Məhkəmə qərarları › İş №2(011)-875/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-875/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-875/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən **********10000 abonent koduna Cavabdeh tərəfindən 16 iyun 2023cü il tarixli ******* nömrəli akt əsasında hesablanaraq 2073,60 manat məbləğində əsassız və qanunsuz olaraq yazılmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 28 aprel 2023-cü il tarixdə ünvan 1 ünvandakı qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilib. 28 aprel 2023-cü il tarixdə Cavabdeh işçiləri tərəfindən həmin ünvandakı köhnə Smart G-4 itron tipli qaz sayğacının dövrü müddəti başa çatdığı üçün yeni Zenner G-4 tipli mexaniki qaz sayğacı ilə əvəz edilib. Cavabdeh işçiləri əvvəlki smart G-4 itron tipli qaz sayğacını diqqətlə nəzərdən keçirərək, heç bir qüsurun, problemin olmadığını və plombunda üşündə olduğunu bir sözlə hamısının qaydasında olduğunu bildirərək bununla bağlı akt tərtib ediblər. xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqındakı ******* nömrəli aktda da göstərilib ki, “çıxanlan sayğacın tipi itron, markası G-4, nömrəsi 1202AQ**********6, sayğacın göstəricisi 25801 m3, sayğacın üzərindəki plombun nömrəsi 13671031 olub.” 1202AQ**********6 nömrəli, qaz sayğacın üzərindəki 13671031 nömrəli plombu Cavabdeh işçiləri qıraraq, həmin sayğacı qaz xəttindən açaraq ayırıblar. Ancaq xx.xx.2023-cü il tarixdə Cavabdeh MSK-14-2-2/3-5-4830/Q002 nömrəli aktının 27-ci sırasında göstərilib ki, “1202AQ**********6 nömrəli, qaz sayğacında “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın çıxış plasmas borusu deşilib. Sayğac istismara yararsızdır. Xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil.” Halbuki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin işçiləri həmin qaz sayğacını tam nəzərdən keçiriblər. Əgər həmin qaz sayğacında hər hansı bir nöqsan və yaxud sayğacın çıxış plasmas borusu deşilmiş olunsaydı həmin işçilər bunu görüb, ******* nömrəli aktda da həmin problemi qeyd edərdilər. Ancaq ******* nömrəli aktda isə bu barədə heç nə göstərilməyib. Həmin aktda sayğacın çıxarılması səbəbi əvəzetmə göstərilib. Bundan başqa həmin qaz sayğacının çıxarılması beş nəfər şəxsin iştirakı ilə olub. Sonradan bu beş nəfər həmin qaz sayğacının onun yanında hər bir tərəfinə diqqətlə baxıblar. Əgər həmin qaz sayğacının çıxış plasmas borusu deşilmiş olsaydı hər bir halda bunu heç olmasa bir nəfər görərdi. Necə ola bilər ki, xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktda imza atan şəxslər Cavabdeh İB-nin nümayəndələri BRQSD-nın mühəndisi Kərimov Rüfət və Məmmədov İlkin 1202AQ1 ********** nömrəli, itron tipli, G-4 markah qaz sayğacının çıxış plasmas borusunun deşilmiş olması barədə heç bir qeyd etməsinlər? Bu da bir daha onu sübüt edir ki, 1202AQ**********6 nömrəli, itron tipli, G-4 markah qaz sayğacı çıxarılan və təhvil alınan vaxt sayğacın çıxış plasmas borusunda heç bir deşik olmayıb Çıxarılanda da həmin qaz sayğacı tam işlək vəziyyətdə olub. Çıxarılmanın və dəyişdirilmənin də səbəbi hər hansı bir problemin olması ilə bağlı olmayıb. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilib. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən Cavabdeh İB mənə əsassız və qanuna zid olaraq 2073,60 manat borc pul yazıb. Bununla bağlı da o Cavabdehndə olmuş, onlara da bildirmişdir ki, həmin qaz sayğacını qaz xəttinə vaxı ilə Cavabdeh İB-nin işçiləri quraşdıraraq plomblayıblar. xx.xx.2023-cü il tarixdə də Cavabdeh işçiləri həmin qaz sayğacının dövrü müddəti başa çatdığı üçün həmin plombu qıraraq başqa qaz sayğacı ilə əvəz ediblər. Belə olan halda sayğacının çıxış plasmas borusunda necə deşik ola bilər? Əgər belə bir hal olsaydı bu öz əksini xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqındakı ******* nömrəli aktda da tapardı. Sonradan həmin sayğacın laboratoriyaya təhvil verilənə qədər hansı vəziyyətdə olmasına görə də o məsuliyyət daşımalı deyil. Həmin məsuliyyəti isə məndən qüsursuz və işlək vəziyyətdə həmin qaz sayğacını təhvil alan Cavabdeh İB-nin işçiləri daşıyır. Ancaq Cavabdeh İB-ə onun söylədiklərini nədəki, öz işçiləri tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qaz sayğacımn çıxarılması, quraşdırılması və istismara qəbul haqqındakı ******* nömrəli aktda qeyd edilənləri nəzərə almırlar və həmin borcu silmək istəmirlər. Bildirirlər ki, get ver məhkəməyə bu məsələ bizlik deyildir. Ümumiyyətlə, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plombların kənar müdaxilələrdən qorunmasını təmin etməyə, bu istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcısı cavabdehdir. Bu səbəbdən də Cavabdeh tərəfindən 16 iyun 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanaraq 2073,60 (iki min yetmiş üç) manat (altımış) qəpik məbləğində əsassız və qanunsuz olaraq yazılmış pul silinməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə qaz sayğacı 2023-cü il aprel ayında yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4830/Q002 nömrəli Aktdan görünür ki, 1202AQ**********6 nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, Sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğacın çıxış plasmas borusu deşilib, Sayğac istismara yararsızdır, xətalar təyin edilə bilmədi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil” qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus abonent kodu üzrə “Sayğacın çıxış plasmas borusu deşilib” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********10000) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 17280 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********10000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 06/2023-cü il tarixi üzrə 2073,60 manat borc yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Gasrep sənədindən görünür ki, 7-ci Əhmədli küçəsi bina 4A, mənzil 0 üzrə abonent İddiaçıdır, həmin ünvan üzrə abonent kodu **********10000-dır, 11/2012 – 04/2023-cü illər üzrə ödəniş 2717 manat, sərfiyyat 25801 kub/metr olmuş, borca görə tutulma olmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış **********10000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “Sayğacın çıxış plasmas borusu deşilib” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********10000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 06/2023-cü il tarixi üzrə 2073,60 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı həmin borcun silinməsini xahiş edir. Bununla belə, iddiaçı və onun ailə üzvləri tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onların təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də onun abonent hesabına daxil edilmiş 2073,60 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********10000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2073,60 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi (2073,60) nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 40,74 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Cavabdehndən 40 (qırx) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar