Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8305/2023 14.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi, həmçinin digər Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1 Camal qızına aid hissədə sənədin Ərizəçi1, X5 aid hissədə sənədin Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən ərizəçilərə və ailə üzvlərinə Qazax rayonun Çaylı kəndində 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktında ərizəçilərin ata adı səhvən Camal kimi göstərilmişdir. Əslində ərizəçilərin doğum haqqında şəhadətnalərində və bütün sənədlərdə ata adı Cəmaləddindir. Qazax rayon İcra hakimiyyətinin başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi ərizəçilərin ata adı həmin dövlət aktında səhv qeyd edilmişdir. Ərizəçilər DƏDRX-nm Tovuz Ərazi idarəsindən çıxarış almaq üçün müraciət etmiş, müraciət əsasında dövlət aktında səhvlik olduğundan sənədləşmənin aparılması mümkün olmamışdır. Sözügedən çıxarışın verilməsi üçün ata adının səhv olmasına görə ərizəçilərə imtina verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan səhvlik ərizəçilərin mülkiyyət hüquqlarını pozur. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan səhvlik ərizəçilərin müəyyən sənədləşməni aparmağında çətinlik yaradır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi, həmçinin digər Ərizəçi1 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 X1 və X3 rəsmi nikah münasibətlərindən olan övladlarıdır. İş materiallarından görünür ki, X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN- 1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X4, Ərizəçi1 Camal qızına və X5 Qazax rayonun Çaylı kəndində 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Ərizəçilərin ata adı dövlət aktında “Camal” olaraq Ərizəçi2 adı isə Kosayeva Nərgiz kimi qeyd edilmişdir. Ərizəçilərin anası X7 dövlət aktında buraxılmış texniki səhvin düzəldilməsi ilə bağlı maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Başçısının Çaylı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, dövlət aktında Ərizəçi2 adı və ata adı səhvən X8, Ərizəçi1 ata adı səhvən Ərizəçi1 Camal qızı kimi qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlərin surətindən görünür ki, ərizəçilərin atasının adı “Cəmaləddin”dir, Ərizəçi2 adı “Nərqiz”dir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, ərizəçilərin ata adı sənədlərdə yanlışlıqla “Camal” olaraq yazılmışdır. Belə ki, ata adı “Cəmaləddin” olmasına baxmayaraq, X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ərizəçilərin ata adı “Camal” kimi, Ərizəçi2 adı isə “Nərgiz” kimi yazılmışdır. Belə olan halda, ərizəçilərin mövcud ərizəsi əsaslıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, ilk növbədə, ərizəçilərin atasına məxsus şəxsiyyət vəsiqəsində sonuncunun adı “Cəmaləddin”, ərizəçinin adı “Nərqiz” yazıldığı halda, dövlət aktında Ərizəçi1 adı “Ərizəçi1 Camal qızı” kimi, Ərizəçi2 adı isə “X8” kimi yazılmışdır. İkinci növbədə, X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı hüquqmüəyyənedici sənəd hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş məktubla JN-1553 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən torpaq sahəsinə dair həmin aktda olan məlumatların ərazi idarəsində mövcud olan arxiv məlumatları ilə eyni olduğu məlum olmuş, bu səbəbdən mübahisənin məhkəmə qaydasında həll edilə bilməsi izah edilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən hüquqmüəyyənedici sənəddə Ərizəçi1 atasının adı səhvən “Camal” kimi, Ərizəçi2 adı “Nərgiz”, atasının adı isə “Camal” kimi göstərilmişdir və həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin ərizəçilərə məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. X6 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1553 KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1 Camal qızına aid hissədə sənədin Ərizəçi1, X5 aid hissədə sənədin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8305/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8305/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver