Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8793/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN 142 KOD-40615048 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və oğluna aid hissələrində ona, yəni Ərizəçi1, oğluna, yəni-Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx xxxxxx 1974-cü ildə Qəbələ rayonunun Uludaş kəndində anadan olmuşdur. 11 may 1993-cü ildə o, X3 ilə nikaha daxil olmuş, birgə nikahdan xx xxxx 1994-cü il təvəllüdlü Ərizəçi2 anadan olmuşdur. Aqrar İslahatı Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 nömrəli Qərarı ilə Ərizəçi1 və Ərizəçi2 Qəbələ rayonunun Yemişanlı kəndinin ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.43 ha torpaq sahəsi ayrılmış və bu barədə JN-142 KOD-40615048 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Sonradan ərizəçilərə məluma olmuşdur ki, dövlət aktında Ərizəçi1 soyadı səhvən Bədlova kimi, oğlu Ərizəçi2 isə adı, soyadı, cinsi səhvən X1 qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə Ərizəçi1, oğlunun şəxsiyyət vəsiqəsində və digər sənədlərdə isə Ərizəçi2 kimi qeyd edilmişdir. Dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, ərizəçilər aktdakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmin orqanın səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən ərizəçilər aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər. Müvafiq olaraq 28 oktyabr 2021-ci il tarixli məktubu ilə yanlışlıqlara düzəliş edilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi2 məhkəmədə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi1 və X3 rəsmi nikahdadırlar və Ərizəçi2 onların övladıdır. İş materiallarında olan JN-142 saylı KOD 40615048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qəbələ rayonu Yemişanlı kənd ərazisində 0.43 ha torpaq sahəsi ərizəçilərin mülkiyyətinə verilmişdir, həmin sənəddə Ərizəçi1 soyadı “Bədlova” kimi, Ərizəçi2 adı, soyadı, cinsi “X2” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 verilmiş 28 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, JN-142 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, ərizəçilərin soyadları və adları sənəddə eyni cür yazılmamışdır. Belə ki, JN-142 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda Ərizəçi1 soyadı “Bədlova” kimi, Ərizəçi2 adı, soyadı, cinsi “X2” kimi qeyd edilmişdir. Belə olan halda, ərizəçilərin mövcud ərizəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, ilk növbədə, ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənəddəki soyad və ad ilə JN-142 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilmiş ad və soyadlar üst-üstə düşmür. Belə ki, şəxsiyyət vəsiqələrində ərizəçilərin soyadı Bədəlova yazıldığı halda, şəhadətnamədə “Bədlova” kimi yazılmış, Ərizəçi2 adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi yazıldığı halda, şəhadətnamədə “X2” kimi yazılmışdır. İkinci növbədə, JN-142 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda hüquqmüəyyənedici sənəd hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş məktubla sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmiş və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, JN-142 KOD 40615048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən hüquqmüəyyənedici sənəddə Ərizəçi1 soyadı səhvən “Bədlova” kimi, Ərizəçi2 adı, soyadı isə yanlışlıqla “ X2” kimi göstərilmişdir və həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin ərizəçilərə məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçilər 100 manat dövlət rüsumu ödəmişlər. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçilərin ödədiyi 100 manat dövlət rüsumu onların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. JN-142 KOD 40615048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizəçilərin ödədiyi 100 (yüz) manat dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8793/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8793/2021
28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver