Məhkəmə qərarları › İş №2(011)-8926/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8926/2024

28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8926/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 295 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, cavabdehin hüquqi ünvanı Səbail rayonu, Əlibəyov qardaşları 4 ünvanıdır. İddiaçı mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə cavabdehin vəsatətini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Cavabdeh ASC Səbail rayonu, Əlibəyov qardaşları 4 ünvanı üzrə qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçının hazırda borcun silinməsini tələb etdiyi və hazırda yaşadığı ünvan ünvan 2ir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi, iddiaçı hazırda Xətai rayonu ərazisində yaşamasına dair hər hansı sübutu təqdim etməməklə yanaşı, Nizami rayonu ərazisində qeydiyyatdadır. Eyni zamanda da cavabdeh təşkilatın kommunal xidmətlər üzrə borcun mövcud olmasına istinad etdiyi mənzil də Nizami rayonun ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində yox, iddiaçının olduğu yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində və ya cavabdehin qeydiyyatda olduğu yer üzrə Səbail Rayon Məhkəməsində baxılmalı idi. Nə qədər ki, hazırda mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət verilmişdir, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar