdə ustalar işləyib. O, evə 2020-ci ilin yay aylarında köçüb. O vaxtadək yaşayış olmayıb. Zərurət olanda propan qazından, yəni qaz balonundan istifadə olunub. Suyu elektrik cihazla isidib. Evin istiliyini elektrik cihazla təmin edib. Elektrik sərfiyyatı ilə bağlı çıxarışları əldə edə bilmir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********00155 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2019-cu ilin noyabr ayı üzrə 426,60 manat, dekabr ayı üzrə 396 manat, 2020-ci ilin yanvar, fevral, mart ayları üzrə hər ay 295,20 manat; aprel ayı üzrə 265,70 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacsız qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 4.266 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacsız qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.960 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.952 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.952 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, baxış zamanı kənar xətt aşkar olunub və təbii qazdan sayğacsız istifadə edilir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.952 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə baxış keçirilən zaman sayğacsız təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.657 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12.6.6-cı maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək pərakəndə satıcının vəzifələrinə aiddir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, işin hallarından görünür ki, iddiaçıya kənar xəttə görə 2019-cu ilin noyabr ayında 426,60 manat, dekabr ayında 396 manat, 2020-ci ilin yanvar, fevral, mart aylarında hər ay 295,20 manat; aprel ayında 265,70 manat borc yazılmışdır. İddiaçıya hesablanmış borclar “Qaz təchizatı” haqqında Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinin qüvvəyə minməsinədək hesablanmışdır. (bu qanun xx.xx.2026-cı il tarixdən qüvvədən düşmüşdür). Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, akt tərtib etməli və həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim etməli idi. Lakin mübahisəli borclar 2019-2020-ci illərə aid olduğundan, qeyd olunmuş 13-cü maddəsinin 8-1-ci hissəsi hazırki mübahisəyə tətbiq olunmayacaqdır. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, iddiaçı 2020-ci ilin yay aylarınadək fərdi yaşayış evində yaşamadığını, həmin vaxt evin yaşayış üçün uyğun olmadığını və təmirdə olduğunu qeyd etsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, evdə yaşayışın olmaması elektrik enerjisindən istifadə ilə bağlı sərfiyyat məlumatları və sair əlaqəli məlumatlarla sübuta yetirilə bildiyi halda, iddiaçı buna dair sübutları təqdim etməmişdir. Qeyd olunan hallarla bağlı məhkəmə hesab edir ki, saldo üzrə göstərilən cihaz üzrə (4 gözlü qaz peçi) hesablama aparılmalıdır. Cavabdeh təşkilat 3 ayda 1 dəfədən az olmayaraq yoxlama keçirməli olduğundan, 3 aylıq müddət əsas götürülməklə, gündəlik 12 saat üzrə 1 ədəd 4 gözlü qaz peçinin (1 saatda sərfiyyatı 1,2 m3 olmaqla) sərfiyyatına uyğun hesablama aparılmalıdır. 3 aylıq müddət üçün sərfiyyat 129,6 manat təşkil edəcəkdir; 1 aylıq müddət üçün sərfiyyat 43,2 manat təşkil edəcəkdir (1,2x12x90=1296 m3, 1296x0,10=129,6 manat; 129,6/3=43,2). Həmin dövr üçün 1 m3 qaz sərfiyyatı 0,10 manat təşkil etmişdir. Belə ki, iddiaçının abonent olaraq qeydiyyatı 2019-cu ilin noyabr ayından başladığından, 2019-cu ilin noyabr ayından 2020-ci ilin may aynadək ardıcıl hər ay yazılmış borclar 1 aylıq sərfiyyatla müqayisə edilərək aşağıdakı qaydada hesablanmalıdır. 2019-cu ilin noyabr ayında 426,6. manat borc yazıldığından, 1 aylıq sərfiyyat məbləği çıxılaraq, fərq olan 383,4 manat borc silinməlidir. (426,60-43,2=383,4) 2019-cu ilin dekabr ayında 396 manat borc yazıldığından, 1 aylıq sərfiyyat məbləği çıxılaraq, fərq olan 352,8 manat borc silinməlidir. (396-43,2=352,8) 2020-ci ilin yanvar ayında 295,2 manat borc yazıldığından, 1 aylıq sərfiyyat məbləği çıxılaraq, fərq olan 251,8 manat borc silinməlidir. (295,2-43,2=251,8) 2020-ci ilin fevral ayında 295,2 manat borc yazıldığından, 1 aylıq sərfiyyat məbləği çıxılaraq, fərq olan 251,8 manat borc silinməlidir. (295,2-43,2=251,8) 2020-ci ilin mart ayında 295,2 manat borc yazıldığından, 1 aylıq sərfiyyat məbləği çıxılaraq, fərq olan 251,8 manat borc silinməlidir. (295,2-43,2=251,8) 2020-ci ilin aprel ayında 265,70 manat borc yazıldığından, 1 aylıq sərfiyyat məbləği çıxılaraq, fərq olan 222,5 manat borc silinməlidir. (265,7-43,2=222,5) Odur ki, İddiaçı Cavabdeh İB tərəfindən 2019-cu ilin noyabr ayı üçün hesablanmış 426,60 manat borcdan 383,4 manat; 2019-cu ilin dekabr ayı üçün hesablanmış 396 manat borcdan 352,8 manat; 2020-ci ilin yanvar ayı üçün hesablanmış 295,20 manat borcdan 251,8 manat; 2020-ci ilin fevral ayı üçün hesablanmış 295,20 manat borcdan 251,8 manat; 2020-ci ilin mart ayı üçün hesablanmış 295,20 manat borcdan 251,8 manat; 2020-ci ilin aprel ayı üçün hesablanmış 265,70 manat borcdan 222,5 manat, cəmi həmin dövr üçün hesablanmış 1.714,1 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 37,15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00155) Cavabdeh İB tərəfindən 2019-cu ilin noyabr ayı üçün hesablanmış 426,60 manat borcdan 383,4 manat; 2019-cu ilin dekabr ayı üçün hesablanmış 396 manat borcdan 352,8 manat; 2020-ci ilin yanvar ayı üçün hesablanmış 295,20 manat borcdan 251,8 manat; 2020-ci ilin fevral ayı üçün hesablanmış 295,20 manat borcdan 251,8 manat; 2020-ci ilin mart ayı üçün hesablanmış 295,20 manat borcdan 251,8 manat; 2020-ci ilin aprel ayı üçün hesablanmış 265,70 manat borcdan 222,5 manat, cəmi həmin dövr üçün hesablanmış 1.714,1 (bir min yeddi yüz on dörd manat on qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 37,15 (otuz yeddi manat on beş qəpik) manat dövlət rüsumu Cavabdeh İB-dən dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar