Məhkəmə qərarları › İş №2(011)-9195/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9195/2023

08.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9195/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, İddiaçı X1 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla onun arasında bağlanmış Bakı şəhəri, 52 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixli krredit müqaviləsinin etibarsız hesab edilməsinə, faktiki tərəf olan X3 əsl tərəf kimi tanınmasına, habelə, qalıq borc məbləğinin 12500,00 (on iki min beş yüz) AZN miqdarında hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi, müqavilənin etibarsız hesab edilməsi ilə yanaşı 12500 manat məbləğində pul vəsaiti barədədir. İddia tələbi 12500 manat məbləğində pul vəsaiti barədə olduğuna görə 127,5 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin iş materiallarından görünür ki, 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda, iş üzrə Cavabdeh qeydiyyat ünvanı ünvan 1 Məhkəməsinə verilmiş, həmin ərizənin hansı əsasla Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi iş materiallarında öz əksini tapmamışdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi barədə qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, həmçinin iddia ərizəsi ərazi aidiyyəti qaydalarını pozmaqla verildiyindən iddia ərizəsinin icraata qəbul edilməsi də mümkün deyil. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, X4 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 “Cavabdehla onun arasında bağlanmış Bakı şəhəri, 52 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixli krredit müqaviləsinin etibarsız hesab edilməsinə, faktiki tərəf olan X3 əsl tərəf kimi tanınmasına, habelə, qalıq borc məbləğinin 12500,00 (on iki min beş yüz) AZN miqdarında hesablanması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar