Məhkəmə qərarları › İş №2(011)-836/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-836/2025

10.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-836/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixində ünvan 1 ünvanının qaz xətti üzərinə G-4 itron markalı 1802AZ**********89 nömrəli qaz sayğacı quraşdırılmış və iddiaçının mərhum anası X2 adına **********00000 saylı hesab kodu verilmişdir. xx.xx.2021-ci il tarixində iddiaçının anası X3 dünyasını dəyişmişdir. İddiaçı anası ilə birgə qeyd olunan ünvanda yaşamış və qeydiyyatdadır. Bununla bağlı Bakı şəhəri, Sabunçu rayonu, İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 2396 saylı arayış verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacına iddiaçıya məlumat verilmədən baxış keçirilmişdir. Baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi ilə bağlı imza olmadan, hal şahidi olmadan aktda iki imza olmaqla ******* saylı aktı tərtib edilərək hesab koduna 1944 manat dəymiş ziyan hesablanmışdır. Bu faktla bağlı yeddi ildən sonra iddiaçıya məlum olmuşdur ki, qeyd olunan bağ fərdi yaşayış evinin hesab koduna 1944 manat əsassız olaraq borc hesablanmışdır. Bununla bağlı cavabdeh tərəfindən bu günə kimi rəsmi məlumat verilməmiş, aidiyyatı üzrə polis idarəsinə məhkəməyə müraciət olunmamışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən yazılmış aktlar qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB iddia müddətini bitirmişdir. Bu səbəbdən də cavabdehin ******* saylı aktı və hesablanmış 1944 manat qanunsuz və əsassızdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilərək təbii-qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanması barədə imza olmadan, hal şahidi olmadan ******* saylı aktı tərtib edilərək hesab koduna 1440 manat əsassız olaraq dəymiş ziyan hesablanmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilərək təbii-qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanması barədə imza olmadan, hal şahidi olmadan ******* saylı aktı tərtib edilərək hesab koduna 540 manat əsassız olaraq dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 2021-ci il üçün cavabdeh tərəfindən 1980 manat əsassız olaraq dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixdə akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixdə yay mövsümü olmasına baxmayaraq akt əsasında 725,76 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 298,08 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 855,36 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 734 manat, xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında 734 manat cavabdeh "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilərək təbii-qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanması barədə imza olmadan, hal şahidi olmadan hər ay akt tərtib edilərək hesab koduna əsassız olaraq dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 2022-ci il üçün cavabdeh tərəfindən 5870 manat əsassız olaraq dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixdə akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixdə ******* akt əsasında 734,40 manat, xx.xx.2023-ci il tarixdə ******* akt əsasında 734, manat, xx.xx.2023-cü il tarixdə ******* akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixdə ******* akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixdə ******* akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixdə ******* saylı akt əsasında 181,44 manat, xx.xx.2023-ci il tarixdə ******* saylı akt əsasında 181,44 manat, manat, xx.xx.2023-ci il tarixdə ******* saylı akt əsasında 181,44 manat, xx.xx.2023cü il tarixdə akt əsasında 246,24 manat, xx.xx.2023-cü il tarixdə ******* saylı akt əsasında 311,04 manat, xx.xx.2023-cü il tarixdə ******* saylı akt əsasında 311,04 manat olmaqla, ümumilikdə 2023-cü il üçün cavabdeh tərəfindən 5076 manat əsassız olaraq dəymiş ziyan hesablanmışdır. xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında 362,88 manat olmaqla, ümumilikdə 2024-cü il üçün cavabdeh tərəfindən 1464,48 manat əsassız olaraq dəymiş ziyan hesablanmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hesab koduna (kod: **********00000) əsassız hesablanmış 16462,52 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkiliddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, X2 (abonent kodu: **********00000) 2018-ci ildə 1944 manat, 2021-ci ildə 1980 manat, 2022-ci il 5870,88 manat, 2023-cü ildə 5076 manat, 2024-cü ildə 1464,48 manat olmaqla, ümumilikdə 16335,36 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 21 sentyabr 2018-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli, 29 aprel 2023-cü il tarixli, ******* nömrəli, 30 may 2023-cü il tarixli, ******* nömrəli, 30 iyun 2023-cü il tarixli, ******* nömrəli, 31 iyul 2023-cü il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 30 sentyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 dekabr 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 31 may 2024-cü il tarixli, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 29 fevral 2024-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli aktın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 166145 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli 2398 nömrəli arayışdan görünür ki, Qasımov X4 qəsəbəsi, C.Cahangirov küçəsi, ev 22 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/208 saylı, 09 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 21 sentyabr 2018-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli, 29 aprel 2023-cü il tarixli, ******* nömrəli, 30 may 2023-cü il tarixli, ******* nömrəli, 30 iyun 2023-cü il tarixli, ******* nömrəli, 31 iyul 2023-cü il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 30 sentyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 dekabr 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 31 may 2024-cü il tarixli, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 29 fevral 2024-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli aktların surətində “abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 16335,36 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/208 saylı, 09 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun məbləği 16462,52 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 16335,36 manat hesablandığı təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış ******* nömrəli, 21 sentyabr 2018-ci il tarixli akt üzrə 1944 manat, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli aktlar üzrə 1980 manat, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli aktlar üzrə 5870,88 manat, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli, 29 aprel 2023-cü il tarixli, ******* nömrəli, 30 may 2023-cü il tarixli, ******* nömrəli, 30 iyun 2023-cü il tarixli, ******* nömrəli, 31 iyul 2023-cü il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 30 sentyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 dekabr 2023-cü il tarixli aktlar üzrə 5076 manat, ******* nömrəli, 31 mart 2024cü il tarixli, ******* nömrəli, 31 may 2024-cü il tarixli, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 29 fevral 2024-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli aktlar üzrə 1464,48 manat olmaqla, ümumilikdə 16335,36 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X3 13 fevral 2021-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 139 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00000 olan) hesablanmış ******* nömrəli, 21 sentyabr 2018-ci il tarixli akt üzrə 1944 manat, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli aktlar üzrə 1980 manat, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022ci il tarixli aktlar üzrə 5870,88 manat, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli, 29 aprel 2023-cü il tarixli, ******* nömrəli, 30 may 2023-cü il tarixli, ******* nömrəli, 30 iyun 2023-cü il tarixli, ******* nömrəli, 31 iyul 2023-cü il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 30 sentyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli, 30 dekabr 2023-cü il tarixli aktlar üzrə 5076 manat, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 31 may 2024-cü il tarixli, ******* nömrəli, 31 mart 2024-cü il tarixli, ******* nömrəli, 29 fevral 2024-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli aktlar üzrə 1464,48 manat olmaqla, ümumilikdə 16335,36 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 139 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar