Məhkəmə qərarları › İş №2(011)-8837/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8837/2023

23.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8837/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “vərəsəlik hüququnun verilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı ərizəsində göstərilən əmlakdan ona vərəsəlik hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinə qarşı irəli sürsə də, Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, onun səlahiyyətlərinin əksəriyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Ləğv edilmiş hüquqi şəxs məhkəmədə cavabdeh ola bilmədiyindən məhkəmə iddia ərizəsinin aidiyyəti üzrə hazırki məhkəməyə aid olmamasına hər hansı hüquqi qiymət vermir. Digər bir tərəfdən, iddiaçının tələbi qeyri-müəyyəndir. O, ümumi şəkildə vərəsəlik hüququnun verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının şəxsiyyət vəsiqəsində iddiaçının məlumatları ilə əməlaka dair hüquqmüəyyənedici sənədlərdə qeyd edilən məlumatlar eyni deyil. Belə ki, iddiaçının ata adı şəxsiyyət vəsiqəsinəd İslaməddin kimi qeyd edilsə də, sənədlərdə ata adı İslamuddin kimi qeyd edilmişdir. İddiaçı mirasın qəbulu müddətini ötürdüyü halda mirasın qəbulu müddətinin bərpa edilməsi barədə iddia ərizəsi ilə, miras əmlaka dair hüquqmüəyyənedici sənəddə adı və ata adında uyğunsuzluq olduğu təqdirdə isə sənəddəki qeydin ona məxsus olması barədə müvafiq iddia ərizəsi ilə məhkəmə müraciət etməlidir Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “vərəsəlik hüququnun verilməsi” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar