Məhkəmə qərarları › İş №2(011)-91/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-91/2024

27.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-91/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 18 saylı Notariat kontoru və “Daşınmaz əmlakın dövlət kadastri və reyestrı” Publik Hüquqı şəxsinə və 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 18 saylı Notariat kontoru və “Daşınmaz əmlakın dövlət kadastri və reyestrı” Publik Hüquqı şəxsinə və 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . xx.xx.2024-cü il tarixində İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ərizələrinə uyğun izahat verərək, ərizənin baxılmamış saxlanmasını xahiş etdilər. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə yazılı ərizə verdiyindən, cavabdehlər işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 18 saylı Notariat kontoru və “Daşınmaz əmlakın dövlət kadastri və reyestrı” Publik Hüquqı şəxsinə və 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2023 -cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə 129 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 125, 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 18 saylı Notariat kontoru və “Daşınmaz əmlakın dövlət kadastri və reyestrı” Publik Hüquqı şəxsinə və 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” iddia ərizəsi baxılmamış saxlansın. xx.xx.2023 -cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar