Məhkəmə qərarları › İş №2(011)-895/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-895/2023

03.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-895/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı müqavilənin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İİddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı Bakı şəhəri Xətai rayonu 4-cü Rezervuar küçəsi 8 saylı evə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağışlama müqaviləsinin ləğv edilməsi və cixarış etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X4 və Cavabdeh2 məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etməmişdilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı Bakı şəhəri Xətai rayonu 4-cü Rezervuar küçəsi 8 saylı evə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağışlama müqaviləsinin ləğv edilməsi və cixarış etibarsız hesab edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar