Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8477/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbi barədə kiçik iddiaya dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, ev 57/24, mənzil 75 (ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə açılmış **********00750 saylı abonent koduna hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddiaya dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 284-3.1-ci maddəsinin tələbinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinin tələbinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, qanunvericilik sadələşdirilmiş icraat qaydasında verilən kiçik iddialara dair ərizələr üçün ümumi qaydalarla yanaşı, xüsusi forma tələbi də müəyyənləşdirmişdir. Yəni “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə sözügedən ərizələr həmin sistem vasitəsi ilə göndərilir. Bu tələbə əməl olunmadıqda isə sadələşdirilmiş icraat qaydasında verilən ərizə məhkəmə tərəfindən geri qaytarılır. Hazırkı kiçik iddiaya dair ərizənin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kiçik iddiaya dair ərizə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməmişdir. Bu səbəbdən kiçik iddiaya dair ərizənin icraatı mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, “Elektron məhkəmə” sisteminin tətbiqinin əsas məqsədləri məhkəmə proseslərini sadələşdirmək, sürətləndirmək, şəffaflığı artırmaq və əlçatanlığı təmin etməkdir. Həmçinin, elektron kabinet vasitəsilə şəxsin iştirak etdiyi işlər üzrə prosesin gedişi, qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayətlər barədə məlumatlar, yəni iş üzrə aparılmış bütün prosessual hərəkətlər barədə məlumatlar “Elektron məhkəmə” informasiya sisteminin hesabına real vaxt rejimində istifadəçiyə təqdim edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin formasına dair tələblərə riayət edilmədiyindən, kiçik iddiaya dair ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin izah edir ki, kiçik iddiaya dair ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması üçün iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 151.1, 284-3.1, 284-3.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbi barədə kiçik iddiaya dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-8477/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8477/2025
07.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver