Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8383/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakim Abdullayeva Aynur Aydın qızı ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli 167 saylı qərarı ilə ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 0,02 ha və 0,04 ha olmaqla 2 hissədən ibarət həyətyanı torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsi barədə JN- 195A kod 80510018 saylı və JN-195B kod 80510018 saylı şəhadətnamələrin onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçilər 0,02 ha və 0,04 ha olmaqla 2 hissədən ibarət həyətyanı torpaq sahələrinə dair torpaqların mülkiyyətə verilməsi barədə JN-195A kod 80510018 saylı və JN-195B kod 80510018 saylı şəhadətnamələrin ayrı-ayrılıqda onlara məxsus olması faktının müəyyən edilməsi barədə tələbləri bir icaatda (ərizədə) birləşdirsələr də, həmin tələblər ayrı-ayrı hüquqmüəyyənedici sənədlərlə bağlı olmaqla, sənədlərin müxtəlif şəxslərə məxsus olması nöqteyi nəzərindən biri-digəri ilə əlaqəli olmayan tələblərdir. Bundan başqa məhkəmə qeyd edir ki, Ərizəçi2 ünvanı Bakı şəhəri Xətai rayonunun ərazisində olmadığından, onun tərəfindən verilən ərizəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi2 ünvanı ünvan 2ktron Məhkəmə İnformasiya sistemindən olan məlumatlardan görünür ki, Ərizəçi2 ünvanı Masallı rayonu, Qızılağac Ə/D, Qızılağac kəndidir. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən olan məlumatlardan görünür ki, Ərizəçi1 ünvanı ünvan 4kası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların ( şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının) müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Birbank” vasitəsi ilə ödənilmiş (qəbz:**********) 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 306, 309-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə) Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli 167 saylı qərarı ilə ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 0,02 ha və 0,04 ha olmaqla 2 hissədən ibarət həyətyanı torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsi barədə JN-195A kod 80510018 saylı və JN- 195B kod 80510018 saylı şəhadətnamələrin onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən edilməsi barədə ərizələri geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-8383/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8383/2025
04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver