Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8676/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, nəvəsi xx.xx.2007-ci il tarixində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ağır əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F-72.1, G-80.0 olan xx.xx.2007-ci il təvəllüdlü nəvəsi X5 baxır. X3 anası, yəni iddiaçının anası X7 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon İcra başçısının xx.xx.2017-ci il tarixli 166 nömrəli sərəncamına əsasən nəvəsi X3 qəyyumu təyin edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü nəvəsi X6 anadan olan zaman ağır əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F-72.1, G- 80.0 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 1-ci qrup əlildir. xx.xx.2007-ci il təvəllüdlü nəvəsi X3 bu xəstəliyi beyinlə əlaqədardır və son zamanlarda əlləri də işləmir. Bu səbəbdən də yeməyini özü yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Daim nəzarətdə saxlamaq məcburiyyətindədir. xx.xx.2007-ci il təvəllüdlü nəvəsi X6 əmək qabiliyyətsizdir və daimi qulluğa ehtiyacı vardır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Xətai rayonu 4 saylı Uşaq Poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ağır əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F-72.1, G-80.0 olan xx.xx.2007-ci il təvəllüdlü X6 həkim-psixiatrda qeydiyyatdadır. ƏƏSMN-nin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair çıxarışdan görünür ki, X1 spastik serebral iflic, baş beynin orqanik zədələnməsi nəticəsində psixomotor inkişafının kəskin geri qalması, xəstəliyi nəticəsində spastik tetraparez, hərəkət məhdudluğu, intellektin kəskin geriliyi, emosional lyabillik diaqnozu qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra başçısının xx.xx.2017-ci il tarixli 166 nömrəli sərəncamından görünür ki, Ərizəçi valideyn himayəsindən məhrum olmuş X3 üzərində qəyyum təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 152 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik aşkar olunmuş, X6 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Ərizəçi X2 nənəsi və qəyyumu olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. X4 ağır dərəcəli əqli gerilik olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-8676/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8676/2025
26.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver