Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9223/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Sahib oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı- Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev(bina) 0050, mənzil-: 0035 (abonent kodu:**********00035) ünvanı üzrə cərimə kimi yazılmış olan 1197,9 manat borcun "Azərişıq” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev(bina) 0050, mənzil 0035 (abonent kodu: **********00035) mənzildə yaşayır. Həmin mənzili xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzildə yerləşən sayğac sonradan iddiaçının adına rəsmiləşdirilmişdir. Sonradan keçmiş mülkiyyətçidən təxminən 2001 -ci il tarixinə qalan borcu olduğu məlum olmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya məlum olmayan səbəbdən və əsaslarla haqsız yerə cərimə borcu yazılmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, yaşadığı əmlakı 2004-cü il də alqı- satqı müqaviləsinə əsasən almışdır, alqı-satqı rəsmi qaydada notariusda aparılmışdır, əvvəlki mülkiyyətçi forma1 və forma 7 alıb, həmin vaxt onun heç bir kommunal borcu olmamışdır, iddiaçı bildirir ki, o məcburi köçkündür, onlara 1993-cü ildən 2017-ci ilə kimi güzəştlər tətbiq edilirdi, həmin dövrə qədər limiti heç vaxt keçməmiş, hətta istifadə edilməmiş qalıqları olmuş, lakin cavabdehin əməkdaşları sayğacı dəyişdirən zaman həmin qalıqları da sıfırlamışdırlar,hazırda elə-belə "xxxx" ASC-yə müraciət etdikdə ona borcunun olduğunu, silinməsi üçün məhkəməyə müraciət edilməsini bildirmişdirlər. Cavabdehin nümayəndəsi Nümayəndə Sahib oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən mənzili 20 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X1 alarkən öz aralarında kommunal xidmətlərə dair borcun olub-olmaması barədə şifahi surətdə yoxlama aparmışlar və borcunun olmadığını bilmiş və alqı-satqı müqaviləsi bağlamışlar, lakin iddiaçı müqavilə bağlayarkən qarşı tərəfdən bütün kommunal xidmətlərə dair borcun olub-olmaması barədə rəsmi arayış tələb etməli idi, Azərbaycan Respublikası “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və yaxud yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Buna baxmayaraq iddiaçı həmin mənzili alarkən əvvəlki mülkiyyətçidən kommunal xidmətlərlə bağlı borcun olmaması barədə heç bir arayış tələb etməmiş və bu səbəbdən də həmin borc yeni mülkiyyətçinin üzərində qalmış hesab olunur, eyni zamanda iddiaçı üzərində qalan 1197,90 manat enerji borcunu əvvəlki mülkiyyətçidən tələb etməlidir, İddiaçı məhkəmədə iddia qaldırarkən "xxxx" ASC-ni deyil, əvvəlki mülkiyyətçi olan X2 cavabdeh qismində cəlb etməli idi, çünki yaranmış borc İddiaçı deyil, əvvəlki mülkiyyətçinin borcu olduğundan həmin enerji borcu əvvəlki mülkiyyətçi tərəfindən ödənilməlidir, ümumiyyətlə 1197,90 manat borcun 352,90 manat hissəsi 2011-2009-cu illər ərzində yaranmış barmek borcu, 845 manat hissəsi isə 2012-2016-cı illər arasında yaranmış kommunaldan istifadəyə görə yaranmış borcdur, bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir, barmek borcu yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Odur ki, iddiaçının iddiası əsassızdır və buna görə iddia ərizəsi rədd olunmalıdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2004-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 Bakı şəhər, General Mehmandarov küçəsi, ev 50, 35 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, çıxarışdan görünür ki, Bakı şəhər, General Mehmandarov küçəsi, ev 50, 35 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın qeydiyyat tarixi xx.xx.2006-cı ildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus **********00035 nömrəli abunə koduna əsasən abunə haqqında cədvəldən görünür ki, xx.xx.2011-ci il tarixə kimi barmek borcu olaraq 352,90 manat , xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi 845 manat qaçqın borcu silinmə adı ilə borc qeyd edilmişdir. İş materiallarında olan AA № 366506 saylı məcburi köçkün vəsiqədən görünür ki, İddiaçı 1992-ci il tarixdən Ağdam rayonundan məcburi köçkün kimi gəlmiş, hazırda müvəqqəti Xətai rayonunda məskunlaşmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, AN-İ № ******* saylı, xx.xx.2004-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 Bakı şəhər, General Mehmandarov küçəsi, ev 50, 35 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan AA № 366506 saylı məcburi köçkün vəsiqədən görünür ki, İddiaçı 1992-ci il tarixdən Ağdam rayonundan məcburi köçkün kimi gəlmiş, hazırda müvəqqəti Xətai rayonunda məskunlaşmışdır. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus **********00035 nömrəli abunə koduna əsasən abunə haqqında cədvəldən görünür ki, xx.xx.2011-ci il tarixə kimi barmek borcu olaraq 352,90 manat , xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi 845 manat qaçqın borcu silinmə adı ilə borc qeyd edilmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanın 1-1 bəndinə əsasən, Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 1197,90 manat məbləğində borcun hansı əsaslarla hesablanma qaydasını və iddiaçının qanunsuz hərəkəti nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Habelə yuxarıda qeyd olunan Fərmanın məzmunundan da aydın olur ki, 2017-ci ilə qədər məcburi köçkünlərin elektrik enerjisi üzrə kommunal borcları dövlət tərəfindən birbaşa xidmət təşkilatlarına ödənilirdi, 2017-ci ildən etibarən isə kommunal xərclər üçün vəsait birbaşa köçkünlərə müavinət olaraq ödənildiyindən, yaranan borcları həmin şəxslərin özləri ödəməlidir. Göründüyü kimi həmin borc məbləği 2017-ci ilə qədər yarandığından və dövlət hesabına ödənilməli olan borclar siyahısına daxil olduğundan, həmin vəsait iddiaçıdan tələb edilməməlidir. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Tələb hüququ ilə bağlı olmayan, borcun silinməsi barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki iş materiallarından da, müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməli, iddiaçının abunə hesabında olan 1197,90 manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 1197,90 manat olduğundan cavabdehdən 31,97 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi,ev (bina) 0050, 0035 nömrəli mənzil üzrə (abonent kodu: **********00035 olan) İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1197,90 (min yüz doxsan yeddi manat, doxsan qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC dən 31,97 (otuz bir manat, doxsan yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-9223/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9223/2025
27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver