Məhkəmə qərarları › İş №2(011)-85/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-85/2025

02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-85/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 cəlb edilməklə) “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən bağ evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 8.845,37 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır.“Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları ünvan 2 ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırdılar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır. Bir müddət qazdan istfadə edib. Lakin smart karta pul yüklədiyi zaman vurulan puldan tutulmanın şahidi olub. Bununla bağlı “Azəriqaz“ İstehsalat Birliyinə müraciət edib, onlar bildiriblər ki, güya ki, onlar köhnə qaz sayğacına müdaxilə etmişlər və buna görə də 8.845,37 manat cərimə borcu var. O, cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət edib və ona bildirdilər ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış “G-4” markalı **********111 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları ona məlumat verdilər ki, bilirlər o güya ki, sayğaca müdaxilə etmişdir, güya ki, “sayğacın giriş hissəsindəki dəmir süzgəc kənar təsir nəticəsində, giriş plasmast borusu sınıqdır” və bu səbəbdən də əsassız olaraq o cərimə ödəməlidir. Ondan 8.845,37 manat məbləğində cərimə pulu ödəməyini tələb ediblər. Hansı ki, onun yaşadığı evdə sayğac mexaniki olub hər ayda qəbzlərlə vaxtında ödəniş etmişdir, bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir və plombu da üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın giriş hissəsindəki dəmir süzgəc kənar təsir nəticəsində, giriş plasmast borusu sınıq olması və ona əsassız olaraq yazılan 8.845,37 manat məbləğində cərimə pulun silinməsi üçün şifahi olaraq “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir lakin, nəticəsi olmayıb. O, qaz sayğacına müdaxilə etməmişdir. O, hesab edir ki, Bakı şəhər Suraxanı rayon X6 işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçının abonent hesabında borcu 8.837,37 manat təşkil edir, bu borcdan 6.199,5 manat aktlar əsasında hesablanmış borcdur. Daha əvvəl məhkəmə iclaslarında iştirak edərək o bildirmişdir ki, abonentin ödənişləri demək olar ki, olmayıb. Onun 2014-cü ilin sentyabr ayında 30 manat, 2014cü ilin oktyabr ayında 10 manat, 2014-cü ilin dekabr ayında 10 manat, 2023-cü ilin noyabr ayında 7 manat, 2024-cü ilin dekabr ayında 3 manat ödənişləri olub. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, «Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 1.548 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, «Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 1.548 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Fuad Quluzadə”yə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 1.548 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 1.620 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 408 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan qeyri-kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” 29.11.201x-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 1548 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli akta əsasən 2448 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2020-ci il tarixli akta əsasən 1440 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki qaz sayğacına kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2020-ci il tarixli akta əsasən 2448 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman xx.xx.2020 tarixədək təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2020-ci il tarixli akta əsasən 1003 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonentə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, Suraxanı Xidmət sahəsi tərəfindən müdaxilə video çəkilişlə aşkarlanıb. Sayğacın giriş plastmas borusu deşilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 12.960 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” barəsində tərtib olunmuş ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 6.480 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə Q.” barəsində tərtib olunmuş ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 1.260 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, “Quluzadə” adlı abonent ə məxsus olan ünvan 3 ünvanında yerləşən evdə quraşdırılmış **********00350 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, 16/8-23-cü il tarixli Dövlət yoxlamasına əsasən , **********892 saylı sayğacın giriş hissəsindəki dəmir süzgəc kənar təsir nəticəsində zədələnib. Klapan və giriş borusu sındırılıb. Sayğac mənfiyə işləyib. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, “Quluzadə” adlı abonent barəsində tərtib olunmuş ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 6.480 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus olan xx.xx.2023-cü il tarixli **********00350 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2018-ci ilin avqust ayı üzrə 129,60 manat, dekabr ayı üzrə 619,20 manat, 2019-cu ilin yanvar ayı üzrə 154,80 manat, fevral ayı üzrə 154,80 manat, mart ayı üzrə 154,80 manat, aprel ayı üzrə 162 manat, may ayı üzrə 40,80 manat, iyun ayı üzrə 45,60 manat, iyul ayı üzrə 45,60 manat, avqust ayı üzrə 45,60 manat, sentyabr ayı üzrə 45,60 manat, oktyabr ayı üzrə 45,60 manat, noyabr ayı üzrə 154,80 manat, dekabr ayı üzrə 244,80 manat, 2020-ci ilin yanvar ayı üzrə 144 manat, fevral ayı üzrə 244,80 manat, mart ayı üzrə 100,30 manat, 2023-cü ilin fevral ayı üzrə 99,25 manat, aprel ayı üzrə 1731,95 manat, avqust ayı üzrə 875,60 manat, noyabr ayı üzrə 959,55 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “Quluzadə” adlı abonentə məxsus olan xx.xx.2023-cü il tarixli **********00350 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2018-ci ilin avqust ayı üzrə 129,60 manat, dekabr ayı üzrə 619,20 manat, 2019-cu ilin yanvar ayı üzrə 154,80 manat, fevral ayı üzrə 154,80 manat, mart ayı üzrə 154,80 manat, aprel ayı üzrə 162 manat, may ayı üzrə 40,80 manat, iyun ayı üzrə 45,60 manat, iyul ayı üzrə 45,60 manat, avqust ayı üzrə 45,60 manat, sentyabr ayı üzrə 45,60 manat, oktyabr ayı üzrə 45,60 manat, noyabr ayı üzrə 154,80 manat, dekabr ayı üzrə 244,80 manat, 2020-ci ilin yanvar ayı üzrə 144 manat, fevral ayı üzrə 244,80 manat, mart ayı üzrə 100,30 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin tabeliyindəki “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X3 Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 14-2-2/3-5-8179/Q001 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********892 zavod nömrəli sayğaca baxış keçirilib. Sayğacın giriş hissəsindəki dəmir süzgəc kənar təsir nəticəsində zədələnib, klapanı və giriş borusu sındırılıb, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilib. Sayğac mənfiyə işləyib. Sayğac istismara yararsızdır. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz(qaynaq izi) və əlavə xətt aşkar edilməyib. İş materiallarında olan 27 may 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, “Azəriqaz" İB tərəfindən 2019-cu ilin avqustundan 2023-cü ilin dekabrına qədər 20 aktla abonentə qazdan qanunsuz istifadəyə görə 5.109,80 manat, 1 aktla qaz sayğacına müdaxilə yolu ilə qazdan qanunsuz istifadəyə görə 959,55 manat olmaqla cəmi 6.069,35 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X5”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan Cavabdeh İB tərəfindən abonentə hesablanmış borcun düzgünlüyü haqqında rəy vermək mümkün deyil. xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh İB-ə müraciət edərək sözügedən ünvanda mövcud olan 8.845,37 manat qaza olan borcu qəbul etdiyini, maddi durumunun bu borcu tam şəkildə bir dəfəyə ödəməyə imkan vermədiyini,, müəyyən müddət ərzində ödəyəcəyini bildirərək evin qaz kodunun onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. xx.xx.2023cü il tarixdən evin abonent kodu 8.845,37 manat borcla İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, onun tərəfindən 8.845,37 manat qaza olan borc qəbul edilərək, abonent kodunun onun adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, iş materiallarından görünür ki, **********00350 saylı abonent kodu əvvəlcə “Quluzadə” adlı başqa abonentin adına olmuşdur, xx.xx.2023-cü il tarixdən abonent kodu iddiaçının razılığı əsasında 8.845,37 manat borcla İddiaçı adına rəsmiləşdirilmişdir. İşdən həmçinin görünür ki, xx.xx.2023-cü il tarixdən əvvəl bu abonent kodu üzrə 2018-ci ilin avqust ayı üzrə 129,60 manat, həmin ilin dekabr ayı üzrə 619,20 manat, 2019-cu ilin yanvar ayı üzrə 154,80 manat, fevral ayı üzrə 154,80 manat, mart ayı üzrə 154,80 manat, aprel ayı üzrə 162 manat, may ayı üzrə 40,80 manat, iyun ayı üzrə 45,60 manat, iyul ayı üzrə 45,60 manat, avqust ayı üzrə 45,60 manat, sentyabr ayı üzrə 45,60 manat, oktyabr ayı üzrə 45,60 manat, noyabr ayı üzrə 154,80 manat, dekabr ayı üzrə 244,80 manat, 2020-ci ilin yanvar ayı üzrə 144 manat, fevral ayı üzrə 244,80 manat, mart ayı üzrə 100,30 manat, 2023-cü ilin fevral ayı üzrə 99,25 manat, aprel ayı üzrə 1731,95 manat, avqust ayı üzrə 875,60 manat; noyabr ayı üzrə 959,55 manat borc mövcud olmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, qeyd olunmuş kod üzrə 2022-ci ilin may ayının birindən sonra hesablanmış borclar aşağıdakı kimi olmuşdur: 2023-cü ilin fevral ayı üzrə 99,25 manat, aprel ayı üzrə 1731,95 manat, avqust ayı üzrə 875,60 manat; noyabr noyabr ayı üzrə 959,55 manat. (ümumilikdə 3.666,35 manat). İşdən görünür ki, xx.xx.2023-cü il tarixinədək (abonent kodu “Quluzadə” adlı abonentin adına rəsmiləşdirildiyi dövrdə) olan yuxarıda qeyd olunmuş borc hesablamaları abonentin kənar xətdən qanunsuz istifadəsinə görə yazılmışdır. İstisna 2023-cü ilin aprel və avqust ayları təşkil edir ki, həmin aylarda sayğaca müdaxilə aşkarlanıb. Abonent kodu iddiaçının adına keçirildikdən sonra (xx.xx.2023) abonetə X5nın pozulması ilə bağlı borc hesablanmamışdır. Məhkəmə qeyd edir ki, abonent kodu, xx.xx.2023-cü il tarixindən sonra iddiaçının adına keçirildiyindən və həmin tarixdən etibarən daha əvvəldə abonent koduna hesablanmış borcların cavabdeh təşkilat tərəfindən iddiaçıdan tələb edilməsi mümkün olduğundan, iddiaçının sözügedən abonent kodu üzrə hesablanmış mübahisəli borcların silinməsini tələb etməyə subyektib hüququ vardır. Məhkəmə qeyd edir ki, abonent kodunun addan-ada keçirilməsi zamanı mövcud olan borc X5nın pozulması (kənar xətt, sayğaca müdaxilə) ilə bağlı tərtib edimiş aktlarla yanaşı debitor borcu da ehtiva etmişdir. 2023-cü ilin dekabr ayının əvvəlinə ümumi borc (debitor borc daxil olmaqla) 8.845,37 manat təşkil etmişdir. İddia tələblərində silinməsi tələb olunan məbləğdə budur. Debitor borc sayğac göstəricilərinə əsasən hesablandığından və hesablamanın qanunsuzluğuna dair əsaslar müəyyən edilmədiyindən, məhkəmə debitor borcun silinməsi hissəsində, yəni debitor borca görə yazılmış 2.645,87 manat borcun silinməsi hissəsində (2023-cü ilin dekabr ayının əvvəlinə olan borc üzrə 8.845,37- 6.199,5=2.645,87) iddianı təmin etməyərək, X5nın pozulmasına görə 2018-2023-cü illərdə abonentə hesablanmış 6.199,5 manat borcun əsaslılığını yoxlayır. Borclara gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi 2021-ci ilin may ayının 01-dən sonra istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixdən sonrakı müddətdə tərtib edilmiş istinad edilən aktlar üzrə göstərilən sübutları (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, xx.xx.2022-ci il tarixindən sonra qaz sərfinə görə hesablanmış 3.666,35 manat (2023-cü ilin fevral ayı üzrə 99,25 manat, aprel ayı üzrə 1731,95 manat, avqust ayı üzrə 875,60 manat; noyabr noyabr ayı üzrə 959,55 manat) məbləğində borc məbləği silinməlidir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixədək aktlar kənar xətdən istifadə ilə bağlı tərtib olunmuşdur. Həmin aktlara gəldikdə məhkəmə qeyd edir ki, ekspertiza rəyi ilə kənar xəttin izlərinin mövcudluğu müəyyən edilməsə də, həmin dövrdə ödənişlərin ümumiyyətlə olmaması və ya az məbləğlərdə olması müəyyən edilir. (2014-cü ilin sentyabr ayında 30 manat, 2014-cü ilin oktyabr ayında 10 manat, 2014-cü ilin dekabr ayında 10 manat, 2023-cü ilin noyabr ayında 7 manat, 2024-cü ilin dekabr ayında 3 manat). Bunun əsaslandırılması ilə bağlı iddiaçı tərəfindən sübutların verilməməsi (misal üçün, həmin ev üzrə yaşayışın olmadığı halda müqayisə üçün elektrik enerjisi və ya sudan istifadənin göstəricilərinin siyahısı) səbəbindən məhkəmə hesab edir ki, kənar xətti izlərinin tapılmaması kənar xəttin olmadığına dəlaət etmir. Belə olduğu halda, qazda istifadəyə görə istehlak edilmiş qazın həcmi ən aşağl qiymətlər üzrə aparılmalıdır. Hesablama ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəriuri bilir. İş materialları ilə müəyyən edilir ki, qazdan istifadə edən cihazlar siyahısına 4 gözlü qaz peçi (sərfiyyat - saatda 1,2 m3) və qızdırıcı radiator (sərfiyyat - saatda 2,6 m3) əlavə edilmişdir. 2018-ci ildə kənar xətlə bağlı aktlar həmin ilin may və dekabr ayları üzrə tərtib edildiyindən və sayğacın yoxlanılması ən azı 3 ayda 1 dəfə aparılmalı olduğundan, həmin dövrlər hər bir akta (avqust 2018, dekabr 2018) münasibətdə 90 gün hesablama vaxtı nəzərə alındıqda, ümumi borcun məbləği 4.104 m3 təşkil edir. (1.2x90x12=1296; 2,6x90x12=2808; 1296+2808=4104). Bu kimi hesablama zamanı sayğacın faktiki göstəriciləri mövcud olmadığından, əhali üçün 1 m3 üçün 0,10 manat olan ən aşağı qiyməti nəzərə aldıqda belə ödəniş məbləği (4.104*0,10) bir akt üzrə 820,80 manat olacaqdır. (iki akt üzrə 1.641,60). Həmin aktlar üzrə hesablanmış borc məbləği (avqust - 129,60 manat və dekabr - 619,20 manat) daha az olduğundan 2018-ci il üzrə X5nın pozulmasına görə hesablanmış borcun məbləği dəyişdirilmədən saxlanılmalıdır. 2019-cu ildə kənar xətdən istifadə ilə bağlı hesablama həmin ilin hər ayında aparılmışdır. Bu ilin əvvəlində hesablama 2018-ci ilin dekabr ayında aparıldığından, 2019-cu il üzrə hesablama 12 ay müddətinə qeyd olunan iki cihaz üzrə aparılmalıdır. (360x1,2x12=5184; 360x2,6x12=11232; 5184+11232=16.416) Hesablama üzrə 16.416 m3 sərfiyyat müəyyən edildiyindən və ən aşağı qiymət üzrə belə həmin məbləğ 1.641,60 manat təşkil etdiyindən (16.416x0.10 manat), 2019-cu il üzrə isə cavabdeh tərəfindən cəmi hesablanmış borc 1.294,80 manat təşkil etdiyindən – 2019-cu il üzrə hesablanmış borc dəyişdirilmədən saxlanılmalıdır. 2020-ci ildə yanvar, fevral, mart ayları üzrə hesablama hər aya münasibətdə 30 gün üçün (daha əvvəlki hesablama 2019-cu ilin dekabr ayına təsadüf etdiyinə görə) aparılmalıdır (30x1,2x12=432; 30x2,6x12=936; 432+936=1.368). Hesablama üzrə bir ay üçün 1.368 m3 sərfiyyat müəyyən edillir və ən aşağı qiymət üzrə ödəniş məbləği 136,80 manat təşkil edir. 2020-ci ilin yanvar ayında cavabdeh təşkilatın hesabladığı borc 144 manat, həmin ilin fevral ayında – 244,80 manat, mart ayında -100,30 manat olduğundan - 2020-ci ilin yanvar ayında hesablanmış 7,2 manat, həmin ilin fevral ayında hesablanmış – 108 manat borc silinməlidir. Həmin ilin mart ayında borc -100,30 manat olduğundan, bu hissədə iddia təmin edilməməlidir. Sonrakı borclar 2023-cü ilin yanvar ayından hesablanmışdır. xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə hesablanmış borcların silinməsi ilə bağlı müddəalar yuxarıda qeyd edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 60,19 manat məbləğində dövlət rüsumu və 110 (bir yüz on) manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı adına olan abonent koduna (abonent kodu: **********00350) 2020-ci ilin yanvar, fevral ayları üzrə hesablanmış cəmi 388,8 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat borc məbləğinin 115,2 (bir yüz on beş manat iyirmi qəpik) manat hissəsi silinsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı adına olan abonent koduna (abonent kodu: **********00350) 2023-cü ilin fevral, aprel, avqust, noyabr ayları üzrə hesablanmış cəmi 3.666,35 (üç min altı yüz altmış altı manat otuz beş qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 60,19 (altmış manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 110 (bir yüz on) manat ekspertiza xərci Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar