Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-876/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12.07.2020-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23.02.2020-ci il tarixli məhkəmə iclasında ərizəçi dəqiqləşdirilmə verərək, 12.07.2002-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 02.07.2002-ci il təvəllüdlü X3 anasıdır, onun anadangəlmə kəmağıllılıq və davranış pozuntuları vardır, 1-ci qrup əlil olmaqla nitq qabiliyyəti və özünü idarə etmək qabiliyyəti yoxdur, öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi və qulluğu olmadan demək olar ki, qala bilmir, daimi qulluğa ehtiyacı vardır, 1-ci qrup əlil olsa da məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilmədiyi üçün onun üzərində qəyyum təyin edilməsi mümkün olmamışdır, halbuki, onun üzərində konkret olaraq yaxın qohumlarından birinin qəyyum təyin edilməsi onun hüquq və mənafelərinin müdafiəsinə, həmçinin hərəkətlərindən yaxın qohumlarına və başqa şəxslərə ziyan vurulmasının qarşısının alınmasına köməklik edər, qızının özünü müstəqil surətdə idarə etmək, öz hərəkətlərinin mənasını başa düşmək imkanına malik olmaması və daim kənar şəxslərin köməyinə ehtiyac duyması hüquq və mənafelərini təmsil etmək və müdafiə etmək üçün üzərində qəyyum təyin edilməsini zəruri etdiyini hesab edir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi E.M.Əhmədov ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin müvafiq rəyinin əsas götürülməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xətai rayon MKTB 99 saylı MKİS tərəfindən verilən 28.10.2020-ci il tarixli 711 saylı arayışdan görünür ki, X6 ünvan 1 evin 107 saylı mənzilində yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.11.2002-ci il tarixli AZ-İ 309067 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 12.07.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.11.2002-ci il tarixdə 2090 sayla qeydiyyat aparılmışdır, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikaıs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, 12.07.2002-ci il təvəllüdlü X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə əlaqədar müddətsiz olaraq 1-ci dərəcəli əlildir. İş materiallarından görünür ki, AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26.12.2020-ci il tarixli 2518 saylı rəyi ilə X4 ağır əqli gerilik aşkar olunması aşkar edilmişdir, bunu anamnestik məlumatlar - doğuş travması ilə anadan olması, erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar yardımçı məktəbdə təhsil ala bilməməsi, 2 saylı X1 müalicə olunması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı ünsiyyətə çətin daxil olması, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq X3 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması nəticəsinə gəlinmişdir. 12.07.2002-ci il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasın olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan X3 anasıdır, sonuncu qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə əlaqədar müddətsiz olaraq 1-ci dərəcəli əlildir, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bununla belə, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 12.07.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş , X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12.07.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 evin 107 saylı ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X6 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-876/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-876/2021
23.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver