Məhkəmə qərarları › İş №2(011)-8367/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8367/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8367/2021 10.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 21.08.2019-cu il tarixli müqaviləyə əsasən 1346 manat ödənilməmiş hissə, 134 manat cərimə borcu, 22.08.2019-cu il tarixli müqaviləyə əsasən 95,6 manat ödənilməmiş hissə, 9,4 manat cərimə borcu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 720 manat ödənilməmiş hissə, 72 manat cərimə borcu, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən 16 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, 21.03.2020ci il tarixli müqaviləyə əsasən 46,8 manat ödənilməmiş hissə, 4,2 manat cərimə borcu, ümumilikdə 2446 manat borc, 44,46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.08.2019-cu il, 22.08.2019-cu il, 15.11.2019-cu il, 20.11.2019-cu il və 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, əşyalar almış və nəticədə 2446 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2088 manat (24 ay x 87 manat + 0 manat ilkin ödəniş) Rondo - Yumşaq mebel əşyası üçün ümumilikdə, 1480 manat olmaqla ondan, 1346 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 134 manat cərimə; 22.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 manat (24 ay x 6 manat + 0 manat iikin ödəniş) Foriella Dual ayaqqabı rəfi üçün ümumilikdə, 105 manat olmaqla ondan 95,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,4 manat cərimə; 15.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1017 manat (21 ay x 48 manat + 9 manat ilkin ödəniş) Samsung galaxy A10 markalı telefon, 2 ədəd Panasonic qulaqlıq, TP-Link Extender üçün ümumilikdə, 792 manat olmaqla ondan, 720 manat Ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72 manat cərimə; 20.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 40 manat (10 ay x 4 manat + 0 manat ilkin ödəniş) Ergo qulaqlıq üçün ümumilikdə, 18 manat olmaqla ondan, 16 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə; 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 70,2 manat (6 ay x 11.7 manat + 0 manat ilkin ödəniş) TP-LİNK Modem üçün ümumilikdə, 51 manat olmaqla ondan, 46,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,2 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1134,8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.08.2019-cu il tarixli, 00861703 saylı müqaviləyə əsasən "xxxx" MMC Rondo - Yumşaq mebel əşyası satmış və cavabdeh həmin əşyaya ödəniş cədvəli üzrə 24 ay müddətində hər ay 87 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 2088 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, 00863471 saylı müqaviləyə əsasən "xxxx" MMC Foriella Dual ayaqqabı rəfi satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 24 ay müddətində hər ay 6 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 144 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.11.2019-cu il tarixli, 01053527 saylı müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A10 markalı telefon, 2 ədəd Panasonic qulaqlıq, TP-Link Extender satmış və cavabdeh həmin əşyalara görə ödəniş cədvəli üzrə 21 ay müddətində hər ay 48 manat məbləğində olmaqla və 9 manat ilkin ödəniş etməklə, cəmi 1017 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.11.2019-cu il tarixli, 01064889 saylı müqaviləyə əsasən "xxxx" MMC Ergo qulaqlıq satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 10 ay müddətində hər ay 4 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 40 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.03.2020-ci il tarixli, 20192384 saylı müqaviləyə əsasən "xxxx" MMC TP-LİNK Modem satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 6 ay müddətində hər ay 11,7 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 70,2 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İşin materiallarında olan 19.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 21.08.2019-cu il tarixli müqavilə üzrə 1346 manat əsas, 134 manat cərimə, 22.08.2019-cu il tarixli müqavilə üzrə 95,6 manat əsas, 9,4 manat cərimə, 15.11.2019-cu il tarixli müqavilə üzrə 720 manat əsas, 72 manat cərimə; 20.11.2019-cu il tarixli müqaviləyə üzrə 16 manat əsas, 2 manat cərimə, 21.03.2020-ci il tarixli müqaviləyə üzrə 46,8 manat əsas, 4,2 manat cərimə borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 44,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 44,46 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.08.2019-cu il tarixli, 00861703 saylı müqaviləyə üzrə əsas borca görə 1346 (min üç yüz qırx altı) manat, cərimə borcuna görə 134 (yüz otuz dörd) manat, cəmi 1480 (min dörd yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 22.08.2019-cu il tarixli, 00863471 saylı müqavilə üzrə əsas borca görə 95,6 (doxsan beş manat altmış qəpik) manat, cərimə borcuna görə 9,4 (doqquz manat qırx qəpik) manat, cəmi 105 (yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 15.11.2019-cu il tarixli, 01053527 saylı müqavilə üzrə əsas borca görə 720 (yeddi yüz iyirmi) manat, cərimə borcuna görə 72 (yetmiş iki) manat, cəmi 792 (yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 20.11.2019-cu il tarixli, 01064889 saylı müqavilə üzrə əsas borca görə 16 (on altı) manat, cərimə borcuna görə 2 (iki) manat, cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.03.2020-ci il tarixli, 20192384 saylı müqavilə üzrə əsas borca görə 46,8 (qırx altı manat səksən qəpik) manat, cərimə borcuna görə 4,2 (dörd manat iyirmi qəpik) manat, cəmi 51 (əlli bir) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. 44,46 (qırx dörd manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar