Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-924/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçın İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktların ləğv edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın və xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və bu aktlar əsasında hesablanmış 1613 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 162-də yaşayır və ünvan 1ində məhlə evi vardır. İddiaçı həmin evdə yaşamadığını, lakin ev sahibsiz qalmasın deyə mütəmadi olaraq həmin evə baş çəkdiyini bildirir. İddiaçı həmin evdə yaşamadığı halda, 2018-ci ildən başlayaraq Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında cərimələr yazılmışdır. Qaz sayğacı İddiaçı adınadır və evinə gələn qaz xəttinə heç bir kənar müdaxilə olunmamışdır. Evə qaz çəkilən dövrdən qaz paylayıcısı adlandırılan qurumla iddiaçının arasında qaz alqı-satqısı barədə müqavilə bağlanaraq qaz sayğacı onun adına sənədləşdirilmişdir. Həmin ünvanda qazdan istifadə etmək üçün pul məbləğini smart karta yükləyib, qaz sayğacının mexaniki hissəsində olan hesablayıcı mexanizmə köçürərək qazdan istifadə etmişdir. Smart karta ödədiyi məbləğ qurtardıqda avtomatik olaraq mənzilə gələn qaz dayanmış və yalnız yenidən pul yüklədikdə qazdan istifadə mümkün olmuşdur. xx.xx.2018-ci il tarixində və xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İB-nin əməkdaşları tərəfindən aparılan sayğaclara baxış zamanı akt tərtib edilmiş və həmin aktlarda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş, həmin sayğacda kənar xətt aşkarlanmış və qanunsuz təbii qazdan istifadə halları müəyyən edilmişdir. Bununla bağlı Azəriqaz İstehsalat birliyini əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində ******* saylı akt, xx.xx.2020-ci il tarixində isə ******* saylı akt tərtib edilmişdir. Qeyd edilən aktlara əsasən iddiaçıya ümumilikdə 1613 manat qaz borcu hesablanmışdır. İddiaçı dəfələrlə həmin quruma müraciət etmiş ki, onun xəttində heç bir əlavə qoşulma yoxdur və aktlar onun iştirakı olmadan tərtib edilmiş lakin, heç bir nəticə verməmişdir. Bu aktları nə İddiaçı nədə ki, ərazi nəzarətçisi imzalamayıb. İddiaçı bu yanlışlığın aradan qaldırılmasını, ona hesablanmış 1613 manat qaz borcunun silinməsini tələb etsə də, həmin qurumdan bildirmişlər ki, borcun artıq sistemdə olduğu üçün, silinməsi və mövcud aktların ləğv edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Buna görə də hesab edir ki, Cavabdeh bildirişində əks olunmuş qaz borcu qanunsuz hesablanmışdır və həmin borc silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 1i ünvanında istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı göstərilən aktı imzalamaqdan imtina etmişdir. İş materillarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi təyin edilmiş xx.xx.2022-ci il tarixli 10/1351 saylı rəydən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərinə hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1613 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş ekspertiza rəyində öz əksini tapmamış və məhz iddiaçı tərəfindən qaz sayğacına kənar xətlə qoşulma faktı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, habelə göstərilən ünvanda yaşayış olmadığı halda, ödəniləcək məbləğin 1613 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktların müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt və xx.xx.2020-ci il tarixli ******* saylı akt ləğv edilməli, qaz sərfinə görə iddiaçıya hesablanmış 1613 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 36,13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 102 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 102 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli ******* saylı akt və xx.xx.2020-ci il tarixli ******* saylı akt ləğv edilsin. ünvan 1i ünvanı (Abonent kodu: **********00260) üzrə İddiaçı hesablanmış 1613 (min altı yüz on üç) manat məbləğində borc silinsin. 36,13 (otuz altı manat on üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 102 (yüz iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-924/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-924/2022
07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver