Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-901/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26.12.2016-cı il, 02.06.2017-cı il və 29.08.2017-ci il tarixli tapşırıq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsinin qanunsuz hesab edilməsi, ümumi məbləğdən 300 manatın ödənilməsi nəzərə alınaraq, 26.12.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında 500 manat xidmət haqqı, 1000 manat mükafat məbləği, 02.06.2017-cı il tarixli müqavilə əsasında 300 manat xidmət haqqı, 29.08.2017-ci il tarixli müqavilə əsasında 500 manat, 10.000 manat mükafat məbləğindən ümumilikdə 12300 manat pul ödəməli olduğu müqavilələrdən irəli gələn öhdəlikləri əsasında həmin məbləğin 12000 manatının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26.12.2016-cı il tarixdə cavabdehlə tapşırıq müqaviləsi bağlamaqla mülkiyyətində olan mənzildə yaşayan X7 çıxarılması barədə işin aparılmasına dair razılaşmış, 27.12.2016-cı il tarixdə etibarnamə verilməklə işin aparılmasına başlamışdır. Araşdırma zamanı qeyd edilən şəxsin cavabdehin dayısı tərəfindən himayə edilməsi və mülkiyyətçinin mənzilə buraxılmamasına cürətlənməsi səbəbləri aydınlaşmış, münaqişə ilə bağlı 20.01.2017-ci il tarixdə ərizə tərtib edilərək Xətai rayon Pois İdarəsinə ünvanlanmış, mənzildə qeyri-qanuni yaşayan cavabdehlə bağlı araşdırma aparılmasını xahiş etmişdir. İddia ərizəsi tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə icraatı zamanı həmin mənzildə X8 adlı şəxsin yaşadığı müəyyən olundu, iddia tələbi bu hissədə artırılsa da, ona aid müqavilə bağlanmadı. Məhkəmə icraatı zamanı cavabdehin əmisi uşaqları tərəfindən mütəmadi müdaxilələr olmaqla işin gedişatına maneçilik törətməyə çalışılmışdır. Məhkəmənin 24.05.2017ci il tarixli qətnaməsi qəbul edilmişdir. Qətnamədən iddiaçının dayısına aid hissədə apelyasiya şikayəti ərizəyə əlavə edilməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 05.10.2017-ci il tarixli qərardadı ilə buraxılmış müddət bərpa edilmişdir. Cavabdehin sonradan fikir bildirməməsini qəzəb kimi qiymətləndirərək, prosessual hərəkətsizlik etməkdən çəkinib, müqavilə olmasa da, müvafiq hərəkətləri onun marağına uyğun etmişdir. Daha sonra bu işin icrası zamanı 23.05.2017-ci il tarixdə digər məhkəmə hakimi katibliyindən zəng olaraq Cavabdeh digər işdə cavabdeh olduğunu və məhkəmə iclasının 02.06.2017-ci il tarixə təyin olduğu bildirildi. Cavabdehin qeyri-obyektiv davranışı həmin tarixə qədər hər hansı bir hərəkət etməsini mümkün istisna etsə də, müəyyən hazırlıq işlərini hər ehtimala qarşı etmişdir. 02.06.2017-ci il tarixdə məhkəmədən xeyli əvvəl Sabunçu rayon məhkəməsinin inzibati binasında cavabdeh və qardaşı ilə tapşırıq müqaviləsi bağlamaqla həmin işində icrasına başlamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş 13.03.2017-ci il tarixli əmlak üzərinə həbs barədə qərardadın ləğv edilməsinə dair şikayət verməklə məhkəmə iclasına buraxılıb cavabdehi təmsil etməklə hüquqların müdafiəsinə yönələn hərəkətlər etmişdir. Elə məhkəmə iclasında işin halları ilə tanış olub, yeganə istinad edəcəyi həmin an üçün tələm-tələsik iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Buna baxmayaraq məhkəmə iddiaçıların iddiasını təmin edərək, cavabdehin mülkiyyət hüququna əsas olan çıxarış, çıxarışın verilməsinə əsas olmuş renta müqaviləsi, pay müqaviləsi, hətta X1 adına 26.01.2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsi və nəhayət cavabdehin adına olan çıxarış ləğv edilmişdir. Cavabdehlə 25.06.2017-ci il tarixə qədər növbəti müqavilə müqavilə bağlanmamışdır. Müstəqil olaräq bu işə də rüsum ödəmədən apelyasiya şikayətinin müddətli sonuna yaxın məhkəməyə təqdim etmişdir. 29.08.2017-ci il tarixdə Bakı apellyasiya məhkəməsidən mənə zəng edilərək həmin günü nahardan sonra məhkəmə iclası keçirələcəyi bildirildi. Cavabdehi görüşə çağırsa da, görüşdən imtina etdi. Məhkəmə iclasının olacağını bildirdikdə taksi ilə dərhal 20-25 dəqiqəyə məhkəmənin qarşısında görüşmüşdür. Cavabdeh məhkəməyə gələrək məhkəmənin inzibati binasında ona işin aparılıbaparılmaması ilə bağlı fikir bildirmək təklifini bildirdikdən sonra tapşırıq müqaviləsi bağlanmaqla etdiyi hərəkətlərin hüquqi cəhətdən təmin olunması təmin edildi. Məhkəmə iclasında apelyasiya şikayətinin tərəfindən tərtib olunan nüsxəsinin Cavabdeh tərəfindən qəbul edilib-edilməməsi müəyyənləşdirildikdən sonra şikayətə baxılması təmin edilərək apelyasiya şikayəti də təmin edildi. Nəhayət şifahi qaydada qətnamənin qüvvədə qalması və işin arxivdə olması qeyd edildi. 21.05.2018-ci il tarixdə apelyasiya məhkəməsinə müraciət edərək, qətnamə və digər aktların surətlərini tələb etsə də, ı cavab verilməyib. Cavabdehə 01.01.2019-cu il tarixində telefonla zəng etmişdir. Telefon zənginə cavabdeh tərəfindən sonradan reaksiya verilərək kimliyi bilinəndən sonra işlə bağlı sualına “məni ev zad maraqlandırmır” kimi, laqeydcəsinə cavabla danışıq yekunlaşdı. Cavabdehin qardaşı ilə görüşdükdə bacısı ilə bağlı onun işlərinə qarışmadığını qeyd etdi. Cavabdeh məhkəmə irəli sürən iddia ərizəsi ilə bağlı 11.04.2019-cu il tarixdə 300 manatı ödədi.Bütün bu olanlardan sonra cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana pretenziya tərtib edərək göndərdi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2(011)-901/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(011)-901/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı onu aldadaraq onunla tapşiriq müqaviləsi bağlamışdır. Həmin müqaviləyə imza atarkən müqaviləni məhkəmə sənədi olduğunu zənn etmiş, sənədi qəbul etmək üçün həmin sənədə imza atmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəkilov Səməd Mustafa oğlu ifadəsində göstərmişdir ki, iddiaçılar X4 və qeyrilərinin cavabdeh X2 qarşı vərəsəlik hüququnun tanınması və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddiası Xətai Rayon Məhkəməsinin 02.06.2017-ci il tarixli 2(011 )-3651 /2017 saylı qətnaməsi ilə təmin edildikdən sonra Cavabdeh İddiaçı nümayəndəlik fəaliyyətindən imtina etmiş və 29.06.2017-ci il tarixdə apelyasiya şikayəti hazırlanması üçün ona vermiş, 02.07.2017-ci il tarixdə tərəfindən hazırlanan şikayət Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra 29.08.017-ci il tarixli 2(103)-8684/2017 saylı qətnamə ilə məhz Cavabdeh nümayəndəsi kimi onun apellyasiya şikayəti təmin olunaraq iddia müddəti tətbiq edilərək irəli sürülən iddia rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, cavabdehin əmisi oğludur. Cavabdeh, qardaşı Orxan Süleymanov və o, İddiaçılə razılığa gələrək ona 300 manat məbləğində ödəniş etmişdirlər. Əlavə olaraq İddiaçı məhkəmə predmeti olmuş mənzilin gələcəkdə satılacağı təqdirdə 1000-1500 manat əlavə ödəniş ediləcəyini bildirmişdirlər. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.12.2016-cı il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinin surətindən görünür ki, tapşırıq alan Xətai Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı Cavabdehlər X10 və X5 qarşı mənzildən çıxarılma, dəyişdirilmiş qıfılın cavabdehlərin hesabına bərpa edilməsi və mənzilin ilkin vəziyyətdə təhvil verilməsi tələbinə dair 2(011)-3250/17 saylı mülki işlə bağlı məhkəmədə təmsil edilməklə işin aparılmasını, tapşırıq verən isə işlərin yerinə yetirilməsi müqabilində işin Xətai rayon məhkəməsində baxılması üçün 500 manat, birinci instansiya məhkəməsində 300 manat, işin uğurlu nəticələnməsi üçün isə hər iş üçün ayrı-ayrılıqda 1000 manat mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri XətaiRayon Məhkəməsinin 24.05.2017-ci il tarixli 2(011)-3250/2017 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Cavabdehlər X10 və X5 qarşı mənzildən çıxarılma, dəyişdirilmiş qıfılın cavabdehlərin hesabına bərpa edilməsi və mənzilin ilkin vəziyyətdə təhvil verilməsi tələbinə dair iddiasının qismən təmin olunması qət edilmişdir. İş materiallarında olan 02.06.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinin surətindən görünür ki, tapşırıq alan Xətai Rayon Məhkəməsinin icraatında olmuş iddiaçılar X11, X6 və X3 Cavabdeh qarşı 2(011)-3651/2017 saylı mülki işlə bağlı məhkəmədə təmsil edilməklə işin aparılmasını, tapşırıq verən isə işlərin yerinə yetirilməsi müqabilində işin Xətai rayon məhkəməsində baxılması üçün 300 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.08.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinin surətindən görünür ki, tapşırıq alan Xətai Rayon Məhkəməsinin 2(011)- 3651/2017 saylı mülki işlə bağlı apelyasiya instansiyası məhkəməsində təmsil edilməklə işin aparılmasını, tapşırıq verən isə işlərin yerinə yetirilməsi müqabilində işin baxılması üçün 500 manat, işin uğurlu nəticələnməsi üçün isə hər iş üçün ayrı-ayrılıqda 10000 manat mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2018-ci il tarixli 2(102)-502/2018 saylı qərarından görünür ki, Bakı Şəhəri Xətai rayon məhkəməsinin 02.06.2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X11, X6 və X3 Cavabdeh qarşı (üçüncü şəxs Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsi) özəlləşdirmənin etibarsız hesab edilməsi, 26.01.2002-ci il tarixdə Seyfəli Ağayevin adına verilmiş qeydiyyat vəsiqəsinin, 10.01.2009-cu il tarixli bağışlama müqaviləsinin və ona əsasən Tamara Ağayevanın adına verilmiş qeydiyyat vəsiqəsinin, 02.05.2014-cü il tarixli ömürlük renta müqaviləsinin və onun əsasında cavabdehin adına verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilin ilkin hüquqi vəziyyətə qaytarılması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29.08.2017-ci il tarixli, 2(103)-8684/2017 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 02.06.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, cavabdehə onunla bağlanmış tapşırıq müqavilələri üzrə xidmət haqqı və mükafat məbləğlərini ödəməsi, müqavilə öhdəliyi icra olunmadığı halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iş materiallarında olan sənədlərdən İddiaçı tapşırıq müqavilələrinin icrası ilə bağlı olan bütün hərəkətləri etməsi, yəni ərizələr yazması, birinci və apelyasiya instansiyası məhkəmələrində cavabdehin xeyrinə müvafiq qərarların qəbul edilməsinə nail olması, Cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməməsi müəyyən olunmuşdur. Ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh 26.12.2016-cı il, 02.06.2017-cı il və 29.08.2017ci il tarixli tapşırıq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qanunsuz hesab edilməli, cavabdehdən 26.12.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında 500 manat xidmət haqqı, 1000 manat mükafat məbləği, 02.06.2017-cı il tarixli müqavilə əsasında 300 manat xidmət haqqı, 29.08.2017-ci il tarixli müqavilə əsasında 500 manat xidmət haqqı, 10.000 manat mükafat məbləği olmaqla ödəməli olduğu 12300 manatin 12000 manatı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 26.12.2016-cı il, 02.06.2017-cı il və 29.08.2017-ci il tarixli tapşırıq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qanunsuz hesab edilsin. Cavabdeh 26.12.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında 500 manat xidmət haqqı, 1000 manat mükafat məbləği, 02.06.2017-cı il tarixli müqavilə əsasında 300 manat xidmət haqqı, 29.08.2017-ci il tarixli müqavilə əsasında 500 manat xidmət haqqı, 10.000 manat mükafat məbləği olmaqla ödəməli olduğu 12300 manatin 12000 (on iki min) manatı və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-901/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-901/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver