Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9455/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1945-ci ildə Ermənistan Respublikasının Krasnaselsk rayonun Meşəkənd kəndində anadan olmuş mərhum anam X6 məxsus AZ-İ № 152943-saylı ölüm haqqında şəhadətnamədə, İ-EЖ №245421-saylı mənim doğum haqqında şəhadətnaməsi, İ-ЕЖ 16096 -saylı qardaşımın doğum şəhadətnaməsi, qardaşım Raufun xx.xx.1978-ci il tarixli doğum şəhadətnaməsi, o cümlədən xx.xx.1998-ci il tarixli JN: 313 A KOD 50208028-saylı torpaq şəhadətnaməsi, və xx.xx.1998-ci il tarixli Dövlət Aktında mərhuma məxsus bütün sənədlərdə Şeləmənova XədicəMüslüm qızı ilə X15 adlı şəxsin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan, Qaraqaya kənd soveti tərəfindən xx.xx.1972-ci ildə verilmiş İ-EЖ №245421 saylı doğum haqqında şəhadətnamə, JN-1142 KOD 50208018 Torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN 313A KOD 50208028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Mərhum anası X16 1945 ci ildə Ermənistan Respublikasının Krasnaselsk rayonun Meşəkənd kəndində anadan olmuşdur.Mərhum anası 06 mart 2006-cı ildə vəfat etmiş və Yenigün kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda ərizəçi vərəsəlik ilə əlaqadar olaraq Ağstafa rayon Notariat Ofisinə müraciət etmiş və orada məlum oldu ki, mərhum anasının ölüm haqqında şəhadətnaməsində onun soyadı Salamanova kimi səhv qeyd edilmişdir. Ağstafa ravon Notariat ofisi isə yazılı şəkildə 27 oktyabr 2025-ci il tarixli məktubu ilə qeyd edir ki, - Həmin miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi istəyirsiniz, lakin təqdim etdiyi ölüm haqqında şəhadətnamədə isə X4 doğum şəhadətnamədə isə X13 qeyd edilmişdir.Bu səbəbdən də məhkəmə müraciət etməyi tövsiyyə olunmuşdur. Belə ki, AZ-İ 152943-saylı ölüm haqqında şəhadətnamədə mərhum anasının soyadı X15, İ-E)K №24542l-saylı ərizəçinin doğum haqqında şəhadətnaməsində X16, qardaşım Yaqubun İ- EЖ №245421-saylı doğum şəhadətnaməsində X8, qardaşım Raufun xx.xx.1978-ci il tarixli doğum şəhadətnaməsində X16, o cümlədən xx.xx.1998-ci il tarixli JN: 313 A KOD 50208028-sayh torpaq şəhadətnaməsində X17, xx.xx.1998-ci il tarixli Dövlət X2 kimi qeyd edilmişdirlər. Əslində isə mərhum anasının soyadı onun doğum şəhadətnaməsində olduğu kimi Şelamanova kimi qeyd edilməli idi.Ona görədə mərhum anasının iki soyadı və bəzi sənədlərdə adı Xədiycə kimi olduğundan yəni mərhumdan qalan mirasın qəbul edilməsi mükün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, onların ailədə hamısının soyadı Şeləmənovdur, lakin anasına məxsus səndələrdə yanlışlığa yol verilərək, Salamanova qeyd edilib, hal-hazırda vərəsəlik qaydasında ona keçən əmlakı əldə etməkdə çətinlik çəkir, notariusa müraciət etmiş lakin ona imtina məktubu verərək, məhkəməyə müraciət etməsini demişlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağstafa RİHB-nın Xətai kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 vəfat edən günə kimi Ağstafa rayonunun Yenigün kəndində yaşamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağstafa RİHB-nın Xətai kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki,xx.xx.2006-cı il tarixdə vəfat etmiş X15 ilə Torpağın Mülkiyyətinə dair JN 313 A saylı şəhadətnamədə adı qeyd olunan X17 eyni şəxsdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan, Qaraqaya kənd soveti tərəfindən xx.xx.1972-ci ildə verilmiş İ-EЖ №245421 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi ata adı qrafasında X19, ana adı qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X20 ata adı qrafasında X19, ana adı qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, mərhum ananız X5 məxsus miras əmlak qalmışdır, həmin miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini istənilir, lakin təqdim edilən ölüm haqqında şəhadətnamədə mərhum X15 doğum haqqında şəhadətnamədə isə X13 qeyd edilmişdir, bu səbəbdən tərəflərindən baxılması mümkün deyil, məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan, torpağın mülkiyyətə verilməsinə dair JN-313A KOD 50208028 nömrəli şəhadətnamədən görünür ki, Ağstafa rayonu Yenigün kənd sakini X9 Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə 0.08 hektar olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağalr, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib, ailə üzvlərində X25, X28 və X29 qeyd edilmişdir. İş materiallarında olan JN-1142 KOD 50208018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X22 və X10 Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.18 hektar torpaq sahəsi verilmişdir, Ağstafa Rayon Torpaq Şöbəsində saxlanılan Dövlət aktı Qeydiyyat kitabında 1142 nömrə ilə qeydiyyata alınıb. xx.xx.2025-ci il tarixli Ağstafa Rayon İcra Hakimiyyətinin birinci müavini X11, Ağstafa rayon İcra hakimiyyəti başçısının Xətai kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi X40 və 15 saylı Tovuz Ərazi İdarəsinin Ağstafa rayon şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçısı X14 iştirakı ilə tərtib edilmiş, möhürlərlə və imzalarla təsdiqlənmiş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş JN 1142 nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət aktında ata adı. soyadı və adı texniki səhv olaraq X22 və X18 yazılmışdır, Komiıssiya müəyyən etdi ki. həqiqətən onların ata adı, soy adı və adı aşağıdakı kimidir: X21, X12r. X22 və X18 adlı vətəndaşlar nümayəndəliyin ərazısındə qeydıyyyatda olmayıb və yaşamayıb. xx.xx.2025-ci il tarixli Ağstafa Rayon İcra Hakimiyyətinin birinci müavini X11, Ağstafa rayon İcra hakimiyyəti başçısının Xətai kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi X40 və 15 saylı Tovuz Ərazi İdarəsinin Ağstafa rayon şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçısı X14 iştirakı ilə tərtib edilmiş, möhürlərlə və imzalarla təsdiqlənmiş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş JN 313 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ata adı,soyadı və adı texniki səhv olaraq X17, X25, X1 Zoya Nadir qızı yazılmışdır, komissiya müəyyən etdi ki, həqiqətən onların ata adı,soyadı və adı aşağdakı kimidir: X15, Ərizəçi, X30, X23r, X17 , X25.X28 və X29 adlı vətəndaşlar nümayəndəliyin ərazisində qeydiyyyatda olmayıb və yaşamayıb. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2006cı il tarixdə Ağstafa rayonunda ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2000cı il tarixdə Ağstafa rayonunda ölmüşdür. CMS “Azemis” Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Ağstafa rayon Yenigün kəndində qeydiyyatda olan X15 xx.xx.1945-ci il tarixdə Krasnosel rayonunda anadan olmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Mülki işin materiallarından görünür ki, qeyd edilən faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malkidir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən müddəalara əsasən hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsasən 2 şərt tələb olunur: birincisi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi onu irəli sürən şəxs üçün hüquqi nəticələr yaratmış olsun, yəni şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə nəticələnsin, ikincisi, tələbi irəli sürən şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən kənar başqa qaydada əldə edə bilməsin (yaxud hüquqi əhəmiyyəti olan faktla bağlı müvafiq sənədi başqa qaydada ala bilməsin). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan, Qaraqaya kənd soveti tərəfindən xx.xx.1972-ci ildə verilmiş İ-EЖ №245421 saylı doğum haqqında şəhadətnamə, JN-1142 KOD 50208018 Torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN 313A KOD 50208028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlığa yol verilərək ərizəçinin mərhum anasının X15 əvəzinə bütün sənədlərdə X18 qeyd edilmişdir. CMS “Azemis” Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Ağstafa rayon Yenigün kəndində qeydiyyatda olan X15 xx.xx.1945-ci il tarixdə Krasnosel rayonunda anadan olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli Ağstafa Rayon İcra Hakimiyyətinin birinci müavini X11, Ağstafa rayon İcra hakimiyyəti başçısının Xətai kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi X40 və 15 saylı Tovuz Ərazi İdarəsinin Ağstafa rayon şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçısı X14 iştirakı ilə tərtib edilmiş, möhürlərlə və imzalarla təsdiqlənmiş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş JN 1142 nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət aktında ata adı. soyadı və adı texniki səhv olaraq X22 və X18 yazılmışdır, Komiıssiya müəyyən etdi ki, həqiqətən onların ata adı, soyadı və adı aşağıdakı kimidir: X21, X12r. X22 və X18 adlı vətəndaşlar nümayəndəliyin ərazisində qeydiyyyatda olmayıb və yaşamayıb. xx.xx.2025-ci il tarixli Ağstafa Rayon İcra Hakimiyyətinin birinci müavini X11, Ağstafa rayon İcra hakimiyyəti başçısının Xətai kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi X40 və 15 saylı Tovuz Ərazi İdarəsinin Ağstafa rayon şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçısı X14 iştirakı ilə tərtib edilmiş, möhürlərlə və imzalarla təsdiqlənmiş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş JN 313 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ata adı,soyadı və adı texniki səhv olaraq X17, X25, X1 Zoya Nadir qızı yazılmışdır, komissiya müəyyən etdi ki, həqiqətən onların ata adı,soyadı və adı aşağdakı kimidir: X15, Ərizəçi, X30, X23r, X17 , X25, X28 və X29 adlı vətəndaşlar nümayəndəliyin ərazisində qeydiyyyatda olmayıb və yaşamayıb. Bu hal ərizəçinin hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Azərbaycan, Qaraqaya kənd soveti tərəfindən xx.xx.1972-ci ildə verilmiş İ-EЖ №245421 saylı doğum haqqında şəhadətnamə, JN-1142 KOD 50208018 Torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN 313A KOD 50208028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan, Qaraqaya kənd soveti tərəfindən xx.xx.1972-ci ildə verilmiş İ-EЖ №245421 saylı doğum haqqında şəhadətnamə, JN-1142 KOD 50208018 Torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN 313A KOD 50208028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-9455/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9455/2025
23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver