Məhkəmə qərarları › İş №2(011)-832/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-832/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-832/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. İstifadə edilmiş təbii qazın dəyəri daim vaxtında iddiaçı tərəfindən ödənilmişdir. Hazırda yaşadığı fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə ilk dəfə smart tipli qaz sayğacı quraşdırılaraq iddiaçı təbii qaz istehlakçısı kimi qeydiyyata alınmışdır. Uzun bir müddət dəyərini əvvəlcədən ödəməklə təbii qazdan istifadə etmişdir. 2024-cü ilin yanvar ayında yerli qaz idarəsinin əməkdaşı iddiaçının evinə gələrək təbii qazdan istifadəyə görə 9408,96 manat borcunun olduğunu bildirmişdir. Bunun absurt olduğunu və mümkün olmadığını bildirsə də, əməkdaş yerli qaz idarəsinə müraciət etməyini tövsiyyə etmişdir. Yerli qaz idarəsinə müraciət etdikdə iddiaçı dəhşətə gəlmişdir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının abonent hesabına 2020-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək hər ay akt əsasında cərimə hesablamışlar. Ümumilikdə 25 akt əsasında iddiaçıya 9408,96 manat cərimə hesablanmışdır. Borcun hesablanmasına əsas olmuş sənədləri iddiaçıya təqdim etdikdə, o, daha da dəhşətə gəlmişdir. Tərtib edilmiş saxta aktlar tanımadığı şəxs olan Nədiyev Qalib barəsində olduğunu görmüşdür. Bu hal özbaşınalığın son həddidir. Cavabdeh təşkilata bu aktların iddiaçı ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, dediklərinə məhəl qoyan olmamış və yalnız məhkəmənin iddiaçıya yardım edə biləcəyi bildirilmişdir. Tərtib edilmiş saxta aktlardan da göründüyü kimi aktların iddiaçı ilə heç bir əlaqəsi olmayan və heç zamanda olmamış, tanımadığı şəxs olan Nədiyev Qalib barədə tərtib edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2022-ci il tarixdə ilk dəfə olaraq təbii qaz istehlakçısı kimi qeydiyyata alınaraq evinə təbii qaz çəkdirmişdir. Necə ola bilər ki iddiaçının istehlakçı hesabı olmadan cavabdeh iki il öncədən cərimə hesablayır. Cavabdeh hələ mövcud olmayan istehlakçı hesabına cəriməni necə hesablaya bilir? Abonent saldosundan da göründüyü kimi 2022-ci ilin iyun ayından sonra bir dənə də olsun akt tərtib edilməmişdir. Əgər iddiaçı təbii qazdan qanunsuz is tifadə edən olsaydı sayğacı nə üçün quraşdırır və bundan başqa 2022-ci ilin iyun ayından sonra da istifadə edərdi. Göründüyü kimi iddiaçı yalnız sayğac vasitəsi ilə təbii qazdan istifadə etmiş və daim istifadə etdiyi təbii qazın dəyərini öncədən ödəmişdir. Bu cür uydurma saxta aktların yazılması heç bir hüquqi məntiqə sığmır. Tərtib edilmiş saxta aktlar nə zaman və kim tərəfindən tərtib ediliyindən məlumatı olmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Südçülük sovxozu ünvanında yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 9408,96 manat borcun **********00128 saylı qaz hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi ilə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00128) 2020-ci il üzrə 1951,20 manat, 2021-ci il üzrə 3945,60 manat, 2022-ci il üzrə 3512,16 manat olmaqla, cəmi 9408,96 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 iyul 2020-ci il tarixli, ******* nömrəli, 31 avqust 2020-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli və 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktların surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/172 saylı, 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 iyul 2020-ci il tarixli, ******* nömrəli, 31 avqust 2020-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli və 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktların surətində “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 9408,96 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/172 saylı, 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00128) ünvanına hesablanmış 30 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 iyul 2020-ci il tarixli, ******* nömrəli, 31 avqust 2020-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktlar üzrə 1951,20 manat, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktlar üzrə 3945,60 manat, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli və 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktlar üzrə 3512,16 manat olmaqla, cəmi 9408,96 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 114.09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu ünvanına (abonent kodu: **********00128) hesablanmış 30 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 iyul 2020-ci il tarixli, ******* nömrəli, 31 avqust 2020-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktlar üzrə 1951,20 manat, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktlar üzrə 3945,60 manat, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli və 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktlar üzrə 3512,16 manat olmaqla, cəmi 9408,96 manat məbləğində borcu silmək vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdehndən 114.09 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar