Məhkəmə qərarları › İş №2(011)-861/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-861/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-861/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810а saylı torpaq sahəsini alaraq bağ evi inşa etdirmişdir. Tikinti zamanı yalnız elektrik enerjisindən və sudan istifadə edilmişdir. Hamıya bəlli olan haldır ki, tikinti gedən yerdə təbii qaza zərurət olmur. Tikinti-təmir işləri başa çatdıqdan sonra iddiaçı evini təbii qazla təchiz etmək üçün Cavabdeh İB-yə müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2022-ci il tarixdə evinə smart tipli qaz sayğacı quraşdırılaraq təbii qaz verilmişdir. Göründüyü kimi qaz sayğacı smart olduğundan iddiaçının əsassız hesablanmış borcla bağlı məlumatlı olmağı qeyri-mümkün idi. Lakin bir ay bundan öncə yerli qaz idarəsinin əməkdaşı ona borcunun olmasını və tez bir zamanda ödəməyini bildirmişdir.Borcun yaranma səbəbini və məbləğini öyrənmək üçün iddiaçı yerli qaz idarəsinə getmiş və orada ona təəcübləndirici məlumat vermişlər. İlk öncə iddiaçı bilmişdir ki, evinə quraşdırılmış qaz sayğacı və abonent hesabı heç iddiaçının adına deyilmiş, tanımadığı şəxs olan Hacıtapdıq Kərimovun adınadır. Bundan başqa ona bildirmişlər ki, bağ evində yaşayış olmadığı və təmir-tikinti işlərinin getdiyi zamanda cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının məlumatı və müraciəti olmadan ona məxsus torpaq sahəsinə aid qaz hesabı açmışlar və guya həmin ünvanda təbii qazdan qanunsuz, yəni sayğacsız istifadə edildiyi üçün 2019-cu ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində ümumi məbləğdə 8105,40 manat cərimə hesablamışlar. Bu absurddur. Qaz hesabı tanımadığı Hacıtapdıq Kərimovun adına açılmışdır və hazırda cavabdeh təşkilata abonent hesabını adına rəsmiləşdirilməsini tələb etsə də, bunu etməmişlər. Səbəb kimi isə hesablanmış borcun tam şəkildə ödənilməsini göstərirlər. İddiaçı təbii qazdan xx.xx.2022-ci il tarixdən istifadə etməyə başlamış və heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmişdir və ümumiyyətlə təbii qaza həmin evdə mübahisələndirilən dövr ərzində zərurət olmamışdır. Cavabdeh təşkilat tərəfindən ona məlum olmayan şəxs barədə 19 ədəd qanunsuz saxta akt tərtib edilmiş və bu azmış kimi həmin borcun ödənilməsini məndən tələb etmişdir. Saxta aktlara belə baxdıqda cavabdehin qanunsuzluqlarını aydın görmək olar. Belə ki, saxta aktlarda ümumiyyətlə iddiaçının istifadəsində olmamış uydurma cihazlar qeyd edilmişdir ki, bu da hesablanacaq cərimənin şişirdilməsi üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən cavabdehin bucür hesablama qaydasını hansı qanuna və ya digər normativ akta əsasən apardığı məlum deyildir. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək heç bir qanuna əsaslanmadan vətəndaşlara qarşı qanunsuzluqlar edirlər. İddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir. Cavabdeh təşkilat isə istifadə etdiyinə dair iddialı olsa da, bununla bağlı heç bir sübut təqdim etməmişdir və təbii ki edə də bilməz. Çünki belə bir hal mövcud olmamışdır. Barəsində tərtib edilmiş aktların kim tərəfindən və nə zaman tərtib edildiyindən iddiaçının məlumatı olmamış, halbu ki 19 aktdan heç deyil biri barədə ona məlumat verilə bilərdi. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan ünvanda yerləşən evinə (kod: **********01810) əsassız hesablanmış 8105,40 manat cərimə borcunun qaz hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində ünvanın səhvən 1810a kimi qeyd olunduğunu bildirmiş, faktiki ünvan 1810 olduğundan qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən ümumi sahəsi 234.30 kv/m olan torpaq tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, Hacıtapdıq Kərimovun (abonent kodu: **********01810) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanındakı qaz sayğacı üzrə 2019-cu il üzrə 869,40 manat, 2020-ci il üzrə 2937,60 manat, 2021-ci il üzrə 86,40 manat, 2022-ci il üzrə 4212 manat, ümumilikdə 8105,40 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “mənzildə qeydiyyatsız təbii qazdan istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 fevral 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Hacıtapdıq Kərimovun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1810 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir ” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/29 saylı, 14 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1810 ünvanında yerləşən bağ evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 aprel 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı, 31 may 2020-ci il tarixli, ******* saylı, 30 iyun 2020-ci il tarixli, ******* saylı, 30 iyul 2020-ci il tarixli, ******* saylı, 31 avqust 2020-ci il tarixli, ******* saylı, 30 sentyabr 2020ci il tarixli, ******* saylı, 30 noyabr 2020-ci il tarixli, ******* saylı, 30 dekabr 2020-ci il tarixli, ******* saylı, 29 yanvar 2021-ci il tarixli, ******* saylı, 15 fevral 2022-ci il tarixli, ******* saylı və 29 aprel 2022-ci il tarixli, ******* saylı aktların surətində “abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 8105,40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/29 saylı, 14 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1810 ünvanında yerləşən bağ evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş girişçıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğacın yerləşdiyi bağ evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, cavabdeh tərəfindən hesablanmış borc mənzilin əvvəlki mülkiyyətçisinin adına yazılmışdır. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1810 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********01810) ünvanına hesablanmış 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktlar üzrə 869,40 manat, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 aprel 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı, 31 may 2020-ci il tarixli, ******* saylı, 30 iyun 2020-ci il tarixli, ******* saylı, 30 iyul 2020-ci il tarixli, ******* saylı, 31 avqust 2020-ci il tarixli, ******* saylı, 30 sentyabr 2020-ci il tarixli, ******* saylı, 30 noyabr 2020-ci il tarixli, ******* saylı, 30 dekabr 2020-ci il tarixli, ******* saylı aktlar üzrə 2937,60 manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akt üzrə 86,40 manat, 15 fevral 2022-ci il tarixli, ******* saylı və 29 aprel 2022-ci il tarixli, ******* saylı aktlar üzrə 4212 manat olmaqla, ümumilikdə 8105,40 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmiş, sənədlərdə hələ də mənzilin əvvəlki mülkiyyətçisi Hacıtapdıq Kərimov qeyd edilmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 101.06 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1810 ünvanına (abonent kodu: **********01810) hesablanmış 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktlar üzrə 869,40 manat, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 aprel 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı, 31 may 2020-ci il tarixli, ******* saylı, 30 iyun 2020-ci il tarixli, ******* saylı, 30 iyul 2020-ci il tarixli, ******* saylı, 31 avqust 2020-ci il tarixli, ******* saylı, 30 sentyabr 2020-ci il tarixli, ******* saylı, 30 noyabr 2020-ci il tarixli, ******* saylı, 30 dekabr 2020-ci il tarixli, ******* saylı aktlar üzrə 2937,60 manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akt üzrə 86,40 manat, 15 fevral 2022-ci il tarixli, ******* saylı və 29 aprel 2022-ci il tarixli, ******* saylı aktlar üzrə 4212 manat olmaqla, ümumilikdə 8105,40 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 101.06 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar