Məhkəmə qərarları › İş №2(011)-850/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-850/2022

04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-850/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00030) qaz sərfıyyatına görə hesablanmış 2802,37 manat borcun və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Orconokidze küçəsi, döngə 2 ünvanında yerləşən 3 saylı evdə yaşayır. Həmin evə dair Cavabdeh İB ilə evin keçmiş mülkiyyətçisi babası arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Babası vəfat etmişdir. Həmin müqavilə nəticəsində mənzilə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Hazırda yaşadığım evdə quraşdırılan qaz sayğacının blokda olduğunun şahidi olmuş, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirilmişdir ki, borcu ödədikdən sonra adına müqavilə bağlanacaq. Evində quraşdırılan qaz sayğacına heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanı (abonent kodu: **********00030) abonent kimi X1 adına qeydiyyata alınmışdır. AZ seriyalı, 030526 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25.06.1999-cu ildə vəfat etmişdir. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrinin əsasında müəyyən olunur ki, İddiaçı 25.06.1999-cu ildə vəfat etmiş X1 nəvəsidir. Xəzər RİHB-nin Binə qəsəbə İƏD üzrə nümayəndəsinin 22.11.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə 28.01.2018-ci il tarixli, ******* saylı və 28.04.2018-ci il tarixli, ******* saylı aktlardan görünür ki, yuxarıda qeyd edilən ünvan üzrə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin İstismar İdarəsi tərəfindən tərtib edilmiş 30.03.2018-ci tarixli və 29.06.2018-ci il tarixli tələbnamələrdən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və müvafiq olaraq 1854 m3 və 9720 m3 qazın bərpası üçün borcun (1854 m3 + 9720 m3 x 0,20 manat = 2314,80 manat) tələb edilməsi və istehlakçının hesabına yeni sayğacın quraşdırılması göstərilmişdir. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, ünvan 2 ünvanına (abonent kodu: **********00030) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 2314,80 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyn edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin tərtib olunmuş aktlar üzrə hesabladığı 2314,80 manat borc məbləğini və sayğacın dəyərinə görə 235,88 manatı iddiaçıdan tələb etməsi əsassızdır. Ona görə də iddia tələbi qismən təmin edilərək hesablanmış 2314,80 manat borc məbləği və sayğacın dəyərinə görə 235,88 manat borc silinməlidir. Bununla yanaşı, iddia tələbi qalan borcun silinməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları qalan borcun qazdan istifadəyə görə hesablandığı müəyyən olunmamış və iddiaçı buna dair heç bir sübut təqdim edə bilməmişdir Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanına (abonent kodu: **********00030) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2314,80 (iki min üç yüz on dörd manat 80 qəpik) manat borcun və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat borcun silinməsi cavabdeh X7-nə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X3 dövlət rüsumuna görə 45,50 (qırx beş manat 50 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar