Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-852/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia əizəsi ilə müraciət edərək iddiaçıya məxsus ünvan 3lə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, hesablanmış 12659.3 (on iki min altı yüz əlli doqquz manat otuz qəpik) manat borcun silinməsi və əsassız tutulan 227.4 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin 5 nəfər əməkdaşı 30 avqust 2022-ci il tarixdə iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə baxış keçirmiş, qaz xəttindən kənar istifadə halları araşdırılmışdır. Həmin vaxt komissiyaya rəhbərliyi Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin rəisi Sahib Bağırov həyata keçirmiş və mənzilə komissiya tərəfindən baxış keçirildikdən sonra heç bir kənar istifadə aşkarlanmadığından mənzildən çıxıb getmişlər. Komissiya tərəfindən kənar istifadə olub-olmaması ilə yanaşı, ana xəttin yerinin dəyişdirilməsi məsələsi də araşdırılmış, zəruri ölçmə işləri aparılmış və iddiaçının hər hansısa qüsurunun aşkarlanmadığı bildirilmişdir. Bundan sonra Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Xətai rayon üzrə texniki İstismar xidmətindən iddiaçıya hər hansısa bildiriş və ya irad bildirilməmişdir. Hər iki sayğac smart kart tipli olduğundan borcun yaranması da mümkünsüz bir haldır. Məhz bu iki hal iddiaçını hər hansısa problemin olmadığına inandırdı. İddiaçının aşadığı evdə ona və atası X1 məxsus mənzillər olduğundan hər iki mənzilin sayğacı ayrı-ayrılıqdadır. Lakin, atası Musa Cəbrayılov dünyasını dəyişdiyi üçün həmin mənzilin sayğacına da ödəniş iddiaçı tərəfindən həyata keçirilir. Lakin, 22 noyabr 2022-ci il tarixdə iddiaçı atasına məxsus mənzilin sayğacının smart kartı işləmədiyindən və atam da dünyasını dəyişdiyi üçün həmin sayğacı da adına keçirmək məqsədiylə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, atası Musa Cəbrayılova məxsus **********00065 nömrəli sayğacın borcu olduğundan sayğacın başqa şəxsin adına keçirilməsi mümkün deyil. Guya xx.xx.2022-ci il Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin əməkdaşları mənzildi sayğacdankənar istifadə aşkarlamış və buna dair xx.xx.2022-ci il tarixli ******* nömrəli ıkt tərtib etmişlər. İddiaçı, dərhal həmin aktın ona təqdim edilməsini tələb etmiş və aktla tanış olan zaman görmüşdür ki, onun iştirakıyla mənzilə baxış keçirilən günün səhərisi, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin əməkdaşları onun yaşadığı ünvana yenidən gəlmiş, çöl fasadın və atasına məxsus olan mənzilə aid sayğacın şəklini çəkərək guya sayğacdan kənar istifadə aşkarlanması barədə akt tərtib edib getmişlər. Hətta surəti hazırki iddia ərizəsinə əlavə edilən aktın və ona əlavə edilən sənədlərin surətindən də görünür ki, guya xx.xx.2022-ci il tarixli başqa bir aktla kənar xətt qaynaq vasitəsi ilə ləğv edilmiş, aktlar tərtib edilən zaman atası aktı imzalamaqdan imtina etmişdir. Lakin, həmin aradan qaldırılan “kənar müdaxilə”nin nə səbəbdənsə şəkilləri öz əksini tapmamışdır. Araşdırma zamanı məlum oldu ki, bundan əlavə də bir neçə akt tərtib edilmiş, akin, bu aktlar Cavabdeh İB-nə göndərildiyindən onun təqdim edilməsi çətindir. Məhz bu halı nəzərə alaraq iddiaçı atasına məxsus mənzilin saldosunun və aktların surətlərinin təqdim edilməsini ərizə ilə xahiş etmişdir. İddiaçının yaşadığı ünvanda heç bir kənar müdacilə olmadığından cavabdehin əməkdaşları qanunsuz akt tərtib etmiş və bu yolla qanunsuz borc hesablamışlar. Həmin şəxslərin qanunsuz əməlləri bu qeyd edilənlə yanaşı aşağıdakı hallarla da tam təsdiq edilir. Hazırki iddia ərizəsinə əlavə edilən borc sənədində görünür ki, hazırda **********00065 nömrəli sayğacın 12659,3 manat borcu var. Lakin, maraqlıdır ki, həmin abonent koduna aid saldoda bu borc 1909,44 manat, Cavabdeh İB-nin azeriqaz az internet səhifəsindən borc barədə bildirişdə isə 1909,44 manat artıq ödəmə olduğu görünür. Qeyd edilənlərdən də görünür ki, cavabdehlər tərəfindən təqdim edilən sənədlərdə bir-birini təkzib edən hallar mövcud olmaqla əslində mənzilin heç bir borcunun olmadığı təsdiqini tapır. Hətta həmin saldodan məlum oldu ki, bu vaxta qədər mənzilin sayğacını keçirilən məbləğlərdən təxminən 227,40 manat borca görə silinmə həyata keçirilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3ldə quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli, ******* saylı aktda “təbii qazdan sayğacdan kənar istifadə edilmişdir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosunun surətindən görünür ki, aktlar əsasında qazın dəyərinə görə 12659.3 (on iki min altı yüz əlli doqquz manat otuz qəpik) manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı tərəfindən ona təbii qazdan istifadəyə görə 12659.3 (on iki min altı yüz əlli doqquz manat otuz qəpik) manat məbləğində borcun hesablandığına dair hər hansı əlavə sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən 10 yanvar 2023-cü il tarixində həmin ünvana - ünvan 3lə (abonent kodu: **********00065) yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azəriqaz” İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli ******* akta əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus yaşayış evinə aiddir. Ünvanda "Azəriqaz" İB-nə məxsus olan qaz xətti iddiaçının yaşadığı evin həyətyani sahəsindən keçir, qaz xəttin həmin sahəsində kənat xəttə xas olan izlər aşkarlanmışdır. Beləliklə, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilsədə, məhkəmə dəymiş ziyana görə abonentdən tələb edilən 12659.3 manat məbləğində borcu ağlabatan hesab etmir. Belə ki, Beləliklə, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilsədə, məhkəmə dəymiş ziyana görə abonentdən tələb edilən 12659.3 manat məbləğində borcu ağlabatan hesab etmir. Belə ki, xx.xx.2022-ci il tarixli GASREP-dən görünür ki, iddiaçı ona məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edildiyi tarixdən, yəni 2022-ci ilin avqust ayından sonra növbəti ayda 31.5 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə cavabdehə vurulmuş ziyanın məbləği həmin məbləği əsas götürülərək iddiaçı tərəfindən təbii qazdan istifadə etdiyi müddət üzrə, yəni 2020-ci ilin yanvar ayında, 2023-cü ilin yanvar ayınadək,hesablanmalıdır. Belə olan halda, iddiaçı tərəfindən "Azəriqaz" İB- nə vurulmuş ziyan 1165.5 manat ((3x12+1)x31.5) məbləğində müəyyən edilməli, iddiaçıdan əsassız olaraq tələb edilən 11493,8 manat məbləğində borc isə silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə iddianın əsassız tutulan 227.4 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının ona məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsasında cavabdehə 1165.5 manat məbləğində zərər dəydiyindən hazırki tələb əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iddianın aktın etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, araşdırma zamanı iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edildiyindən aktın etibarsız hesab edilməsinə əsas yoxdur, çünki, həmin akt labaratoriya rəyinə əsaslanmaqla, dəymiş ziyanın hesablanmasını özündə əks etdirir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 124,48 (yüz iyirmi dörd manat, qırx səkkiz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddia tələbininin məbləği nəzərə alınmaqla 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. ünvan 3l (abonent kodu: **********00065) üzrə İddiaçı hesablanmış 11493,8 (on bir min dörd yüz doxsan üç manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 124,48 (yüz iyirmi dörd manat, qırx səkkiz) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-852/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-852/2023
01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver