Məhkəmə qərarları › İş №2(011)-9209/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9209/2023

11.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9209/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı X1 cavabdehlər Cavabdeh və “Həmid Avtosalon”a qarşı müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı X1 cavabdehlər Cavabdeh və “Həmid Avtosalon”a qarşı X2 ilə Cavabdeh arasında “DAEWOO NEXİA” minik sedan 90 HA353 dövlət qeydiyyat nişanlı avtomobilə dair 06 iyun 2023-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin cavabdehlərdən alınaraq iddiaçının qanuni sahibliyinə geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 2168 manat, maddi zərərin ödənilməsi üçün 2000 manat, mənəvi zərərin ödənilməsi üçün 1000 manat, ümumilikdə 5168 manat, həmçinin 73 manat məbləğində dövlət rüsumunun Cavabdehdan və “Həmid Avtosalon”undan müştərək qaydada tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Buna baxmayaraq, iddiaçı ərizəsində cavabdeh qismində “Həmid Avtasalon”u qeyd etmişdir. “Həmid Avtosalon” dükanın adı olmaqla, mülki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Digər tərəfdən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, Zəngilan rayonu, Yeməzli Ə/D, sarılı Xəştab kəndində qeydiyyatdadır. Göründüyü kimi, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə ona qarşı irəli sürülmüş iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.2-ci və 152.1.3-cü maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı X3 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 73 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 cavabdehlər Cavabdeh və “Həmid Avtosalon”a qarşı müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı X2 tərəfindən 29 noyabr 2023-cü il tarixdə (qəbzin nömrəsi- **********, tranzaksiya nömrəsi **********) ödənilmiş 73 (yetmiş üç manat) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar