Məhkəmə qərarları › İş №2(011)-833/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-833/2024

18.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-833/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, ərizəçi və qızı X4 27 may 2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 47,49 saylı evin 3-cü mənzilində qeydiyyatda olsalar da, faktiki oaraq 10 ildən artıqdır ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 65 saylı evin 37-ci mənzilində yaşayırlar. Bu fakt "xxxx" Kommunal Xidməti MMC-nin verdiyi 177 saylı 19.İV.2023-cü il tarixli arayışla da təsdiq olunur. 13 oktyabr 2005-ci ildə anadan olmuş X4 anadan gəlmə “kvadroplegik spastik serebral iflic” xəstəsi olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi 2 saylı TSEK-in verdiyi xx.xx.2022-ciil tarixli N00048154VHL saylı arayışına əsasən müddətsiz olaraq birinci qrup əlildir. O anadan olandan hal-hazıra kimi ərizəçinin himayəsindədir, fəaliyyət qabiliyyətindən tam məhrumdur, ərizəçinin köməyi olmadan hərəkət etmək imkanı yoxdur, danışa bilmir, deyiləni anlamır. 18 yaşı tamam olduğu üçün hazırda ona qəyyum təyin edilməsmə zərurət yaranmışdır. Lakin o məhkəmə tərəfındən psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyi üçün, ona rəsmi olaraq qəyyum təyin edilməsi mümkün deyildir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 13 oktyabr 2005-ci ildə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndəərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 706501 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X4 13 oktyabr 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X7 , anası isə X5r. İş materiallarında olan "xxxx" Kommunal Xidməti MMC tərəfindən verilmiş 19 aprel 2023cü il tarixli 177 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Ramiz Quliyev küçəsi, 65 nömrəli evin 37 saylı mənzilində yaşayır. İş materiallarında olan Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 13 oktyabr 2005-ci il təvəllüdlü X4birinci dərəcəli əlilliyi olmaqla, ona K.Y.Fərəcova adına ETPİ X3 xx.xx.2022-ci il tarixli 4969 nömrəli Epikrizinə əsasən Kvadroplegik spastik serebral iflic – G80.0, Spastik tetraplegiya –G82.4, Əqli gerilik (kəmağıllıq)-F72 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X9 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 219 saylı rəyi ilə təsdiq olunur ki, X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilmiş, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir, X4 tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 13 oktyabr 2005-ci il təvəllüdlü X1 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 13 oktyabr 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar