Məhkəmə qərarları › İş №2(011)-9163/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9163/2025

17.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9163/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi X7 qızının katibliyi İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı X2 Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, ev 135 (abonent kodu: **********00000) ünvanında faktiki olaraq yaşayır. Həmin mənzildə yerləşən sayğac X2 adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, iddiaçı X2 sayğaca müdaxilə etmişdir və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. İddiaçı bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. İddiaçı hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır.

İddiaçının tələbi:

2. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, ev 135 (abonent kodu: **********00000) ünvanı üzrə əsassız hesablanmış 7535,21 manat məbləğin «X5 tərəfindən silinməsi və əsassız borca görə tutulmuş 733,20 manat məbləğin İddiaçı Miryavər oğluna qaytarılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. 17 fevral 2026-ci il tarixində Cavabdeh nümayəndəsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə vəsatət irəli sürülmüşdür. Cavabdeh tərəfin izahatına əsasən, iddiaçının mübahisələndirdiyi ümumi borcun 7535,21 (yeddi min beş yüz otuz beş manat iyirmi bir qəpik) manatlıq hissəsi Cavabdeh tərəfindən 10/2018-ci il tarixdən 04/2021-ci il tarixədək tərtib edilmiş aktlara əsasən formalaşmışdır və həmin aktlar üzrə mübahisə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2183/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə həll olunmuşdur. Sözügedən qətnamə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

6. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

7. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.

8. Cavabdeh tərəf vəsatət verərək icraata xitam verilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən ümumi borc Cavabdeh tərəfindən 10/2018-ci il tarixdən 04/2021-ci il tarixədək tərtib edilmiş aktlara əsasən hesablanmışdır. Həmin aktlarla bağlı tərəflər arasında əvvəllər mübahisə yaranmış və bu mübahisəyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2183/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə baxılmış və hüquqi qiymət verilmişdir.Sözügedən qətnaməyə əsasən, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 910,80 manat, cəmi 1540,80 manat Cavabdehnə ziyan dəymişdir, həmin aktlara dair Cavabdeh iddia tələbi qismən təmin edilmiş, X2 tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 540 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 718,65 manat pul, pozulmuş hüquqların bərpası ilə bağlı 65 manat xərc və 47,58 manat ödənilmiş dövlət rüsumu cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə qəbul olunmuşdur. Cavabdeh bu qətnaməni sübut qismində məhkəməyə təqdim etmişdir.

9. Mülki iş materiallarından da göründüyü kimi hazırki mülki iş üzrə iddiaçı qeyd edilən mülki iş üzrə istinad edilən aktları yenidən eyni tərəfə münasibətdə mübahisələndirir. Bu səbəbdən, eyni predmet üzrə bir daha məhkəməyə müraciət edilməsinin qanunvericiliyə zidd olduğunu, həmin hissədə təkrar məhkəmə çəkişməsinə yol verilmədiyini qeyd etmişdir.

10. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi qismən təmin edildiyindən mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

11. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261-ci və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar