Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-832/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00800) qaz sərfıyyatına görə hesablanmış 1948 manat borcun silinməsi və Smart kartında olan 725 m3 və əvvəlki illərdən qalan 1350 m3 limitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə öz torpaqlarını tərk edib ünvan 1nda məskunlaşmışdır. 1-ci Qrup gözdən əlildir. Məcburi köçkündür. 24.10.2007-ci il tarixində X3 Sabunçu rayon şöbəsi tərəfindən yaşadığı ünvana qaz sayğacı qoyuldu. Sayğac təzə deyildi, işlənmiş idi. Üstündə 09816.222 göstərici var idi. Həm də sayğac tanımadığı Əliyev Arzu adlı şəxsin adına rəsmiləşdirilmişdi. 20.12.2012-ci il tarixində mexaniki qaz sayğacı Smart tipli sayğacla əvəz olundu. 2014-cü ildə məlum oldu ki 2155 manat borcu var. Evdə ancaq 4 gözlü qaz, hamamda isə qaz qızdırıcısı vardır. Saldodan görünür ki sayağın göstəriciləri düzgün yazılmayıb. Belə ki yaz aylarında fəsilə uyğun olmayan qaz sərfiyatı yazılmışdır. Həmin ərəfələrdə heç bir əməkdaş gəlib sayğacın göstərişinə baxmadan bunu nece qeyd edib ki. Hər il Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət Komitəsinin Sabunçu rayon şöbəsindən arayış alıb X3 Sabunçu rayon şöbəsinə təqdim etmişdir. Həm də 2013-cü ildən 2016- cı ilədək verilən limitdən istifadə etmişdir. Hələ limiti tam bitirməmişdir. 2007-ci ildən 2012-ci ilə qədər də qaz idarəsindən heç kim gəlib sayğacın göstəricinə baxmamışdır. 09.10.2021-ci ildə Smart tipli qaz sayğacının düyməsi işləmədiyi üçün yenidən mexaniki sayğacla əvəz olundu. Yeni sayğac olduğuna görə sayğacı öz adına keçirmək üçün 3 Saylı Asan kommunal mərkəzinə müraciət etdi və sayğac adına rəsmiləşdirildi. Borcu olaola nece addan ada rəsmiləşdirmək olar ki? Borc barədə əməkdaş heç bir məlumat vermədi. Əksinə borcun olmadığını bildirdi. Lakin bir neçə gün sonra online baxdıqda 1948 manat borc olduğu qeyd olunmuşdu. Smart kartında olan 725 m3 və əvvəlki illərdən qalan limitdən 1350 m3 borcuna silinmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02.11.2021-ci il tarixli AKX-0343469/11-2021 saylı nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı" barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanına (abonent kodu: **********00800) hesablanmış 1948 manat borc 2014-cü ildə hesablanmış borcun qalığıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qeyd edilən Qaydaların 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə analogiya kimi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarınnəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına və onların şərhinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun öz Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, cavabdeh X5 tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00800) 2014-cü ildə hesablanmış1948 manat borcun 7 il sonra tələb edilməsi əsassızdır və həmin borc ümidsiz borc kimi silinməlidir. Bununla yanaşı, iddia tələbi qalan hissədə əsassız olduğundan və iddiaçı buna dair heç bir mötəbər sübut təqdim edə bilmədiyinə görə təmin edilməməlidir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00800) itirilmiş hesablanmış 1948 (bir min doqquz yüz qırx səkkiz) manat borcun silinməsi cavabdeh X5-nə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X2 dövlət rüsumuna görə 39,48 (otuz doqquz manat 48 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-832/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-832/2022
04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver