Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8952/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə müəyyən olunmuş, buraxılmış müddəti bərpa edərək, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, ərizə iddia icraatı qaydasında verilmişdir, iddia tələbi qanun üzrə müəyyən olunmuş müddətin bərpa edilərək bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədədir, iddiaçı iddia ərizəsində cavabdeh kimi Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunu göstərmişdir. Məhkəmə, iddia ərizəsinin forma-məzmunu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia tələbinin cavabdehə yönəldilməsi ərizəyə iddia icraatı qaydasında baxılmasını şərtləndirir ki, bu da tərəflər arasında mövcud fikir müxtəliflliyindən irəli gələn mübahisə hallarında mümkündür. Lakin iddia ərizəsi və ona əlavə olunmuş sübutlardan belə mübahisənin olması görünmür. Belə ola halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 17.3-cü maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamələr dövlət notariusu tərəfindən verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21.06.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə müəyyən olunmuş, buraxılmış müddəti bərpa edərək, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8952/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8952/2021
07.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver