Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-863/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2016-cı ildə Cavabdeh İB tərəfindən İddiaçı məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən, yeni yaşayış sahəsindəki evə abonentin iştirakı olmadan İtron G4 tipli, 1602AZ**********34 № li qaz sayğacı quraşdırılmış, **********02650 № li kod verilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş, abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə çağlanmamışdır. xx.xx.2023-cü il tarixdə isə abonentin iştirakı olmadan Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Xancanov Elvin və Hüseynov Bayram tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən, yeni yaşayış sahəsindəki evə quraşdırılmış İtron G4 tipli, 1602AZ**********34 № li qaz sayğacına baxış keçirilmiş, sayğacın ekranı söndüyündən və istismar müddəti bitdiyi səbəbindən Zenner G4T Smart tipli, **********020 № li sayğac ilə əvəz edilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* № li akt tərtib edilmiş, lakin abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2023-cü ildə İtron G4 tipli, 1602AZ**********34 № li qaz sayğacı dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. xx.xx.2023-cü ildə dövlət yoxlamasının nəticəsi məlum olmuşdur. Metrologiya Departamentinin rəyində sayğacın elementinin bitməsi, müvəqqəti element və LCD zaraşdırıldıqdan sonra informasiyanın oxunmasının mümkün olmaması səbəbindən sayğac istismara yararsız hesab edilmişdir. İtron G4 tipli, 1602AZ**********34 № li sayğac xx.xx.2016-cı ildə, abonentin iştirakı olmadan quraşdırılmış və abonent qaz sayğacının istismara qəbul edilməsi barədə heç bir sənəd imzalamamışdır. xx.xx.2023-cü ildə Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən abonentin iştirakı olmadan ******* №-li akt tərtib edilmiş, lakin aktın ikinci nüsxəsi abonentə verilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli "X6"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması” məqsədi 12960 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 1555,20 manat borc yazılmışdır. Abonent tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac mənzildən kənarda yerləşdiyindən sayğaca edilmiş müdaxilə (belə halın həqiqət mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Ərazi nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğacları hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacın daxilinə müdaxilə etmək üçün Cavabdeh İB-nin vurduğu plomb qırılmalı idi. Lakin, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Mənzildən kənarda quraşdınlmış qaz sayğacına abonent nəzarət etmir və sayğac işlək vəziyyətdə olmasına abonent cavabdeh deyildir. “Azəriqaz" İB-nin tərtib etdiyi akta əsasən guya birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin akt isə qaz sayğacı müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Hazırkı halda iddiaçı, cavabdehdən qaz sayğacına abonent tərəfindən müdaa olunmanı sübut edən faktları tələb edir. Məhkəməyə təqdim olunmuş akt birtərəfli qaydada tərtib edilmiş və iddiaçı hən aktı imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. xx.xx.2023-cü il tarixli Gasrepdən məlum olur ki, abonent sərfiyyata uyğun olaraq xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilə qədər 13754 m2 qaz sərfiyatma görə 1701, manat ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli Abonentin saldosuna əsasən abonent xx.xx.2023-cü ild xx.xx.2024cü ilə qədər 2654 m3 qaz sərfıyyatına görə 1297 manat ödəniş etmiş qeyri-qanuni tərtib edilmiş akt əsasında hesablanmış borca görə 50%, yəni 648, 50 manat borcdan tutulma olmuşdur. Göründüyü kimi, abonent 8 il ərzində 2998,20 manatlıq qaz sərfiyyatı etmiş, lakin cavabdeh bir akt ilə onun hesab koduna 1555,20 manat borc hesablanmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 1555,20 manat məbləğin İddiaçı hesab kodundan (kod: **********02650) silinməsi və borca görə tutulmuş 648,50 manat məbləğin İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, sayğac onun atası İddiaçı adınadır. Fərrux Həmidli dənizçidir, 2023-cü ilin dekabr ayının 1-dən 2023-cü ilin mart ayınadək ölkə xaricində olmuşdur, həmin vaxt ailə üzvləri də atasının evində qalmışdır. 2023-cü ilin mart ayında cavabdehin əməkdaşları onu çağırmış, sayğacın dəyişdirilməsini bildirmişdir. Cavabdehin əməkdaşları tərəfindən audit yoxlama aparılan zaman guya sayğacda nöqsan olmuş, bu səbəbdən də sayğac sökülərək yenisi ilə əvəz olunmuşdur. Fərrux Həmidli sayğacın laboratoriyaya aparılması zamanı ona iştirak etmək istədiyini bildirsə də, ona heç bir məlumat verilməmişdir. Həmin vaxta qədər heç bir borc görünməmiş, 2023-cü ilin oktyabr ayında 1555,20 manat cərimə hesablanmışdır. Həmçinin ailə üzvləri tərəfindən ödənişlər olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilən zaman sayğaca müdaxilə olması ehtimalı olmuş, həmin sayğac yenisi ilə əvəz olunmuşdur. Sayğac laboratoriyaya göndərilmiş, laboratoriya rəyinə əsasən müdaxilə faktı öz təsdiqini tapmışdır. Daha sonra akt tərtib olunmuş, dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçının 781,80 manat borcu vardır. Eyni zamanda borca görə iddiaçıdan tutulmalar olmuşdur. Məhkəmə tərəflərin iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********02650) 2023-cü il üçün 1555,20 manat borcu vardır, borca görə iddiaçıdan 648,50 manat tutulma olmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın elementi bitib, informasiya oxunması mümkün deyildir.” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “6x24x90=12960 m3” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması 31 mart 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğacın elementi bitib, informasiya oxunması mümkün deyildir” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 1555,20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının silinməsini tələb etdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********02650) dair hesablanmış 1555,20 manat məbləğində borc silinməli, iddiaçıya məxsus smart-kartdan borc kimi tutulmuş və iddiaçının geri qaytarılmasını tələb etdiyi 648,50 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 35.55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanına (abonent kodu: **********02650) hesablanmış 1555,20 manat məbləğində borcu silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 648,50 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdehndən 35.55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-863/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-863/2025
22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver